Əsaslari iLƏ Azərbaycan RespublikasıTəhsil



Yüklə 2,52 Mb.
Pdf görüntüsü
səhifə35/106
tarix21.10.2017
ölçüsü2,52 Mb.
#6374
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   ...   106

tərəfindən   göstərilmiş   və   tənqid   edilmişdir.   ”Torpaq

münbitliyinin   azalması   qanununun   iqtisadi   və   sosial

tərəflərinin   əsaslı   olmaması   kənd   təsərrüfatı

məhsullarının   tarixi   dövr   ərzində   proqressiv   şəkildə

yüksəlməsi   ilə   yaxşıca   təsdiq   olunur.  Misal   üçün,   dənli

bitkilərin   məhsuldarlığı   XV-XVII   əsrlərdə   6-7   s/h,   XIX

əsrdə sənayesi inkişaf etmiş ölkələrdə 16 s/h, XX əsrin

ortalarında   30-40   s/h,   hazırda   qabaqcıl   təsərrüfatlarda

suvarılan sahələrdə 50-60 s/h – a çatmışdır.

10.1. İnsanların torpaq örtüyünə təsiri

İnsan   cəmiyyəti   yaranan   gündən   onun   bütün

fəaliyyəti, istehsal vasitəsi olan torpaqla bağlı olmuşdur.

Həm   də   bu   bağlılıq   və   təsir   ictimai   –   tarixi   xarakter

daşımış, ölkənin sosial–ictimai quruluşunun xarakterindən

və cəmiyyətin istehsal qüvvələrinin inkişaf səviyyəsindən

asılı   olaraq   son   zamanlarda   daha   da   artmış   və

güclənmişdir.

İnsan   cəmiyyətinin   torpaq   örtüyünə   təsiri   onların

təbii mühitə təsirinin bir tərəfini təşkil edir.

Ayrı-ayrı  dövrlərdə saysız-hesabsız sürülərlə  bitki

örtüyü məhv edilmiş, arid landşaft olan ərazilərdə çim qatı

tapdalanmışdır. Deflyasiya prosesi torpağın məhvini başa

çatdırmışdır.   Bizə   bir   qədər   yaxın   dövrlərdə   drenajsız

suvarma nəticəsində 10 milyonlarla hektar torpaq sahəsi

şorlaşmış torpaqlara və şor səhralara çevrilmişdir. BMT-

nin məlumatına görə hər il şorlaşma və bataqlaşmadan

200-300   min   hektar   torpaq   məhv   olur.  Bizim   gözümüz

qarşısında   böyük   çaylar   üzərində   bənd   və   sututarların

tikilməsi   nəticəsində   geniş   sahədə   yüksək   münbitliyə

malik     subasar   torpaqlar   suya   basdırılmış   və   ya

bataqlaşmışdır.

126



Lakin torpağın pozulması hadisəsi nə qədər böyük

olsa belə, insan cəmiyyətinin Yerin torpaq örtüyünə təsir

nəticəsinin ən kiçik hissəsidir. İnsanların torpağa təsirinin

əsas   nəticəsi   torpaqəmələgəlmə   prosesinin   tədricən

dəyişməsi,   torpaqda   kimyəvi   elementlərin   dövranını

dərindən tənzim etmək  və torpaqda enerji transformasiya

etməkdən ibarətdir.

İnsanların   torpağa   və   onun   morfogenetik

xüsusiyyətlərinin   dəyişməsinə   təsiri   iki   formada   özünü

aydın göstərir:

1)   Torpağın   ümumi   profilində   morfoloji   cəhətdən

əmələ gələn fiziki-mexaniki dəyişikliklər.

2) Torpağın profilində genetik cəhətdən biokimyəvi

proseslərin  təkamülü  və   inkişafı  ilə  əlaqədar  baş  verən

əsaslı dəyişikliklər.

Torpağın   ümumi   profilində   morfoloji   cəhətdən

əmələ gələn dəyişikliklər yuyulub gətirilən müxtəlif aşınma

məhsulları,   onların   çökdürülməsi   və   basdırılması   ilə

əlaqədardır.  Bəzən   təbii   bitki  örtüyünün   məhv  edilməsi,

becərmə və aqrotexniki tədbirlərin düzgün aparılmaması

nəticəsində   eroziya   prosesi     o   dərəcədə   intensiv   və

əhatəli   olur   ki,   dağətəyi   düzənlik   hissələrdə   -   delüvial

çöküntülərin toplandığı sahələrdə iki profilli (basdırılmış)

torpaq törəmələri əmələ gətirir.

Torpağın   morfoloji   quruluşunun   dəyişməsinə

uzunmüddətli   suvarma   da   təsir   göstərir.   O,   torpağın

profilində   kiplik   yaradır,   xeyli   narın   dispersləşmiş   gil

hissəciklərinin   və   müxtəlif   formalı   karbonatların   dərin

qatlara   yuyulmasına,   orada   irriqasiya   çöküntülərinin

təbəqələşməsinə,   eləcə   də,   çoxlu   yenitörəmə   və

mədxulların (saxsı qırığı, bişmiş kərpic, şüşə qırıntıları və

s.   məişət   əşyaları)   toplanmasına   səbəb   olur.   Bunu

bəşəriyyət tarixində izi qalmış çoxlu mixi yazılar, arxeoloji

127



tapıntılar və tədqiqatlar zamanı qazılmış yüzlərlə torpaq

kəsimlərindəki relikt əlamətlər də təsdiq edir.

Torpağın morfogenetik xüsusiyyətlərinin və ekoloji

təbiətinin   dəyişməsinə   kənd   təsərrüfatı   texnikası   (ağır

çəkili traktor, kombayn və b. k/t alətləri) də müəyyən təsir

göstərir.   Bu   təsir,   xüsusilə,   torpağın   şum   qatının

sıxılmasına, strukturunun pozulmasına, kipləşməsinə və

əkinaltı   qatda   mikroillüvi   qatının   yaranmasına,   düzgün

suvarılmadıqda təkrar şorlaşma, eroziya prosesi, qaysaq

əmələgəlmə, qleyləşmə və bataqlaşma əlamətlərinə və s.

əlverişsiz hadisələrin baş verməsinə səbəb olur.

Torpağın intensiv mənimsənilməsi - ardıcıl olaraq

çoxlu   yollar,  yüksək   gərginlikli   elektrik   xətləri   çəkilməsi,

teleqraf   dirəkləri   basdırılması,   xam   torpaqların

şəhərsalmada   mənimsənilməsi   və   s.   özlüyündə   “təbiət

təslim   olur”   kimi   yanlış   anlayış   yaratmışsa   da,   bütün

bunlar   torpaqda   müəyyən   struktur   dəyişiklikləri   və   yeni

ekoloji mühit əmələ gətirmişdir.

Bir faktı da qeyd edək ki, antropogen amilin təsirilə

biosferdə   baş   verən   və   torpaqların   deqradasiyasına

səbəb   olan   dəyişikliklər   əksər   hallarda   aqrosenozların,

xüsusilə, meşə bitkilərinin qırılması, bataqlıqların plansız

qurudulması ilə əlaqədar olur.

Meşələrin   nizamsız   qırılması   və   onun   ekoloji

mühitə   mənfi   təsiri   və   təzadları   böyük   maarifpərvər

təbiətçi pedaqoq – alim H.Zərdabinin də əsərlərində geniş

şərh edilmişdir.

Torpağa   müsbət   təsirlər:  müasir   əkinçilikdə

torpağı yaxşılaşdırmaq məqsədilə müxtəlif növ kompleks

aqrotexniki  tədbirlər  də həyata   keçirilir. Bunlar  suvarma

kanalları və drenaj – kollektor şəbəkəsinin çəkilməsi, turş

torpaqların   əhənglənməsi,   şorakət   torpaqların

gipslənməsi,   suvarma   və   qurutma   meliorasiyasının

tətbiqi,   plantaj   şumu   aparılması,   ağır   gilli   torpaqların

128



Yüklə 2,52 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə