Elmi redaktor: İsmayıl Əli oğlu Fcyzullabəyli, iqtisad elmləri doktoru, professor


çıxmasında  mühüm  rol  oynamışdır.  Eyni  zamanda,  qeyd  edilən



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə59/130
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31570
1   ...   55   56   57   58   59   60   61   62   ...   130

çıxmasında  mühüm  rol  oynamışdır.  Eyni  zamanda,  qeyd  edilən 
aspektin  prioritetliyinin  mütləqləşdirməsi  inhisar  və  inhisarizm 
problemlərinin tarixi, kökləri və onlann təkamülü prosesini aydın 
şəkildə 
dərketmə 
imkanlarını 
əhəmiyyətli 
dərəcədə 
məhdudlaşdırır.  Bütün  bunlar  heç  də  o  demək  deyildir  ki, 
inhisar—>-bazar  cütlüyü  inkar  edilir.  Əksinə,  bazaraqədərki 
dövrünün  spesifikasını  nəzərə  almaqla  mövcud  olan  inhisarçı 
təmayülləri  araşdırmaq,  elə  nəticə  etiban  ilə  inhisarizmin 
sosial-siyasi,  tarixi  və  iqtisadi  əsaslarının  məcmu  şəkildə  əhatə 
edilməsi anlamına gəlir. 
Beləliklə, fikrimizcə, inhisarm yaranma tarixini (ələlxüsus, 
inhisarizm 
fenomeninin 
təsir 
imkanlarını 
araşdırmaq 
baxımından) iki əsas mərhələyə ayırmaq məqsədəuyğun olardı: 
1 .Bazaraqədərki dövr: Antik inhisar; 
2.Bazar dövrü. Bu dövrü də iki yerə ayırmaq olar: Klassik 
inhisar dövrü; Müasir inhisar dövrü. 
Tarixi mənbələr göstərir ki, antik inhisar başlıca olaraq^ 
aşağıdakı istiqamətlərdə təzahür etmişdir: 
1)
 
Etnik inhisar; Hələ eramızdan əvvəl 522-426-cı illərdə 1 
Daranın  dövründə  əcnəbi  tacirlərə  ticarət  etmək  qadağan 
olunmuşdur.  Bu  hal  etnik  əlamət  üzrə  ticarət  əməliyyatlarının 
qadağan olunmasının başlanğıcı idi. Bu təcrübə Pekində XX əsrin 
əvvəllərinə  qədər  mövcud  olmuşdur.  Müasir  yanaşma 
baxımından  etnik  inhisarçılığı  sırf  ,  siyasi  mahiyyət  daşıması 
prizmasından «qapalı» inhisarm rüşeymi hesab etmək olar; 
2)
 
Təbii  inhisar;  Bu  hal  əsasən  Avropada  (bürünc  və 
dəmir  məmulatlarının  hazırlanmasında  ayn-ayn  ustaların  öz 
üsulları  var  idi),  o  cümlədən,  bizim  eradan  əvvəl  II  minillikdə 
Qədim  Misirdə  mövcud  olmuşdur  (Nil  sahilində  taxıl 
yetişdirməklə bağlı); 
3)
 
Üçüncü tir inhisar meylləri isə hakimimyyətə münasibətlə 
əlaqədar meydana çıxmışdır ki, onun • da 'iki növünü fərqləndirmək 
olar: Hakimiyyətə olan hüququn məhdudlaşdırılması; Yalnız 
müəyyən qrupun hakimiyyətə gəlmək imkanının qəbul olunması. 
173 


Bundan  başqa,  Roma  imperiyasının  bütün  tarixi  orzində 
taxıl ticarəti dövlətin inhisarında olmuşdur və s. İnhisarın bazara 
qədərki  təzahür  formalanna  aid  çoxlu  sayda  misallar  gətirmək 
mümkündür. Lakin, bu sadalananlar kifayətdir ki, hər iki dövr 
arasında  başlıca  fərqin  nədən  ibarət  olduğunu  müəyyən  etmək 
mümkün  olsun.  Göründüyü  kimi,  bazaraqədərki  dövrdə 
inhisarçı  meyllərin  meydana  çıxmasında  iqtisadi  proseslərin  elə 
bir  əhəmiyyətli  təsiri  olmamışdır.  Problem  bütün  mahiyyəti  ilə 
siyasi iradəyə bağlı olmuşdur. 
İnkişafın bazar dövründə isə inhisann meydana çıxmasında 
iqtisadi  proses,  onun məzmun  və mahiyyəti  həlledici  rola  malik 
olmaqla, qeyri-iqtisadi amillərin təsir gücünü heç də azaltmamış, 
əksinə daha da gücləndirmişdir. 
Araşdırmalarımız  göstərir  ki,  klassik  inhisar  bazar 
münasibətlərinin 
atributu kimi, 
bir qayda 
olaraq 
təmərküzləşmənin məntiqi nəticəsi keyfiyyətində tədqiq olunmuş 
və  alınan  yekuna  müvafiq  olaraq  müxtəlif  məzmunlu  elmi 
baxışlar formalaşdınimışdır. 
Təhlil  materialları  birmənalı  şəkildə  belə  bir  qənaətə 
gəlməyə  imkan  verir  ki,  həqiqətən  də  inhisarla  iqtisadiyyatın 
«qapalılığı» və totalitarizm arasında ifi*at dərəcədə sıx qarşılıqlı 
bağlılıq mövcuddur. Amma, bu heç də o demək deyildir ki, hər iki 
fenomen  arasında  mexaniki  surətdə  bərabərlik  işarəsi 
qoyulmalıdır.  Başqa  sözlə,  inhisarizm  adlandırdığımız  sistemli 
yaranışın  sırf  siyasi  xarakter  kəsb  edən  istiqaməti  bir  sıra 
hallarda (konkret situasiyalardan asılı olaraq) avtonom formada 
da  təzahür  edə  bilər.  Yə’ni,  inhisar  istənilən  şəraitdə  totalitar 
idarəetmə  təmayüllərini  doğumr  demək,  əlbəttə  ki,  yanlışlıq 
olardı.  Qısaca  olaraq,  belə  bir  qeyd  etməyi  zəruri  sayınq  ki, 
inhisar fenomeninin təzahürü və formalaşdırdığı situasiyalar açıq 
və  qapalı  iqtisadi  sistemlərdə  bir-birindən  əhəmiyyətli  dərəcədə 
fərqlənir (şək. 4.2.). 
Beləliklə,  əvvəllərdə  qeyd  etdiyimiz  kimi,  istehsal  Və 
kapitalın  təmərküzləşmə  (mərkəzləşmə)  dərəcəsinin  artım 
tempinin getdikcə yüksəlməsi nəticə etiban ilə vahid dövlət yaxud 
beynəlxalq  inhisara  səbəb  olacaqdır tipli  yanaşma  (Marksistlər, 
Oyken  və  s.)  XX  əsrin  30-cu  illərindən  sonra  baş  verən  köklü 
dəyişikliklər üzündən qəbul edilməzdir. 
174 


«Qapalı» iqtisadiyyat
 
«Açıq» iqtisadiyyat
 
1 .İnhisann ölçüləri daha 
böyükdür.
 
2.
 
İnhisar iqtisadi münasibətlərin 
müstəqil subyekti deyil.
 
3.
 
İstehsalın inhisarlaşma dərəcəsi 
daha yüksəkdir.
 
4.
 
Bazarda həmişə inliisarçı 
situasiya olur;
 
5.
 
Hətta potensial rəqabət 
imkanları belə yoxdur.
 
1 .inhisann ölçüləri o qədər böyük deyil.
 
2.
 
İnhisar iqtisadi münasibətlərin müstəqil 
subyektidir.
 
3.
 
İstehsalın inhisarlaşma dərəcəsi nisbətən 
aşağıdır.
 
4.
 
Bazarda həmişə inhisarçı situasiya 
olmur;
 
5.
 
İnhisarlar arasında kəskin rəqabət 
mövcuddur.
 
Şək, 4.2. Inhisarçılığm «qapalı» va «açıq» iqtisadiyyat 
şəraitind» fərqli xüsusiyyətləri. 
İBütün bunlarla yanaşı, hər iki hal üçün oxşar cəhətlər də 
olmamış deyildir: 
1)
 
 Hər 
iki halda istehlakçı seçimi məhdudlaşdırılır; 
'/
 
2)
 
İstehsal  xərclərinin  azaldılması  yönümlü  stimullanh 
yoxluğu  və  mənfəətin  gizli  yaxud  açıq  şəkildə  qiymətlərin 
yüksəldilməsi hesabına əldə olunması; 
3)
 
İnnovasiya prosesi stimullaşdınimır. 
Bazar  münasibətlərinin  xüsusi  atributu  kimi  inhisarın 
təsnifləşdirilməsində mövcud olan yanaşma müxtəlifliyi də məhz 
əvvəllər  qeyd  etdiyimiz  amillər  çoxluğuna  baxışda  fərqli  seçim 
tərzlərinin  ortalığa  qoyulmasından  irəli  gəlir.  Məsələn,  klassik 
yanaşmaya görə inhisar 3 istiqamətdə təzahür edə bilər: 
1)
 
İstehsal vasitələri üzərində inhisar; 
2)
 
İstehsal şəraiti üzərində inhisar; 
3)
 
«Özündə şey» tipli inhisar: Yə’ni, istehsalın və kapitalın 
təmərküzləşməsi nəticəsində meydana çıxan inhisar. 
Müasir  yanaşma  isə  inhisarın  əsasən  4  formasını 
fərqləndirir: 
1)
 
Təbii  inhisar:  Bazarda  mal  təklifinin  bir  firma 
tərəfindən formalaşdınidığı təqdirdə sahənin uzunmüddətli orta 
xərcləri minimum səviyyəyə enir. 
2)
 
Təşkilati inhisar: Eyni profilli müəssisələrin idarəetmə 
obyektlərinin  sayım  azaltmaq  məqsədilə  birləşməsi,  məsələn, 
idarə inhisarçılığı, Nazirlik və s. 
3)
 
Texnoloji  inhisar:  Belə  bir  nöqtədən  çıxış  edir  ki, 
mövcud texnologiya bazasında müəyyən məhsula olan tələbi bir 
yaxud bir neçə müəssisə ödəmək iqtidarındadır. Onların 
175 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə