Əsaslari iLƏ Azərbaycan RespublikasıTəhsil



Yüklə 2,52 Mb.
Pdf görüntüsü
səhifə34/106
tarix21.10.2017
ölçüsü2,52 Mb.
#6374
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   ...   106

kontinentallığın   azalması   ilə   enlik-zonallıq   spektri   ya

sönür, ya da fərdi təbiətə malik olur.

Bütün   göstərilən     misallar   torpağın   fatsiallıq

qanununu   ifadə   edir.   Bunun   mahiyyəti   İ.P.Gerasimova

görə ondan ibarətdir ki, iqlimlərin termodinamik atmosfer

prosesləri   ilə   əlaqədar   məhəlli   provinsial     (fatsial)

xüsusiyyətləri   dünyanın   coğrafi   qurşaqlarının   əksər

hissəsində   üfüqi   (enlik)   zonallığın   mürəkkəbləşməsinə,

spesifik   yerli   hadisələrin   meydana   çıxmasına,   hətta

xüsusi torpaq tipinin formalaşmasına səbəb olur.

Fatsiallıq   hadisəsi   daha   dəqiq   planda   torpaq

zonalarının daxilində, eyni torpaq tipində müşahidə edilir.

Bu,   əsas   etibarilə   bioiqlim   şəraitinin   müxtəlifliyi   ilə   baş

verən   torpağın   hidrotermik   rejim   xüsusiyyətlərinin

nəticəsidir.

İlk   dəfə   torpağın   fatsiallığı     (provinsiallığı)

L.İ.Prasolov   tərəfindən   təsvir   edilmişdir.  1916-cı   ildə   o,

torpağın   spesifikasını   iqlim   şəraitinin   xüsusiyyətlərilə

əlaqələndirərək,   Azovsahili   qaratorpaqlar   provinsiyasını

ayırmışdır.   Bunu   Qərbi   Sibir   və   Şimali   Qazaxıstan

qaratorpaqları haqqında da demək olar.

Torpağın   fatsiallığı   haqqında   qanunu   bir   qədər

sonra İ.P.Gerasimov torpaq-iqlim fatsiyası təlimi ilə nəzəri

cəhətdən   əsaslandırıb   inkişaf   etdirmişdir.   O,   Rusiyanın

düzənlik   hissəsi   və   ona   birləşən   ərazilərdə   doqquz

torpaq-iqlim   fatsiyası   ayırmışdır   ki,   bu   da   sonra   torpaq

bioiqlim   vilayətlərində   və   torpaq   əyalətlərində   öz   əksini

tapmışdır.



9.4. Torpağın analoji topoqrafik sıralar qanunu

122



(Torpaq kombinasiyalarının zonallığı haqqında

qanun)

Torpağın   üfüqi   və   şaquli   zonallığı   və   fatsiallığı

haqqında təlim müxtəlif bioiqlim şəraiti ilə əlaqədar olan

geniş   coğrafi   qanunauyğunluqlara   malik   böyük   əraziləri

əhatə   edir.   Bunlarla   yanaşı,   torpağın   yayılmasında   elə

qanunauyğunluqlar   vardır   ki,   onlar   ancaq   relyefin,

torpaqəmələgətirən   süxurların   və   başqa   məhəlli

torpaqəmələgəlmə şəraitinin təsiri ilə kiçik ərazilər üçün

səciyyəvidir.   Bu   qanunauyğunluğu   V.V.Dokuçayev

torpağın   topoqrafiyası   anlayışına   aid   etmiş   və   həmin

qanunauyğunluqları   geoloji   və   relyef   şəraitinin   təsiri   ilə

əlaqələndirmişdir.

Torpağın   topoqrafik   yayılma   qanunauyğunluqları

öz   əksini   N.M.Sibirtsev,   Q.N.Vısotski,   S.S.Neustruyev,

S.A.Zaxarov   və   bir   çox   başqalarının   tədqiqatlarında   da

tapmışdır. Bu qanunun sonrakı inkişafı təsərrüfatlarda yer

quruluşu   layihə   məqsədilə   aparılan   iri   miqyaslı   torpaq

xəritələşdirmə işləri ilə əlaqədar olmuşdur.

Hal-hazırda   torpağın   topoqrafik   yayılma

qanunauyğunluqlarının öyrənilməsi torpaq coğrafiyasının

xüsusi sahəsi kimi təzahür edir və V.M.Fridland tərəfindən

torpaq   örtüyü   strukturası   haqqında   təlim   adı   altında

inkişaf etdirilmişdir. Bu təlimin əsasını torpağın elementar

arealı   (TEA)   təşkil edir ki, bu da kiçik ərazilərində bir

torpaq növündən ibarət olur.

Qeyd etmək lazımdır ki, coğrafi zonallıq haqqında

qanun artıq dünya elmi xəzinəsinə daxil olmuş və özünün

dərin təsirini təkcə torpaq coğrafiyasında deyil, həm də

geobotanika,   fiziki   coğrafiya,   geokimya   və   b.   fənlərin

inkişafında da göstərmişdir.

123



X FƏSİL

TORPAQƏMƏLƏGƏLMƏ PROSESİNDƏ İNSAN

FƏALİYYƏTİNİN ROLU. TORPAĞIN İNSAN

CƏMİYYƏTİ ÜÇÜN ƏHƏMİYYƏTİ

İnsanlar   qədim   dövrlərdən   başlayaraq   qida   əldə

etmək  məqsədilə kortəbii şəkildə  də olsa, (məs: meşələri

yandırmaq vasitəsilə) torpağa müəyyən təsir göstərmişlər.

Sonralar torpaqda müəyyən bitkilər əkməklə bu təsir daha

da artmış və güclənmişdir.

Elm və texnikanın inkişafı bu təsirə daha da güclü

təkan vermişdir.

İnsanların   torpaqəmələgəlmə   prosesinə   təsirlərini

aşağıdakı kimi qruplaşdırmaq olar:

1) Torpaqların becərilməsi ilə edilən təsir. Buraya

şumlama,   malalama,   fkultivasiya,   becərmə   və   s.   kimi

təsirləri göstərmək olar ki, bunların nəticəsində torpağın

fiziki   xassəsi   kökündən   dəyişir,   torpaqda   yaşayan

orqanizmlərin     həyat   fəaliyyətlərində   də   müəyyən

dəyişikliklər   baş   verir.   Becərmə   nəticəsində   torpağın

genetik qatları, onların strukturası da öz təbii görkəmini

dəyişir.


2)   Tarlalara   gübrə   tətbiq   edilən   zaman

(kimyalaşdırma)   torpağın   mühit   reaksiyası,   kation   və

anionların tərkibi, qida rejimi və s. dəyişir və bununla da

bütövlükdə torpaqəmələgəlmədə yeni xassələr yaranır.

3)   Qurutma,   suvarma   və   b.   meliorativ   tədbirlərin

həyata   keçirilməsi.   Bu   tədbirlər   əhəngləmə,   gipsləmə,

drenaj, şoranların yuyulması və s.-dən ibarətdir ki, bu da

özlüyündə  torpağın  su-hava  rejimi,  istilik  xassəsi,   eləcə

də,   bitki   və   heyvan   orqanizmlərinin   qida   rejimi   və   s.

kökündən dəyişir.

4) Təbii bitkilərin yerində mədəni bitkilər əkildikdə

torpağın biologiyasında müəyyən dəyişikliklər baş verir və

124



bu   da   torpaqəmələgəlmə   prosesinin   istiqamətinə   təsir

göstərir.   Aydın   məsələdir   ki,   torpağa   edilən   bütün   bu

tədbirlər torpaqəmələgəlmənin ümumi təbii bir proses kimi

rədd etmir. Bu tədbirlər torpağın ən mühüm xassəsi olan

münbitliyin yaranmasına mühüm təsir göstərir.

Məlum   olduğu   kimi,   torpaq   kənd   təsərrüfatının

əsas   istehsal   vasitəsi,   qida   məhsullarının   mühüm

mənbəyidir.

K.Marks çox haqlı olaraq obrazlı ifadələrlə torpağı

nəhəng laboratoriya adlandırmışdır. Torpaqda baş verən

mürəkkəb bioloji, fiziki-kimyəvi və kimyəvi proseslər insan

cəmiyyətinin   müxtəlif   fəaliyyət   sahələrində   mühüm

əhəmiyyət   kəsb   edir.   Bu   proseslərin   dərk   edilməsi

torpaqlardan   praktiki   istifadə   üçün   yeni   imkanlar   açır.

Təbiətdə   torpaqlar   müxtəlif   olduğu   kimi,   onların   qida

maddələri ilə təmin olunma dərəcəsi də xeyli müxtəlifdir.

Bu   qida   maddələri   də   bu   və   ya   digər   torpaqlarda

becərilən   müxtəlif   çeşidli   kənd   təsərrüfatı   bitkiləri   və

heyvanlar   tərəfindən   mənimsənildiyindən   onları   üzvi     -

mineral və bakterial gübrələr tətbiq etməklə təkrar torpağa

qaytarmaq   lazımdır.   Gübrə   tətbiq   etməklə   insan

maddələrin bioloji dövranına fəal təsir göstərir və onu öz

məqsədləri üçün yönəldir.

K.Marksa görə torpağın münbitliyi təbii və süni ola

bilər: xam torpaqlarda təbii münbitlik, insanların torpağa

təsir nəticəsi olaraq süni (effektiv) münbitlik fərqləndirmək

lazımdır.

Elmin  və   kənd  təsərrüfatının   inkişafı   ilə  əlaqədar

süni münbitlik proqressiv halda yüksəlir. Effektiv münbitlik

isə insan cəmiyyətinin, onun məhsuldar qüvvələrinin   və

istehsal münasibətlərinin inkişafı ilə əlaqədardır.

Keçən   əsrdə   səhv   və   mürtəce   “qanun”   –   torpaq

münbitliyinin   azalması   “qanunu”   uydurulmuşdur.   Bu

qanunun   elmi   əsasının   olmaması   akad.   V.R.Vilyams

125



Yüklə 2,52 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə