Əsaslari iLƏ Azərbaycan RespublikasıTəhsil



Yüklə 2,52 Mb.
Pdf görüntüsü
səhifə21/106
tarix21.10.2017
ölçüsü2,52 Mb.
#6374
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   106

kalori ilə miqdarına torpağın istilik tutumu deyilir, çəki və

həcm ifadə olunduğuna görə torpağın çəki və həcmi istilik

tutumları fərqləndirilir.

Cədvəl 5.1.  Bəzi torpaq, bitki və landşaft  örtüyünün

albedosu

Məntəqə


A, %-lə

Məntəqə


A, %-lə

Quru qaratorpaq

14

Yazlıq buğda



10-25

Nəm qaratorpaq

8

İynəyarpaq meşə



14

Quru boz torpaq

25-30

Su səthi


10

Nəm qaratorpaq

10-22

Pambıq


20-22

Quru gil


23

Çəltik


12

Nəm gil


16

Kartof


19

Boz qum


9-18

Ot

19-26



Ağ qum

30-40


Quru səhra

30

Torpağın   istilik   tutumu   torpağın   mineroloji   və



mexaniki   tərkibləri,   üzvi   maddələrin   miqdarı,   rütubətliyi,

məsaməliyi və torpaq havasının miqdarından asılıdır.

Ümumiyyətlə, torpağın ayrı–ayrı tərkib hissələrinin

tutumları müxtəlif olur. Məsələn, suyun istilik tutumu ən

yüksək olduğu üçün vahid (1) götürülür. Çürüntününkü –

0,477, gilinki – 0,233, kvarsınki isə - 0,198 kalori təşkil

edir. İstilik tutumu kəmiyyətini nəzərə alaraq çox zaman

torpaqları   soyuq   və   isti   torpaqlara   bölürlər.   Məsələn,

rütubətli gilli torpaqlar çox ləng isindiyi üçün onlar soyuq

torpaqlar adlanır. Qumsal torpaqlar isə suyu tez itirir, tez

qızır və isti torpaq adlanır.

Torpağın   istilik   tutumunu   yaxşılaşdırmaq   üçün

onları üzvi maddələrlə zənginləşdirmək, yaxşı susızdırma

şəraiti   yaratmaqla   rütubətliyi   azaltmaq   və   buxarlanmanı

zəiflətmək   kimi   tədbirlər   həyata   keçirilməlidir.   Belə

tədbirlər əksərən pis strukturlu ağır torpaqlarda nəzərdə

tutulmalıdır.

3.Torpağın istilik keçirmə qabiliyyəti. En kəsiyi 1

sm

2



,   qalınlığı   1   sm   olan   torpaqdan   1˚C   temperaturda

75



saniyə   ərzində   keçən   istiliyin   kalorilərlə   miqdarına

torpağın istilik keçirmə qabiliyyəti deyilir.

Torpağın   istilik   rejimi   yalnız   xarici   meteoroloji

şəraitdən deyil, torpaqların özlərinin daxili xassələrindən

də asılıdır. Eyni  iqlim  şəraitində tünd rəngli,  çürüntü  ilə

zəngin, strukturalı, kifayət qədər havası olan, optimal su

xassələrinə   malik   torpaqların   istilik   şəraiti   əlverişli   olur.

Açıq   rəngli,   üzvi   maddələri   az,   yaprıxmağa   qabil   olan,

özündə   artıq   rütubət   saxlayan,   hava   işləməyən,

strukturasız torpaqlar isə soyuq olur, istilik rejimi pisdir və

bitkilərin inkişafı üçün az əlverişlidir.

Faktlar   gəstərir   ki,   torpağın   mineral   hissəsinin

istilikeçirmə   qabiliyyəti   orta   hesabla   havadan   (qaz

fazasından) 100, sudan 28 dəfə çoxdur. Həm də torpaq

nə   qədər   yaşdırsa,   onun   istilik   keçirməkliyi   bir   o   qədər

çox,  nə  qədər yumşaqdırsa  bir  o  qədər  az  olur. Yayda

torpağın   üst   qatının   quruması   zamanı   onun   istilik

keçirməkliyi   azalır   və   bunun   nəticəsi   olaraq   istiliyin   üst

qatlardan alt qatlara verilməsi də azalır. Quru torfun istilik

keçirməsi ən az, qumunku isə ən çox olur.

Torpaqda   əlverişli   istilik   rejiminin   yaradılması

aqronomik   tədbirlərlə   (üzvi   gübrələmə,   davamlı   torpaq

strukturası,   su   və   hava   rejiminin   yaxşılaşdırmaq   və   s.)

həyata keçirildikdə o əkinçilik təsərrüfatına böyük fayda

verir.

5.4. Torpağın hava rejimi və onun xassələri

Torpaq havası, yaxud onun qaz fazası – torpağın

mühüm   tərkib   hissəsi   olub,   onun   bərk,   maye   və   canlı

fazaları ilə sıx qarşılıqlı əlaqədədir.

Torpaq   havası   –   torpağın   sudan   azad   olan

məsamələrini dolduran qazlar və uçucu üzvi birləşmələrin

qarışığına deyilir.

76



Akademik   V.İ.Vernadski   torpaq   havasını   yüksək

qiymətləndirərək   göstərmişdir   ki,   “qazsız   götürülən

torpaq,   torpaq   deyildir”.   Hava   nəinki   torpağın   mineral

hissəsinin mühüm aşınma amilidir, eyni zamanda bioloji

proseslərin inkişafı üçün də zəruridir. Torpaq havasından

bitki   kökləri   özünün   tənəffüsü   üçün   istifadə   edir.   Belə

sahələrdə   bitkilərin   boylarının   qeyri–normal,   rənglərinin

solğun–sarımtıl

 

olması,


 

torpaq


 

havasının

çatışmamasından, onun da təsirindən qida maddələrinin

az olmasından asılıdır.

Torpaq mikroorqanizmlərinin həyat fəaliyyəti üçün

də   havanın   böyük   əhəmiyyəti   vardır.   Bunların   böyük

əksəriyyəti   aeorob   mühitdə   yaşadığı   üçün   torpağın

aerasiya qabiliyyətinə böyük müsbət təsir edir. Aerasiya

zəif   olan   torpaqlardan   aeorob   bakteriyalarının   fəaliyyəti

də zəiflədiyi üçün qida maddələrinin dinamikasına əsaslı

təsir   göstərir.   Oksigenin   çatışmaması   nəticəsində

bitkilərdə   tənəffüs,   oksidləşmə   və   qida   maddələrinin

əmələgəlmə   prosesləri   pozulur.   Bunun   nəticəsində

torpaqda   anaerob   şərait   yaranır,   bir   sıra   zərərli

birləşmələr toplanır və bitkiləri məhv edir.

Torpağın   hava   xassələrinə   hava   tutumu   və   hava

keçirmə qabiliyyəti aiddir. Torpağın özündə hər hansı bir

miqdarda   hava   saxlaması   qabiliyyətinə  hava   tutumu

deyilir.

Torpağın   hava   tutumunun   miqdarı   torpağın

məsaməliliyindən   və   rütubətindən   asılıdır.   Rütubətlik

artdıqca   torpağın   hava   tutumu   azalır,   çünki   bu   halda

məsamələrin bir hissəsinə su dolmuş olur. Ümumiyyətlə,

torpaqlarda   havanın   miqdarı   torpağın   həcminin   8-10%-

dən 35-40%-dək dəyişə bilər. Torpaq havasının tərkibi və

torpaqda   qaz   mübadiləsi   –   öz   tərkibi   etibarilə   torpaq

havası,   atmosfer   havasından   oksigenin   az   olması   və

karbon qazının çox olması ilə fərqlənir.

77



Yüklə 2,52 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə