111
-xarici ölkələrdə yaşayan milli iş adamlarının koordinativ
fəaliyyətini təşkil etmək, əlaqələndirmə şurasını yaratmaq;
-diasporanın fəaliyyətini strukturlaşdırmaq, institutlaş-
dırmaq-inzibati, ictimai və siyasi mərkəzlərə çevirmək;
-diaspora idarəçiliyini yaratmaq;
-miqrasiya proseslərində iştirak etmək və kənardan
tənzimləyici dəstək olmaq;
-mədəni təsir funksiyasını həyata keçirmək;
-ictimai fəaliyyət üçün maliyyə resurslarını əldə etmək,
maliyyə mənbələrini formalaşdırmaq;
-milli elementlərin xarici elementlərlə qarışmasını, üzvü
sintezini təşkil etmək;
-milli elementlərin xaricə çıxışını təmin etmək və xarici
elementlərlə uzlaşmasına ictimai, mədəni və siyasi dəstək
vermək.
Yazılma tarixi-12 mart 2017-ci il
SSRİ kosmonavtikası və rus xalqının ruhu haqqında
Mən bu gün Moskvada kosmonavtlar parkında oldum.
Kosmonavtikanın banisi Sialkovskinin heykəlini, akademik
Karalyovun heykəlini, digər alim konstruktorların heykəllərini,
ilk kosmonavt Qaqarinin büstünü, ilk qadın kosmonavt
Tereşkovanın büstünü, ilk dəfə açıq kosmosa çıxan kosmonavt
Leonovun büstünü və digərlərinin büstünü gördüm. Oxudum
ki, ilk dəfə süni kosmik peyki SSRİ buraxıb, SSRİ Aya, Mars
ve Venera planetlərinə aparat göndərib. Çoxlu digər
məlumatlar oxudum. Bu dövlet XX əsrdə kosmonavtikada
əməlli tarix yaradıb. Kosmonavtika irsi deyir ki, xalqın qəlbi
genişdir, -buna söz ola bilməz
Yazılma tarixi-13 mart 2017-ci il
112
Moskva
metrosu-"Yeraltı
cəmiyyət"
haqqında
düşüncələrim
Müşahidələrim bunu deyir:
Tam sağlamdır. Sistemlilik və rasionallıq var. Bu hal
texnikanın istifadəsində və insanların davranışında müşahidə
olunur. Bir qayda olaraq texnika qayda-qanunla idarə olunur.
Texnika rasionallığı insanların davranış vərdişlərini sistem-
ləşdirir və özünə uyğun şəkildə mexanizmləşdirir. İnsanlar
yeraltı cəmiyyətin qaydalarına əməl edirlər. Qaydalara əməl
düzgün yol seçməyə və düzgün hədəflərə aparıb çıxarır.
Yeraltı cəmiyyət mədənidir. İnsanlar yumşaq mədəni mühit
yaradıblar. Stansiyalarda hərə öz yoluna tələsir. Eskalatorlara
minən kimi hər kəs sağ tərəfə çəkilir, sol tərəfdə tələsənlər
üçün yol yaradır. Eskalatorlarda kitab oxuyanlara çox rast
gəlinir. Belə hallar stansiyalarda da var.
Qatarlarda metro xəritələri vurulub. Yollar (stansiyalar)
üçün işıq lövhələri (elektron tabloları) qapıların üstündədir.
Stansiyalar elan olunur. Oturacaqların imtiyazlı şəxslərə
verilməsi sərnişinlərdən xahiş olunur.
Qatarda hamının başı aşağıdır: kimi kitab, qəzet və jurnal
oxuyur, kimi də planşet kitablardan istifadə edir. Mobil
telefonlara baxanlar da var. Heç kəs heç kəsin üzünə baxmır.
Hətta gözlərini yumub xəyala dalanlar da var. Yeraltı cəmiyyət
çox çalarlıdır
Yazılma tarixi-17 mart 2017-ci il
113
Yaradıcılıq haqqında
Yaradıcılıq üçün mütləq deyil ki, öz ölkənin vətəndaşı
olasan. Başqa ölkənin də vətəndaşı ola bilərsən. Yaradıcılıq
ruhu tək bir xalq üçün deyil, bütün dünya üçündür. Allah bir-
dünya birdir. Ən əsası insanlıqdır!
Yaradıcılıq üçün münasib hal həm də apatrid
(vətəndaşsızlıq) halıdır. Düzdür, bunun problemleri çox ola
bilər.
Xalqların yaradıcı və qurucu şəxsləri (fərdləri) dünyada
gəzərək ayrı-ayrı məkanlardan ruh alsalar daha da zəngin
ideyalı olarlar. Onlar öz ideyalarını yayaraq dünyaya xidmət
edərlər. Eləcə də öz xalqlarını təmsil edərlər. Digər tərəfdən də
istedadlarını və biliklərini artırarlar. Sadəlikdən mürəkkəb-
liklərə və əksinə keçidlər edərlər. Daha çox ümumiləşdirici
olarlar.
Yazılma tarixi-17 mart 2017-ci il
Rusiya-Ukrayna qardaşlığı
Rusiya ilə Ukrayna arasındakı münasibətlərdə ayırıcı,
pozucu, destruktiv amil olaraq milli-mədəni elementləri ortaya
atmaq düzgün deyil; çünki onlar praktiki olaraq eyni xalqlardır.
Mədəni amillərin tərkibi olaraq dini inancları da eynidir.
Deməli, ruhları da eynidir. Onlar sadəcə iki bədəndə bir
ruhdurlar. Şərqi Avropanın sağlamlığı, sabitliyi slavyan
dünyasının sağlamlığından asılıdır. Ətraf xalqlar və kənar
dövlətlər bunu dərk etməlidirlər. Ukrayna ilə Rusiya arasında
sağlam münasibətlər olmasa ətraf əziyyət çəkəcək
Yazılma tarixi-18 mart 2017-ci il
114
Heydər Əliyevin kimliyi barədə
Milli Liderimiz Heydər Əliyevin sadəliyi onun
böyüklüyündən irəli gəlib. Böyük olduğundan uzun yolları
yaxın görə bilib. Həm də qət edə bilib.
Heydər Əliyevin siyasət məktəbi olub. Onun siyasət
məktəbi xalqın ruhuna uyğun olub. O, xalqın mental
dəyərlərini dərindən duyaraq idarəçilik məktəbini yaradırdı.
Milli İiderimiz Heydər Əliyev xalqın idarəçilik çağırış-
larına uyğun məktəb yaradırdı. Ruha yad, pozucu elementləri
buraxmırdı. Sistemdə xalqın ictimai ruhunu onun siyasi ruhu
ilə vəhdətləşdirirdi və harmoniya yaradırdı.
İqtisadi və siyasi böhranlar anında xalq Heydər Əliyevə
inanırdı və inam da özünü doğruldurdu. Heydər Əliyev intuitiv
təfəkkürlə pozulmuş situasiyanı, sistemi bərpa edə bilirdi.
Xalqın içərisində onun statusu möhkəm idi. O, özünün
qabaqgörənliyi ilə pozucu hadisələrin qarşısını ala bilirdi. Ən
yaxşı metodu xalqın ruhuna cavab verən aktlar sistemini həyata
keçirməkdən ibarət idi. Bununla da coşmuş kütlə sakitləşirdi və
sistem öz axarına düşürdü.
Heydər Əliyevin rəhbərlik etdiyi və təşkil etdiyi siyasi
sistem möhkəm idi. Bu möhkəmlik inamla və sadiqliklə
yaranırdı. Hakim komanda siyasi sistemdə ciddilik, avtoritarlıq
görürdü və bu da məsuliyyəti yaradırdı. Məmur öz vəzifəsinə
ciddi yanaşmaq məcburiyyətində qalırdı. Məmur etikası da
formalaşırdı. Heydər Əliyev ciddiyyətini siyasi sistemdə hər
zaman saxlamaq lazımdır. Tələbkarlıq elə ciddiyyətdir. Siyasi
sistem baza xəttə (özünü qoruyan baza xətt) zərbə vura bilməz.
Bu təməl xətt sarsılanda sistem xaosa çevrilə bilir.
Yazılma tarixi-20 mart 2017-ci il
Dostları ilə paylaş: |