Əsaslari iLƏ Azərbaycan RespublikasıTəhsil



Yüklə 2,52 Mb.
Pdf görüntüsü
səhifə27/106
tarix21.10.2017
ölçüsü2,52 Mb.
#6374
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   106

(bu   fərq     bir   metrin     hissələri   ilə   ölçülür)   kiçik   relyef

formaları başa düşülür.

  S.S.Neustruyev   mikrorelyefi   mənfi   və   müsbət

relyef   formalarını     fərqləndirməklə     onların     daha   kiçik

formalarını    nanorelyef    adlandırmışdır.   O,   müsbət

mikrorelyef formalarına yereşənlərin (göstəbəklərin, siçan

və   siçovulların)   qazıb   çıxardıqları  

  təpəcikləri,

həşaratların     (qarışqa   və   termitlərin)   yuvalarından

çıxardıqları krater və təpəşəkilli dairəvi torpaq formalarını

(komalarını),   bitkilərin   ətrafına   eol   təsirilə   toplanmış

(yığılmış) torpaq komalarını aid  etmişdir (şəkil 7.1).



Şəkil 7.1. Torpaqda heyvanların və həşəratların yaratdıgı

relyef formaları (nanorelyef)

Mənfi   mikrorelyef     formalarını   yastı   (batıq),

suffozion   formaları,     nəlbəkivari   çökəklikləri,   bozqır

çuxurlarını,   çalaları,   erozion   və   donuşluq   nəticəsində

formalaşan  “keçəl” mikrorelyefləri göstərmək olar.

95



   Mikrorelyef formalarının əmələ gəlməsi müəyyən

dərəcədə   torpaqəmələgəlmə   prosesilə   əlaqədardır.

Torpaq   komplekslərinin   və   növmüxtəlifliyinin

yaranmasında mikrorelyefin  rolu böyükdür.

Mikrorelyef   şəraitindən     asılı     olarq     torpağın

temperatur şəraiti, rütubət, duz və qida rejimləri, bitkilərin

xarakterləri   onların   qalıqlarının   sintezi   və   çürümə

prosesləri  müxtəlif olur.

Bütün     bunlar     həm   də     özlüyündə     torpaq

örtüyünün     mikroləkəliliyinə     və   mikrokompleksliyinə

şərait yaradır.

Torpaqşünaslıq   elminin   baniləri   V.V.Dokuçayev,

N.M.Sibirtsev,   S.A.Zaxarov,   Q.N.Vısotski   və   başqaları

torpaqların genetik təsnifatını  hazırlayarkən  relyef amilini

əsas     götürmüş,   öz   təsnifatlarında   normal,   keçid,

anormal,   zonal,   introzonal,   azonal   yaxud   avtomorf,

poluhidromorf   və   hidromorf   kimi   torpaq   qrupları

ayırmışlar.



VIII FƏSİL

TORPAĞIN  MORFOLOGİYASI

96



Torpaqəmələgəlmə   prosesində   torpaq   dağ

süxurlarından fərqli olan bir sıra yeni xassələr qazanır ki,

bu   başqa   təbii   cisimlər   kimi   özünün   müəyyən   morfoloji

əlamətləri  ilə fərqlənir.  Bu əlamətlər  bilavasitə asanlıqla

gözlə   müşahidə   oluna   bilməsinə   baxmayaraq,   onları

düzgün   və   dəqiq   öyrənmək   üçün   müxtəlif   alət   və

cihazlardan istifadə edilir.

Hər bir torpaq qatının qalınlığı və ya torpaq profili

bir-birilə   sıx   əlaqəli   genetik   qatlara   bölünən   quruluşa

malikdir.

Torpağın   morfoloji   nişanələri   torpaqəmələgəlmə

prosesinin nəticəsi olub, torpağın kimyəvi, fiziki və bioloji

xassələrini   əks   etdirir.   Məhz   bu   nişanələrlə

torpaqəmələgəlmə   prosesinin   istiqaməti,   ifadə   dərəcəsi

və   orada   baş   verən   proseslər   haqqında   lazımi   fikir

yürütmək olur.

Torpağın   morfologiyası   haqqında   əsas   anlayış

V.V.Dokuçayev   tərəfindən   verilmiş   və   S.A.Zaxarov

tərəfindən   təkmilləşdirilib   dəqiq   işlənmişdir.   Son

zamanlarda   torpağın   morfologiyası   genetik   səpkidə

B.Q.Rozanov tərəfindən daha ətraflı şərh edilmişdir.

Torpağın əsas morfoloji nişanələri aşağıdakılardır:

1) torpağın quruluşu (profili); 2) torpağin rəngi; 3) torpağın

mexaniki (qranulometrik)   tərkibi; 4) torpağın strukturası;

5)  torpağın  yenitörəmə  və  mədxulları  (möhtəviyyatı);  6)

torpağın   kipliyi;   7)   torpağın   karbonatlılığı;   8)   genetik

qatların keçidliyi.

8.1.Torpağın quruluşu.

97



Torpağın xarici görünüşünü əks etdirməklə şaquli

istiqamətdə bir-birini  əvəz edən ayrı-ayrı  genetik  qatları

onun   quruluşunu   təşkil   edir.   Burada   ayrı-ayrı   genetik

qatlar   bir-birindən   özünün   rəngi,   mexaniki   tərkibi,

strukturası,   kipliyi,   yenitörəmə   və   mədxulları   və   b.

morfoloji   əlamətləri   ilə   fərqlənir.   Bu   qatlarda   gedən

kimyəvi   və   bioloji   proseslər   də   eyni   olmayıb,

torpaqəmələgəlmə   prosesi   ilə   istehsalatda   istifadə   ilə

əlaqədar dəyişikliyə uğramış olur. Torpağın tam və yaxşı

inkişaf   etmiş   profilində   dörd   genetik  qat   fərqləndirilir  ki,

bunlar da özlüyündə yarımqatlara bölünür. Hər bir genetik

qat   digərindən   hərfi   işarələrlə   (indekslərlə)   fərqləndirilir.

Bunlar aşağıdakılardır (şəkil 8.1):

1)   çürüntülü–akkumulyativ   qat,   “A”   hərfi   ilə   işarə

edilir.   ”A”   qatı   torpağın   genezisi   və   istifadəsindən   asılı

olaraq bir neçə yarımqata bölünür: A

0

  – meşə döşəməsi



(xəzəli),    Aş   –   şum   (əkin)  qatı,  A

ç

  –  çim   qatı,  A



1

  -   əsl

akkumulyativ humus qatı, A

2

 – ellüvial qat (elluvo – latınca



yuyulma   qatı),   buradan   qida   maddələri,   humus,   kolloid

maddələr alt “B” qatına – illüvial qata yuyulur, A

t

 – torf qatı



(torflu bataqlı torpaqlara xasdır).

2) İllüvial “B” qatı – torpaq profili üzrə keçid qat,

yaxud   yuyulub   toplanma   qatı   (illuvo   -   latınca   yuyulub

toplanma   deməkdir)   adlanır.   Adətən   bu   qatda   kimyəvi

element bitləşmələri, narın dispersli gil hissəciklər, dəmir

və   manqan   hidroksidlərinin   birləşmələri   və   eləcə   də

mütəhərrik humus, karbonat və asan həll olunan duzlar

yuyulub   toplanmış   olur.   Torpaq   profilinin   tam   inkişaf

səviyyəsindən,   karbonatların,   sulfatların,   o   cümlədən

gipsin toplanmasından asılı olaraq illüvial “B” qatı B

1

, B


2

 ,

B



k

 , B


p

  və B


k

  yarımqatlarına bölünür. 

98



Yüklə 2,52 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə