Əsaslari iLƏ Azərbaycan RespublikasıTəhsil



Yüklə 2,52 Mb.
Pdf görüntüsü
səhifə32/106
tarix21.10.2017
ölçüsü2,52 Mb.
#6374
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   106

su sızdırma qabiliyyətini, həmçinin onun əkinçilik alətlərilə

becərməyin   asan   olub–olmayacağı   və   yanacaq   sərfi

barədə fikir söyləyə  bilərik.

8.7.Torpağın karbonatlılığı (qaynaması)

Torpağın   qaynamasını   morfoloji   cəhətdən   profil

boyu     onun   ayrı-ayrı   genetik   qatlarından   götürülmüş

torpaq   nümunələrində   10%   HCl   turşusu   ilə   yoxlayırlar.

Bunun   üçün   profilin  alt   hissəsindən   hər   genetik   qatdan

nümunə götürüb cərgə ilə düzməli və onlara ardıcıl olaraq

pipetlə   10%-li     hidrogen–xlorid   turşusu     damızdırmaq

lazımdır. Qaynama dərəcəsindən asılı olaraq çox şiddətli,

şiddətli,   güclü,   orta   və   zəif   qaynama   dərəcələri

fərqləndirilir.   Torpağın   karbonatlılığı   dəqiq   şəkildə

laboratoriya     şəraitində   təyin   edilir.   Torpağın   morfoloji

əlamətlərini   öyrənərkən   onun   rütubətliyinə   və   genetik

qatların   keçidliyinin   görünmə   vəziyyətinə   də   diqqət

yetirilməlidir.



Torpağın   rütubətliyi  onun   rənginə,   strukturluq

dərəcəsinin   ifadə   edilməsinə,   həm   də   strukturanın

möhkəmliyinə böyük təsir göstərir.

Torpağın   ayrı-ayrı   genetik   qatlarının   rütubətlik

dərəcəsini təyin edərkən onları əlləməklə yaş, nəmişlik,

rütubətli, az nəmli, quru bölgülərə ayırırlar.

Genetik   qatların  keçidlik  vəziyyəti   torpağın

mexaniki tərkibi, rəngi, strukturası, kipliyi, yenitörəmələri

və b. nişanələrə görə təyin olunur.

Ümumiyyətlə, torpaq  qatlarının arasındakı keçidlik

aşağıdakı şəkildə ola bilər.

Kəskin keçid - bir qatdan o biri qata keçmək qısa

məsafədə, yəni 2sm-dən artıq olmur.



Aydın keçid - qatlar arsındakı keçidlik məsafəsi 2-

5 sm-dən artıq olmur.

113



Tədrici   keçid  –   bir   qatdan   o   biri   qata   keçmək

məsafəcə 5 sm-dən artıq olur.

Genetik qatlar arasındakı keçidlik bərabər və qeyri-

bərabər şəkildə   ola bilir. Qeyri-bərabər keçidlərdə qatlar

arasındakı məsafə düz xətt üzrə deyil, dilimli, dalğavari,

torbalanmış, cib şəkilli və s. formalarda olur.

114



IX FƏSİL

 TORPAQLARIN COĞRAFİ YAYILMASININ ÜMUMİ

QANUNAUYĞUNLUQLARI

Torpaqların

 

coğrafi


 

yayılmasının

qanunauyğunluqları Yer səthində təbii şəraitin yayılması

xarakteri ilə müəyyən edilir və bütün torpaqəmələgətirən

amillərin mürəkkəb qarşılıqlı təsiri nəticəsidir (şəkil 9.1)

     Elə bu fikir də torpaq coğrafiyasının aşağıdakı

əhəmiyyətli   qanunlarının   müəyyən   edilməsində   əsas

götürülmüşdür:



1)

 üfüqi zonallıq haqqında 

qanun

2) şaquli zonallıq haqqında qanun



3)   torpağın   fatsiyallıq   (əyalət)

qanunu


4)   torpağın   analoji   topoqrafik

sıralar qanunu 

5) torpaq örtüyünün müxtəlif

cinsliyi və strukturalığı haqqında

təlim.

 

Şəkil 9.1. Torpaq qlobusu

9.1. Torpağın üfüqi zonallığı haqqında qanun

Torpağın   zonallığı   haqqında   qanun   -

V.V.Dokuçayevin torpaqların əmələ gəlməsində təbii-tarixi

konsepsiyasının özülünü təşkil edir.

Dokuçayev özünün “Təbii zonalar haqqında təlim”

adlı   əsərində   yazmışdır:   “Bir   halda   ki,   ...bütün

torpaqəmələgətirən amillər Yer kürəsində enliklərə paralel

olaraq  bu və  ya  digər şəkildə uzanan qurşaqlar, yaxud

zonalar halında yayılır, deməli torpaqlar da – bizim qara

torpaqlar,  podzol torpaqlar  və s. – mütləq Yer  səthində

115



iqlim,   bitki   örtüyü   və   s.   amillərdən   ciddi   asılı   olaraq,

mütləq zonalar halında yayılmalıdır”.

V.V.Dokuçayev   şimaldan   cənuba   hərəkət   etdikcə

Rus düzənliyində torpaqların üfüqi zonalar üzrə  bir-birini

ardıcıl   əvəz   etdiyini  və   yayıldığını   ilk   dəfə  öyrənmiş  və

aşağıdakı  kimi   müəyyənləşdirmişdir:   tundra   torpaqları,

podzol   torpaqlar,   boz-meşə   torpaqları,   qara   torpaqlar,

şabalıdı   torpaqlar,  qonur   yarımsəhra   torpaqları   və   boz-

qonur səhra torpaqları.

Torpaqların   belə   zonallığı   prinsipi,   yəni

Dokuçayevin torpaqların üfüqi zonallıq təliminin ayrı-ayrı

tərəfləri bir qədər sonra dəyişməyə məruz qalmış, xeyli

dəqiqləşdirilmişdir.

Müasir anlayışa görə Yer kürəsində torpaqlar əsas

etibarilə   iqlimin   termik   xüsusiyyətləri   ilə   şərtləşən   enlik

üzrə   torpaq   –   bioiqlim   vilayətlərinə   bölünə   bilər.   Məs.:

Şimal yarımkürəsində əsas beş torpaq – bioiqlim qurşağı

ayırırlar:

1) qütb qurşağı;

2) boreal qurşaq;

3) subboreal qurşaq;

4) subtropik qurşaq;

5) tropik qurşaq.

Eyni   torpaq   qurşaqları   Cənub   yarımkürəsində   də

ayrıla bilər.

Torpaq-iqlim   qurşaqları   müəyyən   atmosfer

rütubətlənməsi və bitki örtüyü ilə səciyyələnən torpaq –

bioqlim vilayətlərinə bölünür ki, bunlar aşağıdakılardır:

1) rütubətli (ekstrohumid və humid) tayqa-meşə və

tundra bitki örtüyü ilə;

2)   keçid   (subhumid   və   subarid)   bozqır-kserofil

meşə və savanna bitki örtüyü ilə;

3) quru (arid və ekstraarid) yarımsəhra və  səhra

bitki örtüyü ilə.

116



Torpaq-bioiqlim     vilayətlərinin   torpaq   örtüyü,

torpaq-iqlim   qurşaqlarına   nisbətən   xeyli   yekcinsdir,

bununla   belə   o   bir   neçə   zonal   və   introzonal   torpaq

tiplərindən ibarətdir. Buna görə də hər bir torpaq-bioiqlim

vilayətində 2, yaxud 3 torpaq zonası ayrılır. Torpaq zonası

bir areal olaraq introzonal torpaqlarda müşayiət olunan bir

və ya iki zonal torpaq tipini özündə birləşdirir.

İ.P.Gerasimova   görə   bir   neçə   qonşu   vilayətlərin

torpaq   zonaları   birlikdə   “zonal   sistemləri”   yaxud   “zonal

spektrləri” əmələ gətirir.

Torpaq   zonaları   daxilində   bioiqlim   şəraiti   heç   də

eyni olmayıb, geniş dairədə tərəddüd edir. Ona görə də

qonşu zonalara keçid təşkil edən zonalar daxilində torpaq

yarım   zonaları   ayrılır.   Torpaq   zonalarının   arealı

istiqamətində   isə   torpaq   fasiyaları   və   torpaq   əyalətləri

(provinsiyaları) fərqləndirilir.

İqlimin   kontinentallığı,   onun   arid   yaxud   humid

olmasından   asılı   olaraq   Yer   kürəsi   kontinentlərinin

müxtəlif hissələrində torpaq zonalarının zonal strukturu və

konfiqurasiyası mühüm dərəcədə fərqlənir.

Zonallıq qanununu təsvir edərək, Dokuçayev Yerin

üfüqi zonallıq üzrə torpaq örtüyünün mürəkkəbliyini, onun

konfiqurasiyasındakı   çoxlu   tərəddüdləri   nəzərə   almışdır.

Bu da həmin  qanunun xeyli geniş və çoxcəhətli olmasını

göstərir.

Üfüqi   torpaq   zonallığı   ilə   yanaşı

torpaqəmələgəlmənin   və   torpaq   coğrafiyasının   bu

qanununa   tabe   olan   bir   sıra   qanunauyğunluqları   da

vardır. Bunlardan bir neçəsini misal göstərək.

1) Torpağın xassəcə müxtəlifliyi və kontrastlığının

qütb dairəsindən ekvatora doğru gəldikcə artması. Bunu

dünyanın bütün torpaq xəritələri (xüsusilə müasir dövrdə

tərtib edilmiş) təsdiq edir.

117



Yüklə 2,52 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə