119
Bəşəri irsimiz
Çox təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, biz
azərbaycanlılar tarixə ardıcıl zəngin irs bəxş edə bilməmişik.
Tarixdə yadda qalan pozitiv izimiz yoxdur. Tarixi iden-
tifikasiyamız zəifdir, sadəcə dünyanın mədəni efirində epizodik
görüntülərimiz var.
Yazılma tarixi-31 mart 2017-ci il
Böyük ölkə vətəndaşlığı
SSRİ vətəndaşı olmaq dünyanın ən böyük və bu baxımdan
qüdrətli ölkəsinin, həm də tolerant ölkəsinin vətəndaşı olmaq
demək idi.
Yazılma tarixi-01 aprel 2017-ci
il
Sovet xalqlar ailəsi haqqında
Bizim babalarımız və nənələrimiz II Dünya müharibəsində
ön və arxa cəbhədə fədakarlıq nümayiş etdiriblər. Torpaq
üstündə qan töküblər, SSRİ-nin müdafiəsi uğrunda vuruşublar.
Bu bizə Rusiyanı, Ukrayna və Belorusu, Baltikyanı respub-
likaları, Moldovanı sevməyə, onları doğma hesab etməyə haqq
verir. Biz ayrı-ayrı canlarda yaxın ruhlara sahibik.
Yazılma tarixi-01 aprel 2017-ci il
Rusiya və biz
Rusiya prezidenti Vladimir Putin həm də bizə doğmadır;
çünki Rusiya özü bizə doğmadır. Rusiya torpağı keçmiş SSRİ
üçün çox ruzilidir, bərəkətlidir!
Yazılma tarixi-01 aprel 2017-ci il
120
Sivilizasiya cəmiyyətləri
Sivil xristian cəmiyyətlərində yaşamaq insanı dəyərli bir
varlıq kimi təsdiq edir. Belə cəmiyyətlərdə mövcud olan liberal
qaydalar, yumşaq, güzəştli münasibətlər insanlığın qorunma-
sına və bütün münasibətlər formasında insanlığın ali dəyərlərlə
idarə olunmasına gətirib çıxarır.
Sivil xristian cəmiyyətləri mədəniyyət beşiyidir. Belə
cəmiyyətlərdə insan özünün mədəniyyət ünsürü olmasını daha
ləyaqətlə sübuta yetirir.
Yazılma tarixi-02 aprel 2017-ci il
Terror haqqında
Bütün terror lənətlənməlidir, o cümlədən bugünki Sankt -
Peterburq metrosunda baş vermiş bəşəri cinayət hadisəsi. Dinc
insanlar hərbi-siyasi rəqabətin qurbanı olmamalıdırlar.
Sankt-Peterburq bütün dünya üçün mədəniyyət mərkəzidir.
İnsanların bəşər mədəniyyətinə bəxş etdikləri dəyər məskə-
nidir. Bütün dünya dəyərlərə hörmət etməli və qorumalıdır!
Yazılma tarixi-03-05 aprel 2017-ci il
Böyük xalq və onun siyasi rəhbəri
Dövlət rəhbəri bir şəxsiyyət olaraq xalqın qüdrətinin
simvoludur. Dövlət rəhbərinin siyasəti (aktları, fəaliyyəti)
güclü olduqda dövlətin və xalqın siyasi mədəniyyətinin qüdrəti
büruzə verir. Böyük xalqın siyasi rəhbəri (dövlət rəhbəri) öz
əməlləri ilə xalqın böyüklüyünü sübuta yetirir. Məsələn,
Vladimir Putin bir şəxsiyyət və siyasi lider olaraq rus xalqının
böyüklüyünü və rus dövlətinin qüdrətini öz praktik əməli ilə
sübuta yetirir. Vladimir Putinin fəaliyyəti rus xalqının
harmonik vəhdətini təşkil edir.
Yazılma tarixi-05 aprel 2017-ci il
121
Rusiya-Azərbaycan ittifaqı haqqında
Azərbaycanla Rusiya arasında ittifaq dövləti yaransa daha
yaxşı olar. Rusiya Azərbaycanın regional təhlükəsizliyinə
əbədi zəmanətçi olar. Mədəni, iqtisadi, siyasi problemlər
aradan qalxar. Ölkələrarası gediş-gəliş və miqrasiya siyasəti
daha da yüngülləşər. Rusiyanın mədəniyyəti Azərbaycana daha
sürətlə transfer olunar.
Bu ittifaqa sonradan Türkiyə də qoşular.
Yazılma tarixi-05 aprel 2017-ci il
Dini inanclar barədə
Dini inanclar əslində sadə və yumşaq xarakterli olmalıdır.
İnsan qəlbinə, düşüncə və əməllərinə yumşaq formada təsir
etməlidir. İnsan inancı və duası həqiqətdə incə və nəcib
duyğularla xassələnməlidir. Lakin buna baxmayaraq dini
inanclar hal-hazırda bərk formada sistəmləşib, siyasiləşib, milli
və etnik xarakter alıb, ayrı-seçkiliyin motivinə çevrilib. Buna
görə də öz həqiqi mahiyyətini itirib. Dini inanclar insanlığa
olan xislətini tənəzzülə uğradıb
Yazılma tarixi-06 aprel 2017-ci il
Ruslar və istedad bolluğu
Rusiya sakinlərində istedad bolluğu var. Ölkənin istedad
kütləsi çoxdur. Eyni zamanda zəngin resursları mövcuddur.
Ölkə öz istedad potensialından yararlanaraq yeni istifadə
modellərini tətbiq etməlidir.
Rusiya sakinəri öz istedadlarından istifadə edərək resurslar
üzərində (resurslar obyekt kimi) yeni formalar yarada bilərlər.
Bu proseslər sayəsində ölkədə inkişaf dalğaları bir-birini
əvəzləyər. Yeni formalar yeni modelləri yarada bilər ki, bu da
122
nəticədə yeni keyfiyyət və yeni görünüşü şərtləndirər. Yeni
görünüş və yeni modellər yeni ruhu meydana gətirər.
Yeni modelləşmə vasitələrdən keyfiyyətlə və sürətlə,
faydalı əsaslarla istifadəni meydana gətirər. Əldə olunan yeni
komponentlər yenidən sistemləşməni formalaşdıra bilər. Yeni
modellərdə estetika və keyfiyyət, möhkəmlilik, davamlılıq və
operativlik nəticə kriteriyaları olmalıdır.
Yazılma tarixi -09 aprel 2017-ci il
Güclü Rusiya Avrasiya və ümumdünya təhlükəsizliyi
üçün vacibdir.
Çünki,
-böyük bir məkanda güclü dövlətçiliyin modelidir, öz
ərazisində yaşayan xalqlar, eləcə də ətraf dövlətlər və xalqlar
üçün nümunədir. Sağlam və rasional dövlətçilik modelidir;
-ətraf dövlətlərə təsir edən mərkəzi subyektdir. Bu
baxımdan dayaq subyektidir;
-Avrasiya
beynəlxalq
münasibətlərində
sabitliyin
zəmanətçi subyektlərindən biridir;
-beynəlxalq münasibətləri
möhkəmlədən tərəflərdən,
aktorlardan biridir, bərkidici elementdir.
Yazılma tarixi-09 aprel 2017-ci il
Dövlət və dövlətçilik haqqında
Dövlət formadır. Onun tərkib elementləri də formanın
tərkibidir. Dövlətin tərkibi onun “kütləsini” yaradır. Dövlətin
kütləsi onun hərəkətinin əsaslarını və hərəkətlərinin əhatə
dairəsini müəyyən edir. Dövlətin tərkib elementləri sistemli
qaydada hərəkət edir. Tərkib elementlərinin törəmə xassələri
mövcuddur. Məsələn, əhali artır, dövlətin sərhədləri genişlənə
bilir, -indi ittifaqlar forması dövlətin sərhədlərini genişləndirən
faktordur. Forma görünüşdür.
Dostları ilə paylaş: |