Əsaslari iLƏ Azərbaycan RespublikasıTəhsil



Yüklə 2,52 Mb.
Pdf görüntüsü
səhifə23/106
tarix21.10.2017
ölçüsü2,52 Mb.
#6374
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   106

suları da sistematik və dövri iştirak edir. Suvarma zamanı

torpaq məhlulu üçün ehtiyat mənbə kimi suvarma suları

da mühüm rol oynayır.

Atmosfer yağıntıları, səth suları, şehlər, qrunt suları

torpağa   düşərək   onun   maye   faza   kateqoriyasına   keçir,

torpağın bərk və qaz fazalarının, bitkilərin kök sistemi və

torpaqda məskən salmış heyvan orqanizmlərinin qarşılıqlı

təsiri nəticəsində öz tərkibini dəyişir. Əmələ gələn torpaq

məhlulu öz növbəsində torpağın dinamikasında, bitki və

mikroorqanizmlərin   qidalanmasında   çox   mühüm   rol

oynayır, eləcə də torpaqda mineral və üzvi birləşmələrin

dəyişməsi prosesində və onların profil boyu hərəkətində

fəal iştirak edir.

5.6. Torpaq məhlulunu ayırma üsulları

Torpaq məhlulunun tərkibini və xassəsini şəraitdən,

tədqiqat məqsədindən asılı olaraq öyrənmək üçün bir sıra

üsullardan istifadə edilir. Bütün bu üsullar xarici qüvvələr

(təzyiqetmə)   tətbiqetməyə   əsaslanır:   1)   presləşdirilmə

üsulu – yəni torpaq xüsusi proses altında müvafiq təzyiqlə

sıxılaraq   ondan   məhlul   ayrılır;   2)   sentrifuqlama,   yaxud

mərkəzdənqaçma   üsulu   –   bu   üsul   o   torpaqlarda

mümkündür   ki,   orda   torpağın   rütubəti   tam   rütubət

tutumuna yaxın olsun; 3) torpaq məhlulunun başqa maye

ilə sıxışdırılıb çıxarılması, əvəz edilməsi.

Bu     məqsədlə   torpaq   məhlulunu   çıxarmaq   üçün

əvvəl   təbii   rütubətli   torpaq   müəyyən   silindirvari   qabda

yerləşdirilir.  Üstdən   üzərinə   qovub   çıxaran   maye   əlavə

edilir.  Bu işdə ən yaxşısı  etil  spirtidir ki, onun  qovduğu

torpaq məhlulu qəbul edicidə yığılır. Hərgah torpaq ağır

gillicəlidirsə,   onda   onun   süzmə   qabiliyyətini

yaxşılaşdırmaq   üçün   mütləq   yuyulmuş   qum   qatılması

məsləhət görülür.

81



Torpaq məhlulunun öyrənilməsində lizimetr üsulu

da tətbiq edilir. Bu üsulla torpağın müəyyən qalınlığında

qatında   yağış   suyu   və   adi   suyun   sızması   nəticəsində

qəbuledicidə   torpaq   məhlulu   toplanır.   Lizimetr   üsulu

nöqsanlı   olduğu   üçün   torpaq   məhlulunun   həm   lizimetr,

həm   də   presləşdirmə   üsulu   ilə   təyin   etmək   məsləhət

görülür.

Qeyd edək ki, torpaq məhlulunun tərkibi bəzən tam

dəqiq   olmasa   da   su   çəkimi   (süzüntüsü)   vasitəsiylə   də

öyrənilir.

Torpaq   məhlulunun   reaksiyası   (pH),   onun

elektrikkeçirmə   qabiliyyəti   və   oksidləşmə   -   bərpa

proseslərinin  intensivliyi torpağın  özündə,  onun məhlulu

ayrılmadan da öyrənilə bilər.



5.7. Torpaq məhlulunun kimyəvi tərkibi

Torpaq məhlulunun əsas göstəriciləri onun kimyəvi

tərkibi,   qatılığı,   pH-ı,   osmotik   təzyiqi   və   oksidləşmə   -

reduksiya xassələri hesab olunur.

Torpaq məhlulu daima torpağın bərk, maye və qaz

fazalarının,   eyni   zamanda   bitkilərin   kök   sisteminin

qarşılıqlı   təsirində   olur.   Ona   görə   də   onun   tərkibi   və

qatılığı   bioloji,   fiziki–kimyəvi   və   fiziki   proseslərin

nəticəsindən  asılıdır. Torpaq  məhlulunun  qatılığı yüksək

olmur,   adətən   1l   bir   neçə   qram   təşkil   edir.   Lakin   bu

məsələdə şorakət və şoran torpaqlar müstəsnalıq təşkil

edir, belə ki, onların 1l məhlulunda bəzən 10–100 qrama

qədər maddə ola bilər.

Torpaq məhlulunda mineral, üzvi və üzvi – mineral

birləşmələr olur. Onlar molekulyar və həllolunan kolloidlər

formasında   toplanır.  Bundan   başqa,   torpaq   məhlulunda

həll olmuş qazlar da (O

2

, CO



2

 və s.) mövcuddur.

82



Torpaq   məhlulunda   mineral   birləşmələrin

anionlarından   HCO

3

,   CO


3

,   NO


3

,   SO


4

,   Cl,   H

2

PO

4



,

kationlardan Ca, Mg, Na, NH

4

, K, H ola bilir. Şiddətli turş



torpaqlarda Al, Fe, bataqlı torpaqlarda isə Fe

2

 olur.



Torpaq məhlulunda üzvi birləşmələrdən suda həll

olunan üzvi qalıqlar, onların çürümə məhsulları, bitki və

mikroorqanizmlərin   həyat   fəaliyyəti   nəticəsində   ayrılan

məhsuldar   (üzvi   turşular,  şəkər,  amin   turşuları,   spirtlər,

fermentlər, aşı maddələri və s.) həm də humus maddələri

ola bilir.

Üzvi–mineral   birləşmələrdən   müxtəlif   üzvi

maddələrin   kompleks   birləşmələri   (humus   turşuları,

polifenollar, kiçik molekullar, üzvi turşular) vardır.

Torpaq   məhlulunun   komponentləri   genetik   qatlar

üzrə kəskin fərqlənir. Onların maksimum miqdarı humus

qatında olur. Lakin profil boyu dərinliyə getdikcə onların

minerallaşması   ilə   əlaqədar   miqdarı   maksimum   azalır.

Qara,   şabalıdı,   boz   və   şorakət   torpaqlarda   dərinliyə

getdikcə   məhlulun   tərkibində   mineral   birləşmələrdən   –

karbonatlar, gips, asan həll olunan duzların miqdarı artır.

Şoran torpaqların məhlulunda Cl, SO

4

, Ca, Mg və Na-nın



miqdarı yüksək olur. Bitkilərin qidalanmasında mühüm rol

oynayan ionlar, xüsusilə NO

3

, SO


4

, fosfat ionu məhlulda

nə   qədər   çox   olarsa,   bir   o   qədər   aqronomik   qiymətli

hesab olunur.

Ümumiyyətlə, torpağın mənşəinin öyrənilməsində,

onun   münbitlik   xassəsində   torpaq   məhlulu   böyük

əhəmiyyət   kəsb   edir.   Orqanizmlərdə   üzvi   –   mineral

birləşmələrin   yenidən   əmələ   gəlməsi,   bitkilərin

qidalanması,   böyüməsi,   inkişafı   və   məhsuldarlığı   yalnız

torpaq məhlulu ilə əlaqədardır.

83



Yüklə 2,52 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə