Əsaslari iLƏ Azərbaycan RespublikasıTəhsil



Yüklə 2,52 Mb.
Pdf görüntüsü
səhifə43/106
tarix21.10.2017
ölçüsü2,52 Mb.
#6374
növüDərs
1   ...   39   40   41   42   43   44   45   46   ...   106

Başqa   qrup   alimlər   A

2

  qatının   rəngsizləşmə



səbəbini   mineralların   parçalanması   və   onların

aparılmasında   deyil,   torpağın   üst   qatının   vaxtaşırı

(mövsüm) qleyləşmə şəraitində görürlər.

Torpağın   üst   hissəsinin   su   ilə   doyması   zamanı

dəmir elementi, mütəhərrik dəmir iki oksid formasına keçir

və   qat   rəngsizləşir,   bu   qata   havanın   oksigeni   daxil

olduqda   isə,   dəmir   narın   dəmir   üç   oksid   konkresiyaları

şəklində məhluldan çökür. Lakin səthi qleyləşmə prosesi

ilə podzollarda qalın illüvial qatının əmələ gəlməsini izah

etmək   olmaz.   Hazırda   müəyyən   edilmişdir   ki,   səthi

mösümi   qleyləşmə   prosesi   nəticəsində   tayqa   zonasının

yalnız   torpaqları,   səthi   -     qleyli   –   podzollu   adlanan

torpaqları əmələ gətirir.

Bəzi   tədqiqatçılar   belə   güman   edirlər   ki,   podzol

qatında   mineralların   parçalanması   nəticəsində   azad

olmuş   kimyəvi   elementlər   illüvial   qata   aparılmır,   ordan

bitkilər   tərəfindən   akkumulyasiya   olunur.   Buna   uyğun

olaraq   V.V.Ponomaryeva   tərəfindən   işlənib   hazırlanmış

baxışlara görə iynəyarpaq meşələrdə bütün ehtiyat qida

elementləri   onların   biokütləsində   toplanmışdır.   Meşə

döşənəcəyinin   çürüməsi   zamanı   tədricən   azad   olan

kimyəvi   elementlər   yenidən   bitki   kökləri   vasitəsilə

mənimsənilir.

Son   zamanlara   qədər   tədqiqat   üsullarının

mürəkkəbliyi   və   çox   zəhmətli   olması   üzündən   tayqa

landşaftlarında kimyəvi elementlərin bioloji miqrasiyasını

miqdarca   qiymətləndirməyi   həyata   keçirmək   çətin

olmuşdur.

25



R.P.Morozovanın Cənubi Karelyanın küknarlığında

bioloji   dövrana   dair   aldığı   yeni   maraqlı   məlumatları

nəzərə   alaraq,   podzolların   əmələ   gəldiyi   biosenozlarda

əsas   kimyəvi   elementlərin   balansını   hesablamaq   olar.



12.1-ci cədvəldə verilmiş rəqəmlər göstərir ki, döşənəkdə

olan kül elementlərinin əksər  hissəsi bitkilərin  tələbatını

tamamilə   ödəyə   bilər.   Döşənəcəkdə     olan   silisium

aliminium   və   xüsusilə   dəmir   kimi   elementlərin   miqdarı,

bitkilərin   canlı   kütləsindəki   həmin   elementlərin

miqdarından   xeyli   yüksəkdir.   Buna   görə   də,   tayqa

meşələrinin   bitkiləri   lazım   olan   kül   elementlərini   A

0

qatında  olan üzvi qalıqların tədricən dəyişilməsi hesabına



ala bilir. Bu mənbə hesabına da dəmirin bir hissəsi illüvial

qata akkumulyasiya oluna bilir.



Cədvəl 12.1.Cənubi Karelyanın küknar meşələrində kül

elementlərinin balansı, kq/h-la (R.P.Morozova görə)

Kimyəvi


elementlə

r

Fitokütlə



-də

miqdarı


Bitki

tərəfindən

Illik

mənimsəm


ə

Töküntülərl

ə

Illik


geriqayıtma

Döşənəkd


ə

miqdarı


Ca

150-260


20-45

15-40


90-60

K

50-170



7-24

6-20


10-35

Si

40-65



10-19

9-18


100-200

Mg

25-40



4-7

3-6


15-55

P

15-45



2-6

1-5


20-30

Mn

15-25



2,2-4,5

1,9-3,9


20-50

S

6-10



1,2-2,1

1,2-1,9


10-20

Al

7-10



1-2

0,7-1,8


20-85

Fe

3,5-8



0,5-1,2

0,4-1,1


15-95

Na

0,5-2,5



0,1-0,5

0,1-0,3


0,5-2

Cəmi 


miqdarı

300-600


47-107

40-90


350-650

26



Podzolların   profili   boyu   mikroelementlərin

paylanmasının   öyrənilməsi   onların   üzvi   maddələrlə   sıx

əlaqədar olduğunu göstərir, A

0

  qatında   seyrək yayılmış



bir çox metalların miqdarı mineral qatlarda olduğundan bir

neçə   dəfə   çoxdur.   Meşə     döşənəciyində   mütəhərrik

formalar altda yerləşən qatlardan on dəfələrlə çoxdur. Bir

çox  metallar  A

0

 qatına  nisbətən az da olsa illüvial qatda



da toplanır.

12.4. Mərkəzi   və   Şərqi   Sibirin   tayqa – meşə

landşaftlarında torpaqəmələgəlmə  prosesi

Yeniseydən   şərqə   tərəf   torpaqəmələgəlmə   şəraiti

Şimali   Amerika,   Qərbi   Sibir   və   Şərqi   Avropa

düzənliklərinin   şəraitlərindən   xeyli   fərqlənir.   Mərkəzi   və

Şərqi Sibir kəskin ifadə olunmuş ekstrokontinental iqlim,

bütöv   çoxillik   donuşluğun   yayılması,   bitki   örtüyünün

xüsusiyyətləri ilə xarakterizə olunur.

Torpaqəmələgətirən   süxurlar,   uzaqdan   gətirilən

qalın   buzlaq   yığıntıları   deyil,   bir   qayda   olaraq,   əsasən

yerli   süxurların   qırıntılarından   ibarət,   çox   da   qalın

olmayan   yumşaq   çöküntülərdir.     Torpaqəmələgəlmə

şəraitinin   müxtəlifliyi   Sibirin   torpaq   örtüyünün   tərkibində

özünü göstərməyə bilməzdi.



Turş   qonur   tayqa   torpaqları.  Bu   yüzilliyin

ortalarında   rus   torpaqşünasları   müəyyən   etmişdir   ki,

Mərkəzi   və   Şərqi   Sibirin   tayqa   zonasında   tipik   podzol

torpaqlar   öz   hakim   mövqeyini   itirir   və   onların   yerini

Yeniseydən qərbə tərəf olmayan və ya  məhdud yayılmış,

tamamilə   xüsusi   torpaqlar   tutur.   Şərqi   Sibir   torpaqları

27



Yüklə 2,52 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə