146
Yahudilərin dünya xidmətləri barədə
Dünyada yahudiləri qısqanırlar. Bu, onların bacarığına və
istedadına görədir. Dünyada zirvələri fəth etmək üçün onlardan
olmaq da gərəkdir.
Yazılma tarixi-28 iyun 2017-ci il
Silahsızlıq və sülh
Ölkələrdə həqiqi hərbi xidmət olmasa, silah sənayesi də
olmaz, əsgər də. Dünyada ancaq sülh yaşanar.
Yazılma tarixi-28 iyun 2017-ci il
Dövlət hakimiyyəti –pay alan qrup kimi
Dövlət hakimiyyəti həm də insanların istehsal məhsullarına
nəzarət edən və ondan
pay alan bir qrupdur
Yazılma tarixi-28 iyun 2017-ci il
Şərq-Qərb mədəniyyəti aralığında
Bizə ərəblərin və iranlıların pulu (mən turistləri nəzərdə
tuturam), Qərbin mədəniyyəti lazımdır. Bakıda ərəb və
iranlıların məhəllələri yaradıla bilər.
Yazılma tarixi-30 iyun 2017-ci il
Bizim maarifçiliyimiz
Bakıda istənilən kitab dükanına girirsən (onların sayı
barmaqla göstərilir), bir, ya da iki adam görə bilirsən. Kitaba
maraq olduqca aşağıdır. Bu bizim kimliyimizi göstərir. İndi bu
maarifçilik səviyyəsi ilə necə sağlam və rasional cəmiyyət və
dövlət qura bilərik?
Yazılma tarixi-30 iyun 2017-ci il
147
Yeni dövlət quruluşu haqqında
Azərbaycan gələcəkdə öz dövlət quruluşunu Şərq
monarxiyası ilə Qərb demokratiyasının uzlaşmasından ibarət
olan məzmunda formalaşdırmalıdır!
Yazılma tarixi-30 iyun 2017-ci
il
İlham və Fərizənin xatirəsinin əbədiləşdirilməsi
Ölkəmizdəki Səadət Sarayları İlham və Fərizənin adını
daşıya bilər.
Yazılma tarixi-30 iyun 2017-ci il
İcra başçılığı institutu haqqında
Gələcəkdə icra başçılığı institutunu seçkili etmək olar.
Yazılma tarixi-02 iyul 2017-ci il
Türk dövlətlərinin dövlət quruluşları haqqında
Prezidentlik institutu Şərq ruhunu özündə təcəssüm etdirən
türk dövlətləri üçün yararlı deyil. Türkiyənin quruluşu da digər
türk respublikaları kimi saxtadır. Yeganə məqbul variant
konstitusiyalı monarxiyadır. Konstitusiya quruluşlarında
çaxnaşma gec-tez səngiyəcək və monarxiyalar formalaşacaq.
Yazılma tarixi-03 iyul 2017-ci il
Leyla
xanım
Əliyeva
Azərbaycan
gəncliyinin
ideallarından biridir. İdeallıq elementlərinə aiddir:
-xoş davranış
və ünsiyyət;
-intellektual davranış;
148
-mehriban
münasibət və səmimiyyət;
-sadəlik və təvazökarlıq;
-daimi
təbəssüm və gülərüzlülük;
-milli və dünyəvi elementləri özündə cəmləşdirən
fəaliyyət;
-vəhdətləşdirici və ötürücü qabiliyyət (burada dəyərləri
ötürmək);
-estetika ve etika
Yazılma tarixi-04 iyul 2017-ci il
Ermənistan-Azərbaycan sülhü
Ermənistanla sülh sazişini imzalamağın son həddi 2020-ci
ili o tərəfə keçməməlidir.
Yazılma tarixi-07 iyul 2017-ci il
Biz türklər həbslərlə daima fəxarət hissi duymuşuq, bu
yolla içimizi rahatlamışıq. Bu, bizim kimliyimizin
göstəricisidir.
Türkiyədə həbslər Şərq despotizminin bariz nümunəsidir!
Yazılma tarixi-07 iyul 2017-ci il
“Uşaq ehtiyyat Fondu”nun yaradılması
Azərbaycanda dövlət büdcəsi nəzdində “Uşaq ehtiyyat
Fondu” yaradıla bilər. Fondun vəsaitlərinin bir qismi yeni
doğulan uşaqların adına açıla biləcək bank hesablarına
köçürülə bilər. Fonda vəsaitlər ianələrdən də yığıla bilər. Fond
həm də ictimai məzmunda formalaşdırıla bilər.
Yazılma tarixi -09 iyul 2017-ci il