Əsaslari iLƏ Azərbaycan RespublikasıTəhsil



Yüklə 2,52 Mb.
Pdf görüntüsü
səhifə26/106
tarix21.10.2017
ölçüsü2,52 Mb.
#6374
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   106

və   havanın   rütubətliyi   artır.   Dağ   yamaclarının   mütləq

yüksəkliyi   müxtəlif   olan   hissələrində   iqlimin   dəyişməsi

təsiri  altında bitki və torpaqda şaquli zonallıq əmələ gəlir.

Relyefin     forma   və   dikliyindən     asılı   olaraq

yağıntıların   mühüm miqdarı düzən formalı suayrıcılara,

nisbətən  az miqdar  yamac sahələrə, daha az isə sıldırım

yamaclara daxil olur. Ən çox rütubətlənmə relyefin mənfi

elementlərində, xüsusilə bağlı depressiyalarda  müşahidə

edilir   ki,   belə   sahələr   yağış     və   qar   şəklində     düşən

atmosfer   çöküntülərindən     əlavə,   ətraf     yüksək

sahələrdən     axan   yağış     və   qar   sularından       da

rütubətlənir.

Torpaq   rütubəti   müxtəlif   relyef   elementlərindən

müxtəlif intensivlikdə buxarlanıb itir. Ən çox buxarlanma

relyefin   cənubabaxar   yamaclarında,   ən   az   isə   şimal

rayonlarında müşahidə  edilir,  çünki  birincidə  temperatur

həmişə     yüksək   olduğu     halda,   ikincidə     bunun   əksi

nəzərə çarpır.

Relyef   şəraiti   qrunt   sularının   səviyyəsinə     də

mühüm   təsir göstərir. Belə ki, relyefin   səthi nə qədər

çox parçalanmış olursa, qobu  və yarğanlar nə qədər çox

inkişaf     etmişsə,   qrunt     suyunun     səviyyəsi     eroziya

bazisindən     asılı     olaraq   bir   qədər   dərində   olur.

Rütubətlənmə və qrunt sularının   təsirindən   asılı olaraq

relyefin   müxtəlif   elementlərində   bir–birindən   fərqli   olan

müxtəlif  torpaq tipləri, yarımtipləri  və növləri əmələ  gəlir.

Relyefin   torpaq   örtüyünün     dəyişilməsinə     ən

böyük   təsiri xüsusilə dağlıq ölkələrdə   müşahidə   edilir.

Burada   bir   tərəfdən   eroziya   və   sürüşmə   prosesi

nəticəsində   torpaq     yuyulub   aparılarsa   və   çılpaq

yamaclarda     yuxa   torpaqlar   yaranırsa,   digər   tərəfdən

həmin   materialların     yuyulub   ətəklərdə   toplanması

basdırılmış     torpaqların   əmələ   gəlməsinə,   delivüal,

prolüvial və  s. çöküntülərin formalaşmasına  səbəb  olur.

92



Buna   görə   də   dağ   yamacları   öyrənilərkən     ən   əvvəl

onların     baxarlığı,   dikliyi,   yəni   meyillik   dərəcəsi,   çay

dərələrinə keçid vəziyyəti (tədrici düşmə, çıxıntılı, kəskin

düşmə   və   s.)   yaxşı   müəyyən   edilməlidir.     Bunlardan

əlavə, relyef üzrə dərə, yarğan və qobuların eni, dərinliyi,

yamacların   forması,   onların   cimləşmə vəziyyəti ətraflı

təsvir olunmalıdır.

Relyefin   torpaqəmələgəlmə     prosesində   rolunu

daha  düzgün müəyyən  etmək üçün  onun formaları  və

bir–birindən   fərqli   tipləri   üzərində   dayanmaq lazımdır.

Adətən    öz  formasına    görə relyefin    aşağıdakı    tipləri

fərqləndirilir:   a)     meqarelyef,     b)   makrorelyef,     c)

mezorelyef,   d) mikrorelyef   və nanorelyef.

Meqarelyef  -   ən   iri   planetar   relyef   forması   olub,

ərazicə     yüzlərlə,   minlərlə     kilometr     uzanır   və   şaquli

istiqamətdə  isə yüz  və min  metrlərlə  yüksəlir.

Makrorelyef  -   ərazicə geniş   və yüksəklik etibarı

ilə çox böyük   (on və yüzlərlə metr) fərqli hissələri   olan

ümumi     səth     quruluşlu     relyef     formalarıdır.     Buraya

dağlar, düzənliklər, təpələr, yaylalar, dağ silsilələri və s.

aid   edilir.    Bunlardan     əlavə   buraya     yamaclar,   dayaz

dərələr,    yallar,  düyünlər,    yarğanlar     və   bu  kimi  relyef

formaları   da   aid   edilir.   Bütün     bunlar   hava   kütlələrinin

hərəkətinə,   dağlıq   ərazilərdə   iqlimin,   bitki   örtüyünün   və

torpağın     formalaşmasına,   eləcə   də     şaquli     zonallıq

qanununun     yaranmasına     səbəb   olur.   Relyef   şəraiti

mütləq   yüksəklikdən   asılı   olaraq   torpağın   hidrotermik

rejiminin,     bioiqlim     zona   və   yarımzonalarının   əmələ

gəlməsinə,     onun   münbitlik     potensialının   dəyişməsinə

mühüm     təsir   göstərir.  Bütün     bu     deyilənlərə     Böyük

Qafqaz  dağlarını  misal  göstərmək  olar.  Məlum  olduğu

kimi, burada yüksək  dağlar su  buxarı  ilə doymuş  hava

kütləsinin     qarşısını     asanlıqla     kəsə   bilir,  onun   küləkli

hissəsində   quraqlıq   vilayət     yaradır,     lakin   müxtəlif

93



ekspozisiyalı     (buxarlı)   yamaclar   müxtəlif   miqdarda

yağıntı  alır.  Bunun    nəticəsidir ki,    qərbdən    daxil  olan

rütubətli     hava     kütləsini   saxlayan     Qafqazın     qərb

yamaclarında ildə 2-3 min mm yağıntı   düşdüyü   halda,

onun     şərq   yamaclarının     döşlərində     cəmi   300   mm-ə

yaxın  yığıntı düşür.

Belə   halı   Talış   dağları   və   Kür-   Araz     ovalığı

timsalında   da   görmək   olar.   Bütün     belə     hallar

torpaqəmələgətirən     amillərin     birgə     təsirindən     asılı

olaraq özünü  torpaq  örtüyünün  xarakterində  də  aydın

göstərir.

Mezorelyef  dedikdə burada orta ölçüdə, nisbətən

kiçik   sahəli   relyef   formaları   başa   düşülür   ki,   onların

böyüklükləri   10-100   metrlə   ölçülür,  yüksəklikləri     1-10m

arasında   tərəddüd   edir.   Belə   relyef   formalarına   tirələri,

kurqanları,   təpələri,   terrasları,   çalaları     və   müxtəlif

meyilliyə     malik   yamacları     göstərmək   olar.  Mezorelyef

formaları,   hər   şeydən   əvvəl,   yer   səthində     yağıntıları

paylaşdırır,   səthlə   axan     və   torpağa     hopan     suları

nizama salır  və torpaqdaxili  su axınının istiqamətini  də

müəyyən edir.

Burada meyillikləri və ekspozisiyaları müxtəlif olan

səthlər birbaşa     şüaudma   yolu   ilə müxtəlif     miqdarda

günəş radiasiyası alırlar.

Mezorelyef  formaları  ilə, birinci  növbədə, torpaq

eroziya     proseslərinin     inkişafı     müəyyən     olunur.

Mezorelyefin   meydana gəlməsi   və formalaşması, əsas

etibarilə,   ekzogen   geoloji   proseslərlə     (denudasiya

prosesləri,  kontinental çöküntülərin  əmələ gəlməsi  və s.

ilə) əlaqədardır ki,  bu da qurunun ayrı–ayrı  hissələrində

yavaş –yavaş  qalxıb enməsinə böyük təsir göstərir.



Mikrorelyef  dedikdə   mezorelyefdən   fərqli   olaraq,

girinti və çıxıntıları zəif olan,  yüksəklik fərqi güclə seçilən

94



Yüklə 2,52 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə