Əsaslari iLƏ Azərbaycan RespublikasıTəhsil



Yüklə 2,52 Mb.
Pdf görüntüsü
səhifə33/106
tarix21.10.2017
ölçüsü2,52 Mb.
#6374
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   106

2)   Dağ   sistemlərində   torpaq   örtüyünün   şaquli

zonallıq   (qurşaqlıq)   üzrə   tərkib   və   strukturunun   cənub

enliklərində şimala nisbətən mürəkkəbləşməsi.

3) Humid və semihumid landşaftlarda torpaq-bitki

sistemində   cənub   istiqamətində   torpağın   bioloji

məhsuldarlığının, udma  tutumunun və elementlərin bioloji

dövranında tiplərin müxtəlifliyinin artması.

Yadda saxlamaq lazımdır ki, Dokuçayevin zonallıq

qanunu   təkcə   torpaq   coğrafiyasına   aid   deyil.   O   ümumi

coğrafi qanundur.

Zonallıq qanunu təsiri həm də təkcə kontinentlərin

təbii şəraitinə deyil, eyni zamanda okeanlara aiddir. Elə

buna   görə   də   o   dünyəvi   qanundur,   onun   Dokuçayev

tərəfindən   kəşfi   isə   təbiətşünaslığın   ən   böyük

nəaliyyətidir.

Hal-hazırda   Dokuçayevin   torpağın   üfüqi   zonallığı

haqqında təlimi torpaq-coğrafi tədqiqatlara dair yeni faktiki

materiallar   əsasında   daha   da   təkmilləşdirilmiş   və

zənginləşdirilmişdir.

9.2. Torpağın şaquli zonallıq qanunu

Şaquli zonallığa dağ zonallığı da deyilir. Torpağın

şaquli   zonallıq   hadisəsi,   yüksəklik   üzrə   bir   torpaq

zonasının   başqası   ilə   qanunauyğun   dəyişməsi   olub,   ilk

dəfə   1899-cu   ildə   V.V.Dokuçayev   tərəfindən   Qafqaz

torpaqlarının   tədqiqi   zamanı   müəyyən   edilmişdir.   O,

özünün   “Təbii   zonalar   haqqında   təlim”   adlı   əsərində

şaquli   zonallıq   barədə   belə   yazmışdı:   “Bir   halda   ki,

ərazinin yüksəlməsi ilə birlikdə həm  iqlim, həm  bitki və

heyvanat aləmi – yəni bütün torpaqəmələgətirən amillər

qanunauyğun tərzdə dəyişir, deməli, öz-özünə aydındır ki,

torpaq da dağın ətəyindən (məs.: Kazbek, yaxud Araratın)

onların   qarlı   zirvələrini   də   qalxdıqca   qanunauyğun

118



şəkildə...   dəyişməlidir”.   Dokuçayev   belə   bir   fikir   də

söyləmişdir   ki,   şaquli   zonallıq   öz   tərkibinə   görə   üfüqi

zonallığın   analoqudur,   başqa   sözlə   dağlara   qalxdıqca

orada bir-birini əvəz edən torpaq zonaları düzənlik üzrə

şimala doğru bir-birini üfüqi dəyişən zonaların eynidir.

           Sonrakı müşahidələr Dokuçayevin ideyasını əsas

kimi   təsdiq   etsə   də,   bununla   belə,   şaquli   zonallığın

dünyanın   bir   çox   regionlarında   torpaq   tiplərinin   həm

genetik   strukturu,   həm   də   onların     qarşılıqlı   yerləşmə

xarakterinə   görə   fərdliliyini   və   özünəməxsus   olmasını

göstərdi. Bu da, şübhə yoxdur ki, dağ torpaqəmələgəlmə

şəraitinin çox müxtəlifliyi ilə əlaqədardır.

Dokuçayevin   tələbəsi,   Qafqaz   torpaqlarının   ən

görkəmli tədqiqatçısı C.A.Zaxarov özünün uzun müddətli

tədqiqatı və müşahidələri ilə belə bir nəticəyə gəlmişdir ki,

hər bir üfüqi zonaya uyğun gələn şaquli zona vardır, lakin

alp və subalp çəmənlikləri altında (dağ çəmən zonasında)

inkişaf tapmış dağ-çəmən torpaqlarının ayrıca bir genetik

tip kimi üfüqi zonada (düzənlikdə) analoqu yoxdur.

Müxtəlif dağlıq ölkələrin, o cümlədən Qafqaz, Orta

Asiya, Altay, Cənubi və Şərqi Sibir dağlarının torpaqları və

eləcə də Mərkəzi  və Cənub-Şərqi Asiya, Kordilyer və And

dağlarında   torpaq   zonalarının   qanunauyğun   yayılması

haqqındakı toplanmış zəngin materiallardan aydın olurki,

şaquli   torpaq   zonaları   və   torpaq   zonalığının   strukturu

özlüyündə çox mürəkkəb və müxtəlifdir və heç də həmişə

torpaq zonalarının vahid dəyişmə sxeminə tabe deyildir

(şəkil   9.2).   Belə   bir   uyğunsuzluq   coğrafi   qurşaqlar

sistemində dağlıq vilayətlərin yerləşmə vəziyyətindən asılı

olaraq onların xeyli isti və quru zonalardan çox soyuq və

rütubətli zonalara kimi dəyişməsi ilə əlaqədardır.

  S.A.Zaxarov   1934-cü   ildə   Qafqazda   torpaqların

şaquli zonallığı haqqında əsər çap etdirərək, torpaqların

119



“ideal”   şaquli   zonallıq   sxemindən   tərəddüd   edən

hadisələrin bir sıra anlayışlarını vermişdir.



Şəkil 9.2. Qafqaz dağlarında şaquli zonallığın təzahürü

1)  “Torpaq   zonalarının   inversiyası”  haqqında

anlayışa   görə   onlar   normal   şaquli   zonallıqdan   aşağıda

yerləşən torpaq zonası özündən üstə olan zona ilə yerini

dəyişir.   Zonaların   belə   inversiyasından   fərqli   olaraq

Zaqafqaziyada   (Ermənistan   yaylasında)   qara   torpaq

zonasının qonur dağ-meşə torpaq zonasından yüksəkdə

dağ   massivlərinin   daha   rütubətli   yamaclarında

yerləşməsini misal göstərmək olar.

2)

 Zonaların



 “interferensiyası”   yaxud

“düşməsi” haqqında anlayış – iqlim təsiri yaxud oroqrafik

xüsusiyyətlərdən asılı olaraq hər hansı bir zona, yaxud bir

neçə   zonanın   ümumi   sistemdən   düşməsi,   zonallıqda

olmamasıdır. Misal üçün, şabalıdı torpaqlar zonası cənub

yamaclar   üzrə   dağa   tərəf   yox   yüksəyə   qalxır   və   dağ-

120



çəmən torpaqlar zonası ilə birləşir, qaratorpaq və qonur

meşə torpaqları zonaları ümumi zonallıqdan çıxır (düşür).

3)  “Torpaq   zonalarının   miqrasiyası”nda   çox

zaman bir  torpaq  zonası  başqa  torpaq  zonasına,   misal

üçün, yamacın ekspozisiyası yaxud dağ çayları, dərələri

ilə soxulması (“miqrasiyası”) deməkdir.

Müasir anlayışlara görə torpağın şaquli zonallığının

ümumi qanunauyğunluğu müxtəlif dağlıq ölkələrdə, hətta

bir   dağlıq   ölkənin   müxtəlif   hissələrində   şaquli   torpaq

zonalarının   müxtəlif   struktur   tipi   şəklində   özünü   biruzə

verir.

Təbiidir ki, şaquli torpaq zonalarının sayı hər hansı



bir   dağ   sistemində   onun   mütləq   yüksəkliyindən   asılıdır.

Hər   bir   dağ   sistemi,   yaxud   onun   hər   bir   yamacı   üçün

ümumi   qanunauyğunluqla   yanaşı,   rütubətli   hava

kütlələrinin   hərəkəti,   yamacların   ekspozisiyası,

temperatur   inversiyası   və   s.   ilə   əlaqədar   təsvir   edilən

sxemdən tərəddüdlər də ola bilər.



9.3. Torpağın fatsiallıq  (əyalət)  qanunu

Yuxarıda qeyd etdik ki, torpaq Yer kürəsində bütöv

qurşaq təşkil etmir, qərbə hərəkət etdikcə qara torpaqlar

“atlantik”   tipinə   malik   olan   enliyarpaqlı   meşələrin   qonur

meşə   torpaqları  ilə   əvəz   olunur.  Qara   torpaqların   enlik

qurşağı kontinentin şərq qurtaracağına da çatmır. O, Sakit

okean sahilində Uzaq Şərq tipli enliyarpaq və iynəyarpaq

–   enliyarpaq   meşələrin   qonur   meşə   torpaqları   ilə   əvəz

olunur.   Bunu,   iynəyarpaq   meşələr   üçün   səciyyəvi   olan

podzol torpaqlar haqqında da demək olar.

Beləliklə,   qərbdə   və   Avrasiyanın   şərqində   okean

təsirinin   artması   ilə   əlaqədar,   yaxud   əksinə,

121



Yüklə 2,52 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə