Əsaslari iLƏ Azərbaycan RespublikasıTəhsil



Yüklə 2,52 Mb.
Pdf görüntüsü
səhifə24/106
tarix21.10.2017
ölçüsü2,52 Mb.
#6374
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   106

VI FƏSİL

TORPAĞIN EROZİYASI

6.I.  Torpaq eroziyası və onun tipləri

Torpağın  üst   qatının  müxtəlif  təbii  və  antropogen

amillərin   təsiri   nəticəsində   dağılmasına  eroziya  deyilir

(latınca Erosio – yeyilmə, yuyulma demekdir).

Eroziyanın  iki tipi vardır: 1)  su eroziyası, 2) külək

eroziyası. Torpağın suyun təsiri nəticəsində dağılmasına

su   eroziyası   deyilir.   Su   eroziyası   özlüyündə   səthi   və

yarğan (xətti) eroziyalarına bölünür. Külək eroziyası baş

vermə şəraitindən asılı olaraq 2 yarım tipə  - a) toz yaxud

qara tufan və  b) məhəlli külək eroziyalarına ayrılır.



Su   eroziyası  eroziya   tipləri   içərisində   ən   geniş

yayılanıdır. Bu tipə hər bir  təbii zonada rast gəlinir (şəkil



6.1).

Şəkil 6.1. Su eroziyası

Səthi eroziya prosesi nəticəsində torpağın üst qatı

(səthi)   yuyulduğu   halda,   xətti   (qobu,   yarğan)   eroziya

84



ərazinin   yarğanlar   tərəfindən   dərininə   parçalanmasına

gətirib çıxarır. Səthi eroziya torpaq sahəsinin zəif, orta və



şiddətli  dərəcədə   yuyulmasına,   nəhayət   münbit   qatın

məhv olmasına gətirib çıxarır.



Xətti eroziya – kiçik şırımlardan başlayıb iri yarğan

qobu və dərin dərələrə kimi inkişaf edir. Təbii halda torpaq

səthi bitki ilə örtülü olduğu üçün eroziya zəif gedir, hətta

onu   müşühidə   etmək   çətin   olur.   Belə   prosesə  normal



eroziya deyilir. Bu və ya digər sahənin bitki örtüyü məhv

edilərkən   və   ya   maili   sahələrin   torpağı   şumlanarkən

eroziyanın   sürətlənməsinə   şərait   yaranır.   İnsanın

təsərrüfat   fəaliyyəti   ilə   əlaqədar   eroziya   proseslərinin

şiddətlənməsinə   və   ya   sürətlənməsinə  antropogen

eroziya deyilir.

Suvarılan   əkinçilik   rayonlarında   suvarma

normasına   düzgün   riayət   edilmədikdə  irriqasiya

eroziyası  baş   verir.   Münbit   əkin   qatı   tədricən   yuyulur,

qalınlığı azalır, mexaniki tərkib lilsizləşir (yüngülləşir), qida

maddələrini itirir, relyefin nisbətən çökək (yaxşı planirovka

olmamış)   sahələrində   su   –   fiziki   xassələri   pisləşir,

qaysaqlaşma   hətta   takırabənzər   proses   əmələ   gələrək

bitkilərin inkişafını pozur.



Külək   eroziyası  yaxud   defliyasiya     quru   iqlimə

malik   olan   arid   ərazilərdə,   xüsusilə   bitki   örtüyü   seyrək

olan qumluqlarda, dənizlərin sahil hissələrində baş verir.

 

Külək   eroziyası   su   eroziyasında   olduğu   kimi,



torpağın   üst   hissəsinə   təsir   edib,   onu     sovurur   və   bir

yerdən     başqa   yerə     aparıb     çökdürərək    eol     relyefi

(yunanca   Aiolos   –   külək   allahı   deməkdir)   əmələ   gətirir

(şəkil 6.2).

85



Şəkil 6.2. Külək eroziyası

Külək   eroziyası   torpağın   narın   hissəciklərini   (0,1

mm-dən   kiçik)     supsenziya   şəklində   havanın   yuxarı

qatlarına (5 km-ə qədər)  qaldırıb hava axınları vasitəsi ilə

çox   uzaq   məsafələrə   (3   –   3,5   min   km)   aparır.

Qumluqlarda külək eroziya fəaliyyəti 3 formada gedir.  1)

qum hissəciklərinin səthlə diyirlənmsəi,   2)   sıçrayışlarla

(30   sm   -   ə   qədər)   sürüklənmə,     3)   havada   asılı

vəziyyətdə.

Muasir   külək   eroziyasının  normal    (təbii   yaxud

geolji   eroziya),   və  sürətli  (əsasən   insan   fəaliyyətli)

formaları fərqləndirilir.

Respublikamızın ərazisində külək eroziyası əsasən

mexaniki tərkibi yüngül olan (qumlu, qumsal) Xəzərsahili

hissələrdə,   Qobustanda,   III   dövr   yaylasında,

Ceyrançöldə,   Naxçıvan   MR   və   s.   ərazi   torpaqlarında

fəaliyət   göstərir.   Respublikamızın   ərazisində     belə

torpaqların sahəsi 117 min hektar təşkil edir.

Eroziya   prosesində   dağlıq   ərazilərdə,   xüsusilə

otlaq və biçənək kimi  istifadə  olunan sahələrdə də çox

təsadüf olunur. Otarılma normalarına (yem vahidinə) əməl

olunmayan   yaylaqlarda   baş   verən   eroziya   prosesinə



yaylaq eroziyası deyilir (şəkil 6.3).

86



Şəkil 6.3. Yaylaq eroziyası

Dağ   rayonlarında   baş   verən   eroziya   prosesi

təsərrüfatlara daha çox ziyan vurur. Belə ki, yamaclarda

əkinləri məhv edir, otlaqları sıradan çıxarır, dərin yarğan

və qobular əmələ gətirir, sürüşmə hadisələri və uçqunlara

səbəb olur. Bu rayonlarda ən dəhşətlisi eroziya təsirindən

çay  hövzələrində   baş   verən   və   böyük   dağıntıya   səbəb

olan   sel   hadisələridir.   Sellər   vasitəsilə   10   tona   qədər

ağırlığa   malik   olan   daşlar   hərəkətə   gəlir.   Nəticədə

tikintilərə, hidromeliorativ qurğulara, körpülərə, dəmir və

şosse yollarına böyük zərər vurur.

Eroziyanın   inkişafını   müəyyən   edən   şəraitlər.

Eroziyanın inkişafına səbəb olan ən başlıca amil eroziya

hadisələri   baş   verəcək   sahələrdə   torpağın   insanlar

tərəfindən düzgün istifadə edilməməsidir. Elə buna görə

də eroziyanın inkişafında  sosial-iqtisadi və təbii şərait

amilləri   fərqləndirilir.

Sosial-iqtisadi inkişaf səviyyəsində eroziya insanın

bitki   və   torpaq   örtüyünə   təsir   etdiyi   andan,   yəni   kənd

təsərrüfat   bitkilərinin   becərilməsi,   meşələrin   istismarı,

qoyunçuluq   və   mal–qaranın   otarılması   və   s.   meydana

gəldiyi andan başlayır.

87



Yüklə 2,52 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə