Əsaslari iLƏ Azərbaycan RespublikasıTəhsil



Yüklə 2,52 Mb.
Pdf görüntüsü
səhifə31/106
tarix21.10.2017
ölçüsü2,52 Mb.
#6374
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   106

süxurların   torpağa   çevrilməsi   prosesində   baş   verir.  Elə

buna görə də onlar yenitörəmə adlanırlar.

Yenitörəmələrin   əksər   hissəsi   müxtəlif   kimyəvi

proseslərin   nəticəsində,   yəni   bu   və   ya   digər   maddənin

yuyulması   və   toplanması,   məhluldan   ayrılması   (məs:

amorf   silisium),   duzların   kristallaşması,   kolloidlərin

püxtələşməsi   (koaqulyasiyası),   oksidləşmə,   bu   və   ya

digər   birləşmənin   bərpa   olmasından   baş   verir.   Bəzi

yenitörəmələr   canlı   bitki   və   heyvan   orqanizmlərinin

torpağa  təsiri nəticəsində yaranır.  Bütün  bunları  nəzərə

alaraq   S.A.   Zaxarov   torpaq   yenitörəmələrini   kimyəvi   və

bioloji olmaqla iki böyük qrupa ayırmışdır.



Kimyəvi   mənşəli   yenitörəmələr  aşağıdakı   qrup

və formalara bölünür:



I   qrup:  asan   həll   olunan   duzların   birləşmələri   –

natrium-xlor (NaCl), nartium – sulfat (Na

2

SO

4



), kalsium-

xlor  (CaCl

2

), maqnezium xlor  (MgCl



2

) və  s. ibarət olub,

quru   torpaq   profilində   ağ   rəngli   ərp   şəklində   divarın

səthini   örtür,   bərkimiş   ağ   qaysaq   əmələ   gətirir.   Bəzən

bunlara nöqtələr, damarlar, kristallar, qırov və s. şəkildə

də   rast   gəlinir.   Bu   duzları   suda   həll   etmək   və   xlorla

yoxlamaqla asan tanımaq olur.

II  qrup:  gips  ayrılmaları.  Bunlar  torpaq  profilində

ağ   ləkələr,   nöqtələr,   damarlar,   çınqıl   və   çay   daşlarının

üzərini ziyil kimi örtən gips duzları və konkresiyaları, iri

kristallar, yarma və kəpəkvari kristal dənələr və s. şəkildə

olur. Gipsi 2-3 %-li HCl məhlulunda həll etmək və SO

4



yoxlamaqla müəyyən etmək olur.

III   qrup:  kalsium-karbonat,   maqnezium-karbonat

və   b.   karbonat   birləşmələri.   Torpaqda   ağ   -   gözcüklər,

durnacıqlar,   konkresiyalar,   dağınıq,   formasız   ləkələr,

bəzən   yalançı   mitsellər,   əcaib   formalı   kristallaşmış

karbonat   “kuklaları”   birləşmələri   və   b.   formalarda   olur.

110



Torpaqdakı karbonat yenitörəmələrini 10%-li HCl məhlulu

ilə yoxlayıb müəyyən etmək olar.



IV   qrup:  dəmir,   alüminium,   manqan   və   fosfor

oksidlərinin   ayrılmaları.   Bunlar   paslı-qonurumtul,   qonur,

sarımtıl,   bənövşəyi-yaşılımtıl,   göyümtül,   oxra   və   s.

rənglərdə   olur   və   torpaq   profilində   yayqın   ləkələr,  bərk

konkresiyalar, qırmavari və damarlar şəklində rast gəlinir.

Belə   yenitörəmələr   podzol,   çimli-podzol   və   bataqlı

torpaqlar üçün xasdır.

V   qrup: 

silisium   birləşmələrinin   (SiO

2

)

yenitörəmələri.   Ağımsov   rəngdə   olub,   torpağın   struktur



dənələrinin   üzərində   ərp,   incə   damarlar,   süzüntülər   və

səpgi şəklində nəzərə çarpır.



VI   qrup:  humus   (çürüntü)   maddələri.   Torpaqda

qara,   tünd   qonur   rəngdə   olub,   struktur   dənələrinin

üzərində   ləkələr,   süzüntülər   və   qabıq   şəklində   yayılıb

onlara cilalı görünüş verir.



Bioloji mənşəli yenitörəmələr  torpaq faunası və

florasının fəaliyyəti ilə əlaqədar olub, özünü koprolitlər –

soxulcanların   ifrazatları,   soxulcan   izləri,   krotovinlər   –

köstəbək,   siçan   və   sünbülqıranların   yolları,   dendritlər

(çürümüş   köklərin   naxışları)   və   s.   formada   biruzə

verir.Yenitörəmələr   torpaqəmələgəlmə     prosesi   ilə   sıx

əlaqədar

 

olub,



torpağın   mənşəyi,

aqronomik   xassələri

haqqında

 

fikir



yürütmək üçün böyük

tipoloji   əhəmiyyətə

malikdir. 

Torpağa


təsadüfən   düşən

kənar   cisimlərdən

(dağ süxuru qırıqları,

Şəkil 8.6. Torpağın mədxulları

111



sümük,   antropogen   mənşəli   əşyalar   –   kömür,   kərpic,

şüşə,   saxsı   qırıqları,   qab-qacaq   qalıqları   və   s.)   ibarət

olub, onların torpaqəmələgəlmə prosesi ilə heç bir əlaqəsi

olmur (şəkil 8.6).



                                           

8.6.Torpağın  kipliyi

Kiplik   adı   altında   torpağın   sıxlıq   dərəcəsi,

məsaməliliyi və çatlılığı başa düşülür. Tarla şəraitində adi

mətbəx bıçağı və ya iskənə ilə yoxlanılır. Kipliyin xarakteri

torpağın   mexaniki   tərkibi,   strukturu,   torpaq   faunasının

fəaliyyəti   və   həm   də   bitki   köklərindən   asılıdır. Torpağın

kipliyini onun bərklik dərəcəsi, məsamələrin xarakteri bərk

hissəciklər və struktur    aqreqatlarının vəziyyəti ilə təyin

edirlər.

Bərklik   (kiplik)   dərəcəsinə   görə   (çox   kip),   tökmə,

bərk, yumşaq, kövrək (dağılan) kiplik növləri fərqləndirilir.

Çox kip (tökmə) torpaqları bellə qazımaq çox çətin

olur.  Bunun   üçün   link,     yaxud   külüngdən   istifadə   edilir.

Belə kiplik şorakət   və   gilli mexaniki   tərkibli torpaqlar

üçün xasdır.



Bərk   kiplikdə  torpaq   hissəcikləri   bir-birinə   sıx

yapışmış   olur,   bıçaqla     kəsdikdə   üzəri   kələ-kötür   və

cadarlı   olur.   Mexaniki   tərkibi   ağır   torpaqlar   üçün

səciyyəvidir. Lingsiz və külüngsüz qazılırsa da güc sərf

etmək lazımdır

Yumşaq   kiplikdə  torpaq   asanlıqla   qazılır,

qazıldıqda   asanlıqla   xırda   aqreqatlara   ayrılır.Struktur

dənələri arasındakıməsamələr aydın nəzərə çarpır.

Kövrək (dağılan) kiplik - qumlu, qumsal torpaqlar

üçün  


  səciyyəvidir.   Burada   torpaq   hissəcikləri

sementləşmədiyindən  bir-birilə əlaqəli olmur, dağılır.

Ümumiyyətlə, torpağın kipliyi çox mühüm morfoloji

əlamətdir.  Bunun   vasitəsilə   biz   torpağın   havalanmasını,

112



Yüklə 2,52 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə