138
Müqəddəs Ramazan ayında müsəlmanlara oruc tutmaq
vacib əməl kimi yazılır, tövsiyə olunur. Təəssüf ki, ibadət kimi
oruc tutmağın müxtəlif niyyətləri (başlıca olaraq maddi
mahiyyət kəsb edən niyyətləri) meydana gəlir. Oruc tutan
insanları niyyətlərinə görə bu şəkildə xarakterizə etmək olar:
- Saf niyyətdə olanlar. Öz daxili aləmlərini həqiqət yolu
ilə, Allahın, dinin buyurduğu qaydada heç bir maddi əsasa
söykənməyən məzmunda təmiz saxlayaraq ibadət edənlər.-
Mənəviyyat adamları. Belə insanlar müsəlman aləminin cəmi
1-2 faizini təşkil edə bilər. Çünki müsəlman cəmiyyətləri
kasıbçılıqdan və qeyri-rasionallıqdan, tayfa hakimiyyətindən,
klançılıqdan əziyyət çəkir. İnsanlar bir-birilərini açıq və gizli
şəkildə aldatmaqla məşğuldurlar. Çürük cəmiyyətlərin sağlam
toxumları az olar;
- Yaxşı varlanmaq, bolluca sərvətlər əldə etmək üçün,
eləcə də şan-şöhrət qazanmaq məqsədilə Allaha dua edib
yaşayanlar. -Asan yollarla yüksək qazanclar əldə etmək
məqsədilə oruc tutmaq yolunu tutan şəxslər. Onlar fikirləşirlər
ki, oruc tutmaq yolu ilə Allah bolluca sərvət göndərəcək. Bu
kimi şəxslərə “vəzifə orucu tutanlar” adını vermək olar;
-Oruc
tutmağın
dərin
mahiyyətini
dərk
etmək
qabiliyyətində olmayaraq, şou məqsədilə oruc tutan şəxslər.
Özlərini islamçı, müsəlman hesab edənlər;
-İlin əksər aylarında günah işlərlə məşğul olanlar. Lakin
əməllərinə görə Allah cəzasından qorxan şəxslər. Onlar Allahın
günahları bağışlamasını zənn edib Ramazan ayında
günahlarının yuyulması qənaətində olurlar. Əsasən dövlət
məmurları bu kateqoriyadandır;
- Müəyyən məqsədlər və niyyətlər naminə müxtəlif dini
cərəyanlara, qruplara qoşulanlar. Onlar ona görə oruc
tuturlar ki, öz yoldaşları tərəfindən təqib və tənbeh
olunmasınlar. Güdülməkdən və cəzalanmadan qorxurlar.
Bunun üçün məcburi ibadət edirlər.
139
Qüsurlu cəmiyyətləri zəngin olan müsəlmanlar-Bizlərə
iman, vicdan, əməli salehlik, haqq-ədalət arzu edirəm! Allahın
bizlərə yazığı gəlsin!
Yazılma tarixi-27 may 2017-ci il
“Respublika günü” haqqında
Bu gün "Respublika günü" dür. İstiqlal bayramı olaraq
qeyd edirik. Bayramımız mübarək!
Ancaq nəzərə almaq lazımdır ki, bizim milli siyasi
ruhumuz monarxiyaya uyğundur. Respublika siyasi idarəçilik
quruluşu daha çox Qərb mədəni təfəkkürünə aiddir. Gec-tez öz
orijinal ruhumuza qayıdacağıq.
Yazılma tarixi-28 may 2017-ci il
Tələbələrimizin kasıbçılığı barədə
Hal-hazırda
vaxtilə
oxudğum
Bakı
Dövlət
Universitetindəyəm. Nələri müşahidə edirəm:
-tələbələrimiz çox kasıbdırlar-əyin-başlarından hiss olınur;
- tələbə ləvazimatlarından, aksessuarlardan duyulur;
-ruhları passivdir-hərəkətlərindən hiss olunur;
-tələbə kimi dolğun deyillər
Yazılma tarixi-30 may 2017-ci il
Ermənistan mənim Vətənimdir
Mən Sovetlər dönəmində Ermənistanda doğulmuşam.
Əslim-nəslim, o cümlədən babalarım, nənələrim oralıdır.
Köklü Ermənistanlıyam. 1989-cu ilə qədər orada yaşayıb
məktəb oxumuşam. 1988-ci ilin sonlarında məcburən (zorən)
140
didərgin düşmüşük. Qaçqın olmuşuq. Bir neçə əsrlik tarix
mənə haqq verir ki, öz doğma yurduma iddialı olum.
Ermənistan mənim Vətənimdir! Oralar mənim əbədi, gen
yaddaşımda həkk olunub. Unutmaq olmaz! Yaddan çıxara
bilmərəm!
Yazılma tarixi-30 may 2017-ci il
Din və ictimai təbliğat
İman, inam, vicdan, şərəf, ləyaqət, qürur məsələlərini
ictimai səviyyədə çox müzakirə etməzlər. Belə olan halda din
hörmətdən düşür. Çox çeynənilir, dəyərini itirir.
Yazılma tarixi-30 may 2017-ci il
Xalq və hakimiyyəti
Dövləti xalq təşkil edir. Həm də təmsil edir. Xalq mənbə
və tərkib element olmaqla öz dövlətini təmsil edir. Dövlət
siyasi, mədəni, iqtisadi bir simvoldur, modeldir. Xalq öz
seçdiyi nümayəndələri ilə dövləti daxildə və beynəlxalq
münasibətlərdə təmsil edir. Xalqın hakimiyyəti xalqın özündən
təşkil olunur. Dövlətdə yaşayan xalq onun vətəndaşı olur.
Vətəndaş amili dövlətdə yaşayan bütün sakinləri (etnik
mənsubiyyətdən asılı olmayaraq) vahid xalqa çevirir. Vətəndaş
amili dövlətin müəyyən etdiyi hüquqlardan bərabər əsaslarla
istifadə etmək prinsiplərini meydana gətirir. Ona görə də bir
dövlətdə yaşayan çoxlu sayda etnik mənsubiyyəti olan
xalqların vahid dövlətçiliyi yaranır. Deməli, vətəndaşlıq vahid
hüquqi, mədəni və siyasi statusları müəyyən edir.
Xalqın
(burada
vətəndaşların)
öz
hakimiyyətinin
fəaliyyətinə dəyər vermək, münasibət bildirmək, fəaliyyəti
əsaslandıraraq qiymət vermək hüquqları var. Ən əsası isə istər
141
hakimiyyət,
istərsə
də
qeyri-hakimiyyət
tərəfi
olsun,
maariflənmə
səviyyəsi
yüksək
olmalıdır.
Xalq
öz
hakimiyyətinin fəaliyyətinə sağlam düşüncənin yüksək
səviyyəsi ilə qiymət verməyi bacarmalıdır. Bu baxımdan da
qeyri-müəyyənliyi
rasional
əsaslarla müəyyən etmək
bacarığına sahib olmalıdır.
Yazılma tarixi-31 may 2017-ci il
2017-ci ilin iyun ayında yazılan bəzi əlavələr
Rusiyanın gücü haqqında
Qətər böhranı regionda Rusiyanın təsirlərini artıra bilər!
Rus xalqının birlik, mübarizlik əzmi dünyaya nümunədir!
Rusiya olmasa(böyük dövlət kimi) Qafqazda və Mərkəzi
Asiyada sabit və rasional-sivil dövlətçilikdən, eləcə də stabil
regiondan söhbət gedə bilməz.
Beynəlxalq qorxunun özü də milli və regional beynəlxalq
susqunluq üçün vacib şərtdir.
Heydər Əliyev siyasi xilaskar kimi
Vaxtilə Milli Liderimiz Heydər Əliyev hakimiyyətə
gəlməsəydi, indi Azərbaycan bugünki Suriyaya bənzər bir
həyat yaşayırdı. Qurtuluşumuz mübarək!
Qarabağ yaddaşlarda və xəyallarda
Bütün müsəlman aləmi birləşib bir Qarabağı sülh yolu ilə
bizə qaytara bilməz.
Bizim bir çarəmiz var: Aran rayonlarında Qarabağın süni
landşaftını yaradıb adına "Yeni Qarabağ" deyək, ruhumuzu
rahatlayaq!
Dostları ilə paylaş: |