Əsaslari iLƏ Azərbaycan RespublikasıTəhsil



Yüklə 2,52 Mb.
Pdf görüntüsü
səhifə25/106
tarix21.10.2017
ölçüsü2,52 Mb.
#6374
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   106

Eroziyanın inkişafına səbəb olan təbii şəraitə iqlim

(yağıntıların   miqdarı,   düşmə   rejimi,   qarərimənin

intensivliyi,   torpaq   şəraiti   və   s.),   relyef   şəraiti   (eroziya

bazisinin dərinliyi, yamacın dikliyi, uzunluğu, forması və

baxarlığı   və s.), yerin geoloji quruluşu, süxurların litoloji

tərkibi,   davamlılığı,   torpaq   şəraiti   (mexaniki   tərkibi,

strukturası, kipliyi və s.) və bitki örtüyü aid edilir.

Bitki örtüyü ən böyük torpaqqoruyucu rola malikdir.

Bitki   köklərinin   torpağı   bərkitmədə   “armatur”   rolu

oynaması,   çətirlərinin   yağış   damlalarının   vurğu   gücünü

azaltması, axımın və deflyasiyanın qarşısını alması və s.-

də misilsiz əhəmiyyəti vardır.



6.2. Eroziya  prosesindən  dəyən  zərər

Eroziyadan   torpaq   sərvətləri   çox   böyük     zərər

çəkir.  Bütün dünya ölkələri içərisində ən çox zərər çəkən

ABŞ–dır.  Burada   torpaq   eroziaysı   ABŞ   üçün   milli   bəla

kimi   qəbul   edilmişdir.  Eroziya   prosesindən   və   tikintidən

burada   hər   il   800   min   hektar   torpaq   itir.   Tarla   və

otlaqlardan sürətli eroziya nəticəsində 2,7 milyard t. sülb

material   aparılır   ki,   bunun   650   mln   t.   Missisipi   çayı

daşarkən olur.

Dokuçayev   adına   Torpaqşünaslıq   institutu

əməkdaşlarının məlumatına görə keçmiş SSRİ ərazisində

110   mln   h.   torpaq   eroziyaya   uğramışdır;   hər   il   eroziya

nəticəsində su ilə 535 milyon ton torpaq aparılır ki, bunun

tərkibində 1,3 mln ton  azot, 12,2 mln ton  kalium və 5,93

min ton fosfor vardır.

Respublikamızda   torpaq   eroziyası   daha   çox

yayılmışdır.   Bəzi   dağlıq   rayonlarda   eroziyaya   uğramış

torpaqlar   60–70%,   hətta   80%-ə   çatır.   K.Ələkbərovun

hesablamasına   görə   torpaq   eroziyası   nəticəsində   ildə

1,200 min ton kalium, 58 min ton fosfor, 82 min ton  azot

88



itirilir.   Eroziyaya   uğramış   torpaqların   tipik   nümunələri

Naxçıvan MR, Ceyrançöl, Qobustan və s. ərazilərdə daha

geniş yayılmışdır.

2. Torpaq eroziyasına qarşı mübarizə tədbirləri

Torpaqların su və külək eroziyasına qarşı tədbirləri

planlı   şəkildə,   sistematik   olaraq   müəyyən   aqrotexniki

tədbirlər   həyata   keçirməklə   aparılmalıdır.   Zonal   tərzdə

aparılacaq   bu   mübarizə     tədbirlər     aşağıdakılardan

ibarətdir: 1) təşkilat – təsərrüfat tədbirləri; 2) aqrotexniki

tədbirlər;   3)   meşəmeliorasiya   tədbirləri;   4)   hidrotexniki

tədbirlər.



Təşkilat   –   təsərrüfat   tədbirlərində  torpaq

eroziyasına   qarşı   əsaslandırılmış   plan   tərtib   etmək   və

onun   həyata   keçirilməsinə   nail   olmaq   nəzərdə   tutulur.

Xüsusilə   burada   eroziyaya   dair   mühüm   məlumatların,

torpaq eroziya xəritələrinin və eləcə də relyef, süxur və b.

xəritəçilik materiallarının əldə edilməsi zəruridir.



Aqrotexniki  

  tədbirlərdə 

bitkinin   özünün

torpaqqoruyucu   xassəsindən   istifadə   edilir.   Misal   üçün,

çoxillik   otlar,   birillik   bitkilər,   torpağın   eroziyaya   qarşı

becərilmə   qaydaları   (şumu   yamacın   köndələninə

aparmaq, bufer zolaqları saxlamaq, becərmə, kultivasiya

işlərinin   düzgün   təşkili   və   s.),   qarısaxlama   və   onun

əriməsini   tənzim   etmək,   eroziyaya   uğramış   torpağın

münbitliyini aqrotexniki vasitələrlə yüksəltmək.

Aqrotexniki   tədbir   zamanı   fitomeliorasiya,   üzvi

mineral   gübrələr   tətbiqi   və   s-dən   də   istifadə   edilir.

Defilyasiyaya   qarşı   mübarizə   üçün   hündür   gövdəli

bitkilərdən   (günəbaxan,   qarğıdalı)   və   sahəvi   küləş

zolaqlarından istifadə etməli və örüşlərin otarılması ciddi

nizamlanmalıdır.

Meşəmeliorasiya   tədbirləri  müxtəlif   məqsədlər

üçün   meşəqoruyucu   zolaqları   özündə   cəmləşdirir.

Xüsusilə burada küləkqoruyucu, tarlaqoruyucu və yarğan

89



boyu   salınmış   meşə   zolaqları   böyük   rol   oynayır.   Su

hövzələrinin,   göllərin,   çay   və   kanalların,   sahilləri

bərkidilməsi   üçün   də   qoruyucu   zolaqlar   çox   mühüm

əhəmiyyət kəsb edir.



Hidrotexniki   tədbirlər  o   zaman   tətbiq   edilir   ki,

yuxarıda göstərilən tədbirlər eroziya üçün kara gələ bilmir.

Buraya axımı tənzim edən hidrotexniki qurğular aid edilir.

Terrasların bərpası, kanallara səd çəkilməsi, yarğanların

artımı   qarşısını   almaq   məqsədilə   sədlər,   liman   və

terraslar   tikmək,   yolqırağı   yamacları   bərkitmək   və   s.

buraya aiddir.

VII FƏSİL

TORPAĞIN ƏMƏLƏ GƏLMƏSİNDƏ  VƏ

COĞRAFİYASINDA RELYEFİN  ROLU

90



Torpaqəmələgəlmə

 

prosesində



 

relyef


özünəməxsus   əhəmiyyət   kəsb   edir.  Torpaqəmələgətirən

amillərin  paylanması və qarşılıqlı münasibətlərinə imkan

yaradaraq   relyef   torpaq   coğrafiyasına   və   onun

qanunauyğunluqlarının   yaranmasına   daha   güclü   təsir

göstərir. Relyefin torpaqəmələgəlməyə bu təsiri   birbaşa

və   dolayı   yolla   ifadə   oluna   bilər.  Sonuncu   halda   relyef

başqa amillər vasitəsilə təsir göstərir. Məsələn, relyef Yer

kürəsində   iqlim   elementlərinin     paylanmasına,   bitki

örtüyünün   xarakterinə,   səth   və   qrunt   sularına,   deməli

torpaq və qruntun su rejiminə mühüm təsir göstərir.

Relyef, hər şeydən əvəl, yamacların ekspozisiyası

(baxarlığı) və dikliyindən asılı olaraq günəş radiasiyasının

və   yağıntıların   paylanmasına   və     istilik   rejiminə   böyük

təsir göstərir. Relyef şəraitindən asılı olaraq vahid səthə

düşən enerjinin miqdarı dəyişir, istilik və rütubətin məkan

daxilində   paylanması,   onların   sutka   və   il   ərzində   dövri

olaraq  tərəddüdü baş verir.

Adətən   torpaqəmələgəlmə   prosesinə   relyefin

aşağıdakı  momentləri  böyük təsir   göstərir:

1) relyefin dəniz səviyyəsindən yüksəkliyi;

2) yamacların dikliyi (meyillik dərəcəsi);

3) yamacların  baxarlığı  (ekspozisiyası);

4)   relyefin   əsas   formaları   və   onların   qarşılıqlı

əlaqəsi.


Ağırlıq   qüvvəsi   və   axan   atmosfer   sularının   təsiri

altında   torpaq   kütləsi   və   qruntun   qarışma   intensivliyi

relyefin xarakterindən asılıdır.

Relyefin   iqlimə   təsiri,   xüsusilə   mütləq   yüksəkliyi

kiçik   məkan   daxilində   dəyişən   dağlıq   ölkələrdə   daha

kəskin   müşahidə   edilir.   Məlumdur   ki,   dağlarda   mütləq

yüksəklik artdıqca havanın  temperaturu və təzyiqi  azalır,

müəyyən mərhələyə kimi  atmosfer  yağıntılarının miqdarı

91



Yüklə 2,52 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə