105
Yer kürəsindən uzaqlaşdıqca kosmik məkan genişlənir.
Buna görə də sürət artır. Seyrəkləşmə sürətin artmasına da təsir
edir. Günəş məkanında güclü sovrulma gedir. Bunun sayəsində
məkanda yüngülləşmə genişlənir. Sovrulma öz ardınca
sıxılmanı gətirir. Bu qarşılıqlı proses sayəsində Günəş əmələ
gəlir. Kosmik fəza sorularaq Günəşdə sıxılır. Digər yandan da
kosmik fəza Günəşi sorur. Zərrəciklər sorulur, buna görə də
sıxılır. Günəş sorulur, məkan genişlənir. Yerinə kosmik fəza
daxil olur. Beləcə ulduzlar yaranır. Ulduzların mənbəyi kosmik
fəzanın özü olur. Ulduzlarda sıxılma və yüngülləşmə prosesləri
gedir. Sovrulmada daxil olan zərrəcik miqdarı onu tərk edən
zərrəciyin miqdarına bərabər olur. Buna görə də ulduzlar
kainatı tarazlı edən elementlərdir.
Günəş kosmik fəzadan yüngüldür, həm də aktivdir.
Kosmik fəza genişlənsə Günəş böyüyər. Böyük ulduzları əhatə
edən fəza Günəşi əhatə edən fəzadan fərqli kütləyə malik ola
bilər-yüngül olar.
Ulduzlar bir tərəfdən sovururlar, digər tərəfdən də
buraxırlar. Cazibə və itələmə qüvvəsinin aktiv mənbəyi
ulduzlardır, qalaktikalardır. Kainatın fəzası da aktivliyə
nisbətən passivlik mənbəyidir. Deməli, passiv mənbə aktivə
çevrilir. Kainatın bütün hissəsi ulduzlardan keçir. Elementlərin
keçidləri yaranır. Bu da onu deməyə əsas verir ki, kainatda
zaman əbədidir. Elementlər “ölürlər” və “dirilirlər”
Yazılma tarixi-29 yanvar 2017-ci il
Əsil alim haqqında
-əsil alim öz daxilinin səsinə səs verib, harayları qələmə
alandır;
-əsil alim öz daxilinin səsini xarici səsələ birləşdirib,
orijinal harayları
qələmi ilə vəhdətləşdirəndir;
106
-əsil alim xaricdən gələn informasiyaları öz daxilində olanı
ilə birləşdirib üzvi vəhdət yaradandır. Faydalı məntiqi
nəticələrə gələndir;
-əsil alim
orijinal ruhludur;
-əsil alim mədənidir;
-əsil alim
konstruktiv təfəkkürlüdür
Yazılma tarixi- 08 fevral 2017-ci il
Rusiyada yaşayanların zəngin ruhu haqqında
Moskvada teatrlar və digər incəsənət və mədəniyyət
mərkəzləri üstünlük təşkil edir. Sayları çoxdur. Teatrlar və
incəsənət mərkəzləri xalqın yaradıcı və qurucu ruhundan xəbər
verir. Xalqın qurucu və yaradıcı elementləri mədəniyyət və
incəsənətdə əks olunur. Xalqın ideal ruhu və ideyaların əməldə
büruzə olunması məhz ədəbiyyat vasitəsilə həyata keçirilir.
Ədəbiyyatda xalq mövcud vəziyyətini və gələcək istəklərini,
eləcə də reallıqla xəyallarını paralel və ardıcıl olaraq əks
etdirir. Təsvir, təsəvvür, mücərrəd və konkret elementlər,
zamanda və məkanda özünü tapmaq və dərk etmək ədəbiyyatın
mahiyyətini təşkil edir. Ədəbiyyat xalqın içini açır və
düşüncələrinin mahiyyətini aşkarlayır. Ədəbiyyat xalqın
xarakterini müəyyən edən kriteriyaları özündə ehtiva edir. Bu
baxımdan da teatrlar, burada səhnələşdirilən əsərlər
antologiyası
xalqın
zəngin
ruhunu
sübuta
yetirir.
Müşahidələrim onu deyir ki, rus xalqı, Rusiyada yaşayanlar
həm romantikdirlər, həm də real dramatik ruhu dərk edirlər.
Moskva memarlığı onu deyir ki, rus xalqı böyükdür,
yaradıcıdır, qurucudur. Avropadan da memarlıq fəlsəfəsini
qəbul edib. Bu baxımdan da zəngin ruhludur. Çünki yaradıcılıq
zənginlikdən, taraz ruhdan yaranır.
Yazılma tarixi- 28 fevral 2017-ci il