Əsaslari iLƏ Azərbaycan RespublikasıTəhsil



Yüklə 2,52 Mb.
Pdf görüntüsü
səhifə45/106
tarix21.10.2017
ölçüsü2,52 Mb.
#6374
növüDərs
1   ...   41   42   43   44   45   46   47   48   ...   106

M.A.Qlazovskaya   bir   qədər   daha   məhdud   torpaq

vilayətlərini  ayırır.  Məsələn,   o,  vahid   Mərkəzi   tayaqa     -

meşə   vilayəti   əvəzinə   Baltik-kristallik   qalxanı   ərazisində

yerləşən   Şimali-Avropa   (Fennoskandinav)   və   Şərqi-

Avropa düzənliyinin isə Şimal yarısını əhatə edən Avropa-

Sibir torpaq vilayətlərini ayırır. M.A.Qlazovskaya, Mərkəzi

Yakutiya   tayqa   –   çəmən   bozqırlarını   da   sərbəst   torpaq

vilayəti   kimi   ayırır.   Bu   vilayətlərin   daxilində   torpağın

quruluş   və   tərkib   xüsusiyyətlərinə   görə   fərqlənən

yarımzonalar və rayonlar vardır.

Keçmiş   Sovet   İttifaqından   kənarda   da   tayaq     -

meşə zonasının torpaq örtüyü eyni deyildir. Qərbi Avropa

Fennoskandinaviyadan   şimala  səthi   qleyli-podzollu  və

illuvial-humusu   podzollu   torpaqlar   yerləşir.   İllüvial

dəmirli   podzollar   və   podzollu   torpaqlar  isə   cənubda

yerləşir. Kanadanın Şimal hissəsində və Alyaskada  turş



qonur tayqa torpaqları yayılmışdır.

12.6. Tayqa meşə zonası torpaqlarının kənd

təsərrüfat istifadəsi

Tayqa   meşə   zonası   torpaqlarının   kənd

təsərrüfatında   istifadəsi   çox   böyük   çətinliklərlə

əlaqədardır.   Bütün   zona   ərazisində   kənd   təsərrüfat

bitkiləri üçün qeyri əlverişli iqlim şəraiti, Avropa hissəsinin

şimalında torpaqların daşla zənginliyi, hər yerdə, xüsusilə

Qərbi-Sibir   düzənliyi   daxilində   sahələrin   bataqlaşması,

Yeniseydən   şərqə   tərəf   qruntun   çoxillik   donuşluğunun

mövcud   olması   –   bütün   bunlar   əkinçiliyin   inkişaf

etdirilməsinə çox mane olur. Bununla belə Şərqi Avropa

32



tayqasının   cənub   rayonlarında   və   Yakutiyanın   cənub-

bozqır   rayonlarında   bir   neçə   əsrlər   boyu   torpaqların

mənimsənilməsi  işi    səylə   aparılır. Əkinçilik  üçün  tayqa

torpaqlarının gillicəli növ müxtəliflikləri daha əlverişlidir. 

Tayqa landşaftları torpaqlarından səmərəli istifadə

etmək   üçün   böyük   dozada   mineral   və   üzvi   gübrələrin

verilməsi,   yüksək   turşuluğun   neytrallaşdırılması,   bəzi

sahələrdə   daşların   kənar   edilməsi   tələb   olunur.

Yakutiyanın   cənub-bozqır   torpaqlarının   mənimsənilməsi

üçün   təkrar   şorlaşmanın   qarşısını   alan   tədbirlərin

görülməsi vacibdir.

Tayqa   –   meşə   torpaqları   zonası   tibbi-gigiyena

cəhətdən   az   əlverişlidir,   çünki   bu   zona   torpaqlarının

intensiv yuyulması nəticəsində bir çox kimyəvi elementlər,

o   cümlədən   insan   və   heyvanların   normal   inkişafı   üçün

vacib olan – elementlər itirilir. Buna görə də bu zonada bir

sıra kimyəvi elementlərin – birinci növbədə - yodun, misin,

kalsiumun   və   s.   qismən   çatışmamazlığına   şərait

yaradırlar (Kovalski 1964). 

Tayqa   zonası   torpaqlarının   geokimyasının

öyrənilməsini   Sibir   üçün   və   ərazidə   faydalı   qazıntı

yataqlarının çox böyük miqyasda geokimyəvi axtarışı ilə

əlaqədar olaraq mühüm əhəmiyyəti vardır.  

33



XIII FƏSİL

QARIŞIQ MEŞƏLƏRİN TORPAQLARI

13.1. Torpaqəmələgəlmənin ümumi şərati

Tayqa   meşə   zonasından   cənuba   iynəyarpaqlı-

enliyarpaqlı   tərkibdə   meşələr   yayılmışdır.   Bu   meşələr

Şərqi Avropa ovalığı ərazisində xüsusilə böyük sahə tutur,

orada  geniş  zona  əmələ  gətirirlər.  Ural  arxasında  onlar

bütöv   zona   şəklində   olmasa   da,   şərqə   doğru,   Amur

sahillərinə   qədər   uzanıb   gedir  (şəkil   13.1).  Avropa

hissəsində   bu   landşaftın   daha   səciyyəvi   torpaqları

yayılmışdır.   Ona   görə   də   bu   torpaqların   təsviri   həmin

əraziyə görə verilir.



Şəkil   13.1.   Çimli-podzol   torpaqların   coğrafi   yayılma   arealları

(keçmiş SSRİ ərazisində).

34



Avropa   hissəsində   yayılmış   qarışıq   meşələr

zonasının   iqlimi,   tayqa   meşələr   zonası   ilə   müqayisədə,

daha   isti   və   uzun   yayı   ilə   səciyyələnir.   İllik   atmosfer

yağıntılarının   miqdarı   500-600mm-ə   yaxındır.   Qərbə

doğru bu miqdar artır. Asiya hissəsində isə iqlim şəraiti

daha   kontinentaldır,   lakin   hər   yerdə   yağıntının   miqdarı

buxarlanmadan çoxdur. 

Avropa   hissəsində   qarışıq   meşələrin   bitki   örtüyü

küknardan, tozağacından, ağcaqovaqdan ibarətdir, bəzən

enliyarpaqlı   ağac   cinslərinə   də   rast   gəlinir.   Asiya

hissəsində   -   Ural   yaxınlığında   ağ   şam   inkişaf   etmişdir.

Qərbi Sibirdə tozağacı və ağcaqovaq üstünlük təşkil edir.

Az   və   ya   çox   yaxşı   inkişaf   etmiş   ot   örtüyü   qarışıq

meşələrin   xarakter   xüsusiyyətidir.   Qarışıq   meşələrin

biokütləsi tayqaya nisbətən yüksəkdir və 2000-3000s/h-a

çatır. Töküntülərin miqdarı da tayqa meşələrinə nisbətən

üstündür,   lakin   qarışıq   meşələrdə   məhv   olmuş   üzvi

maddələrin parçalanma prosesləri daha yüksək enerji ilə

getdiyi   üçün   tayqa   meşələrinə   nisbətən   burada   meşə

döşənəyinin qalınlığı azdır.



Torpaqəmələgətirən   süxurlar  Avropa   hissəsində

valday   buzlaşma   dövrünün  valunlu-gillicə   və   qumsal

çöküntülərindən ibarətdir. Valunlar arasında Baltika sipəri

kristallarının qırıntıları üstünlük təşkil edir. Bəzi yerlərdə

moren   çöküntüləri   karbonatlı   süxurların   qırıntıları   ilə

zəngindir. Bir neçə min il ərzində karbonat materiallarının

bir hissəsi yuyulmuş, yalnız bəzən buzlaq çöküntülərində

həddindən   artıq   olan   daşlar   qorunub   saxlanılmışdır.

Torpaqəmələgətirən   süxurlarda,   daşlı   materialların

çoxluğu,   onların   üzərində   əmələ   gəlmiş   torpaqlarda

35



Yüklə 2,52 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə