125
təriflərdən?! Təbii ki, hər kəsə aid deyil. İstedadlılarımız,
peşəkarlarımız da var.
Yazılma tarixi-09 aprel 2017-ci il
Sovetlər dövrü və dini inam, inanc
Sovetlər
dönəmində
biz
hansı
dini
məzhəbə
mənsubluğumuzu çox da bilməzdik. Tək-tək insanlarda
fərqləndirici düşüncə vardı. Bu düşüncə də təsiredici deyildi.
Sovetlər dönəmində əxlaq da yüksək idi. Dəyərlər çox idi.
Deməli, əsil din Sovetlər dövründə idi. Biz bunu sadəcə dərk
edə bilmirdik.
SSRİ dağılandan bu yana Azərbaycan
gəncliyinin ən böyük
nailiyyətlərindən biri də dini müxtəlif etiqadlara, məzhəblərə,
cərəyanlara parçalamaq olub. Bununla da dinsizlik daha çox
inkişaf edib!
Yazılma tarixi-23 aprel 2017-ci il
Türk fərdinin terrorçu ünsür olması barədə
Özündən razı, lakin əslində qeyri-rasional cəmiyyətlərdə
terrorçu yetişdirmək çox asandır. Çünki belə cəmiyyətlərdə
iradə zəif olur. Kütləvi şouya meyil də güclənir. Özündən razı
cəmiyyətlərə Qafqaz, Mərkəzi Asiya, ümumilikdə Asiya
cəmiyyətlərinin çoxunu aid etmək olar.
Türk fərdi terrorçu olmağından utanmalıdır! Ayıbdır,
şərəfsizlikdir! Bununla
demək istəyir ki, zəifdir, cılızdır!
Təəssüf hissi ilə bidirmək olar ki, Mərkəzi Asiya indi
terrorçu yetişdirməklə məşğul olur! Yeni terror coğrafiyası
yaranır. Terror o yerdə yaranır ki, orada maarifçilik zəifdir,
kasıbçılıqdır.
Türk dünyası terror ünsürü olmamalıdır! Dünya ilə elm və
maarifçiliklə ayaqlaşmalıdır.
Yazılma tarixi-23 aprel 2017-ci il