Elmi redaktor: İsmayıl Əli oğlu Fcyzullabəyli, iqtisad elmləri doktoru, professor


kişafın  başlıca  səbəbidir  və  bu  hal  mütləq  aradan  qaldınimalıdır



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə48/130
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31570
1   ...   44   45   46   47   48   49   50   51   ...   130

 
kişafın  başlıca  səbəbidir  və  bu  hal  mütləq  aradan  qaldınimalıdır. 
Qeyd edək ki, neoklassik düşüncə tərzi çərçivəsində qeyd edilənlər 
hər  cür  elmi  şübhədən  uzaqdır.  Lakin,  müasir  qloballaşma 
şəraitində bu tezisin praktiki əhəmiyyət daşıdığını iddia etmək ən azı 
çağdaş dövrün meyl və təmayüllərinə meydan oxumaq kimi səslənir. 
Belə ki, maliyyə bazarlarının qloballaşması şəraitində bir sıra xarici 
tədqiqatçıların^® da qeyd etdikləri kimi, investisiyanın həm sahəvi
həm  də  coğrafi  diversifikasiyasından  əldə  edilən  effekt  məhdud 
xarakter daşıyır. İstinad etdiyimiz tədqiqatçılar bu nəticəyə qlobal 
səviyyəli  situasiyanı  araşdırmaqla  gəlmişlər.  Yə’ni,  əsas  olaraq 
belə bir fikir irəli sürülür ki, qloballaşma törəmə alətlərin xeyrinə 
bazarlann  inkişafında  disproporsiya  yaradır.  Digər  tərəfdən, 
riskin  bölgüsü  prizmasından  vahid  ümumiləşdirici  nəticəyə 
gəlmək  mümkünsüzdür.  Belə  ki,  investisiyaların  coğrafi 
diversifikasiyasından  əldə  edilən  üstünlüklər  hansısa  abstrakt 
modellə deyil, hər bir konkret situasiyada sırf praktiki əhəmiyyət 
daşıyan amillərlə (bazarın strukturu, ölkənin ərazicə böyüklüyü, 
texnologiya və s.) şərtlənir və s. 
Bu yanaşmaya biz eyni zamanda, konkret ölkə səviyyəsində 
(Azərbaycan) bir sıra amilləri də əlavə etmşyi— məqsədəuyğun 
hesab edirik: 
1)
 
Keçid  iqtisadiyyatlı  ölkənin  elm,-texnologiyatutumlu 
məhsul  ixracatçısına  çevrilməsi  xarici  investorlann  maraq 
dairəsində  deyil.  Deməli,  real  sektorun  dinamik  inkişafının 
təminatında xarici investisiyalara istinad etmək mənasızlıqdır. 
2)
 
Xarici birbaşa investisiyalann axın intensivliyi yalnız iki 
halda  yüksələ  və  real  sektora  yönələ  bilər:  a)Yüksək  gəlir  əldə 
etməyə  imkan  verən  müasir  texnoloji  məhsullann  istehsalat 
sferasının təşkili yaxud inkişafı; Müasir gerçəklik 
M.Baxtev,  Jermann  V.,  King  R.  Nontraded  Goods,  Nontraded  Factors 
and  International  Non-Diversification-NBEK  Working  Paper,  1995,  No 
5175. 
138 


çorçivosində  keçid  iqtisadiyyatlı  ölkolər  bunun  üçün  yararsızdır; 
b)Qısamüddətli dövr ərzində yüksək gəlir əldə etmək imkanı verə 
bilən karbohidrogen ehtiyatlarının hasilatı. 
3)
 
Real  bazar  münasibətlərinin  hələ  də  fonnalaşma 
mərhələsində olması iqtisadi demokratiyanın tam şəkildə təşəkkül 
tapmadığına  dəlalət  edir  ki,  bu  da  mənafe  qrupları  arasında 
qarşılıqlı  münasibətlərin  deformasiyasına  gətirib  çıxarmaqla 
birbaşa investisiyaları real təhlükə qarşısında qoyur. 
4)
 
«Kiçik»  tutumlu  bazara  malik  ölkənin  ən’ənəviçilik 
nöqteyi-nəzərindən  real  sektorda  standartlaşdırılmış  məhsul 
istehsalının fasiləsiz artımı qeyri-mümkündür. Ona görə ki, əvvəla, 
həm  milli,  həm  də  regional  və  qlobal  səviyyələrdə  məhsula  olan 
tələbin  çeşid-keyfiyyət  aspektində  dəyişmə  tezliyi  ifrat  dərəcədə 
yüksəlmişdir;  İkincisi,  hətta  ən  yaxşı  halda  belə  «kiçik»  ölkənin 
konkret məhsul üzrə (hazır məhsul) regional və qlobal bazarlarda 
«söz  sahibi»  olması  imkanı  əhəmiyyətli  dərəcədə  məhduddur. 
Lakin, bütün bunlar ölkə (həmçinin, regional bazar) səviyyəsində 
məcmu  tələbin  yüksəldilməsi  zəruriliyinin  arxa  plana  keçirilməsi 
anlamında qəbul olunmamalıdır. Sadəcə olaraq, ona görə ki, əks- 
təqdirdə ümumiyyətlə inkişafdan danışmağa dəyməz. 
Son 10 illik iqtisadi inkişaf dinamikasının tədqiqi göstərir ki, 
keçid  dövrünün  spesifik  özəllikləri  fonunda  geniş  təkrar  istehsal 
prosesinin  ən  azı  iki  «qırılma»  nöqtəsi  açıq-  aydın  müşahidə 
olunmaqdadır. Bir tərəfdən, bu enerjidaşıyıcıları sferasının dünya 
iqtisadiyyatının  «anklavına»  çevrilməsi  ilə  səciyyələnirsə,  digər 
tərəfdən  daxili  bazarda  yerli  istehsalın  ifrat  zəif  mövqeləri  ilə 
şərtlənir.  Nəticədə,  geniş  təkrar  istehsal  prosesinin  tamlığı, 
sistemliliyi  pozulur,  dayanıqlı  inkişafın  əsas  maddi  bazası  inkişaf 
prosesindən kənarda qalır. 
Eyni zamanda, birgə sahibkarlığın məhz real sektorda ifrat 
dərəcədə ləng inkişafını bəzi müəlliflər seçilmiş nəzəri yanaşmanın 
birmənalı olaraq yalnışlığı ilə izah edirlər. 
139 


Məsələn,  L.Reznikov®^  yazır  ki,  bütövlükdə  keçid  dövrünün 
başlanğıc  nöqtəsi  düzgün  seçilməyibdir.  O,  inzibati-amirlik 
sistemindən  bazar  iqtisadiyyatına  keçidi  formasiya  aspektində 
kapitalizmlə eyniləşdirməyin əleyhinədir. Eyni zamanda, qeyd edir 
ki,  bəzi  ölkələr  (Çin,  Vyetnam)  bazara  keçiddə  qeyri-ka-  pitalist 
məzmunlu  sosial  məqsəd  və  oriyentirlərə  istinad  etmişlər. 
Fikrimizcə,  bu  sayaq  baxışlar  materialist  monizmə  ifrat 
aludəçilikdən doğur. Sosial-iqtisadi və siyasi sistemə münasibətdə 
tarixi  materializmin  pas  atmış  prinsiplərinə  istinad  olunması 
müasir  gerçəkliyin  daxili  məntiqinə  daban-dabana  ziddir  və  ən 
yaxşı halda anaxronizm təsiri bağışlayır. 
Fikrimizcə,  bu  aspektdə  əsas  problem  nəyin  düz,  yaxud 
nəyin yalnış olduğunu  retrospektiv  müstəvidə araşdırmaqda yox, 
bazar  iqtisadiyyatına  keçidin  təşkili  və  idarə  olunması  yaxud 
tənzimlənməsinin  həyata  keçirilməsindədir.  «Keçid»  fenomeni 
spontanlıqdan  uzaqdır.  Onun  reallaşma  imkanları  bütövlükdə 
prosesə  proqram-məqsədli  yanaşmanın  formalaşdırılması  və 
effektiv tətbiqindən düzxəttli asılılıqdadır. 
Son  5  illik inkişaf  dinamikası  xarici  investisiya axınları  və 
birgə sahib 
karlığın  təşkili  prosesində  məhz  məqsodyönlülüyün,  proqram- 
məqsədli  yanaşmanın  olmadığını  nümayiş  etdirir.  Belə  ki,  hal- 
hazırda  ölkədə  qeydiyyatdan  keçmiş  xarici  investisiyalı 
müəssisələrin  ümumi  sayının  1994-cü  illə  müqayisədə  2,8  dəfə 
artmasına  baxmayaraq  (cəmi:  2551  müəssisə),  onların  yalnız 
30%-i  real fəaliyyət  göstərir. O  cümlədən,  927  birgə  müəssisədən 
27,6%-i  fəaliyyətdədir.  Bu  müəssisələrin  əsas  göstəriciləri  3  və  4 
saylı  cədvəllərdə  verilmişdir.  Hesablanmış  məlumatlardan 
göründüyü  kimi,  xarici  investisiya  «ən’ənəvi»  olaraq  ticarət, 
xidmət  və  ümumiyyətlə,  tez  və  yüksək  gəlir  əldə  etməyə  imkan 
verən sferalara axmaqdadır. Bununla belə göstərmək lazımdır ki, 
birgə və tam xarici investisiyalı 
69 
Л.Резников. Еще раз к итогам реформационного 
пятилетия//Российский экономический журнал, №3, 1997, стр.7. 
140 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə