Ətraf müHİTİn monitoriNQİ


Birinci qrup çirkab sularına



Yüklə 164,68 Kb.
səhifə20/38
tarix28.12.2022
ölçüsü164,68 Kb.
#98002
1   ...   16   17   18   19   20   21   22   23   ...   38
ƏMM.müh.

Birinci qrup çirkab sularına tərkiblərində turşu, qələvi, ağır metalların ionlarını və s. saxlayan, soda, sulfat turşusu, azot-tuk (mineral gübrə) zavodlarının, qurğuşun, sink, nikel və digər filizlərin zənginləşdirilməsi fabriklərinin çirkab suları aiddir. Bu qrupun çirkab suları əsasən suyun fiziki xassələrini dəyişdirir.
İkinci qrup çirkab suları neft emalı, neft-kimya zavodları, üzvi sintez, koks-kimya və s. müəssisələri tərəfindən atılır. Bu qrupun çirkab sularının tərkibində müxtəlif neft məhsulları, ammonyak, aldehidlər, qətranlar, fenollar və digər zərərli maddələr olur. Bu qrup çirkab sularının zərərli təsiri əsasən suda oksigenin miqdarının azalmasına səbəb olan oksidləşmə prosesləri ilə bağlıdır. Bunun nəticəsində də oksigenə biokimyəvi tələbat artır, suyun orqanoleptik göstəriciləri pisləşir.
Müasir etapda daxili su tutumlarının, dünya okeanının, göl, çay və dənizlərin əsas çirkləndiriciləri neft və neft məhsulları hesab olunur. Su hövzələrinə düşərək onlar müxtəlif növ çirklənmələr əmələ gətirirlər: suda həll olan və ya emulsiya yaradan, su üzərində üzən nazik neft təbəqəsi (plyonkası), neft məhsulları, dib hissəsinə çökmüş ağır neft fraksiyaları və s. Bu halda suyun qoxusu, dadı, rəngi, səthi gərilmə qabiliyyəti, özlülüyü dəyişir, oksigenin miqdarı azalır, zərərli üzvi maddələr meydana çıxır, su toksiki xassə əldə edir və təkcə insanlara deyil, həm də bütün dünyaya təhlükə yaradır. 12 qr neft bir ton suyu istifadəyə yararsız hala salır. Sənaye sularının olduqca çox zərərli çirkləndiricilərindən biri fenoldur. O, bir çox neft-kimya müəssisələrinin çirkab sularının tərkibində olur. Bu halda su tutumlarının özü-özünü təmizləmə və bioloji prosesləri kəskin surətdə azalır, su spesifik karbol turşusunun qoxusunu əldə edir. Kimyəvi birləşmələr və digər həll olmayan maddələr suyu çirkləndirir və onun fiziki-kimyəvi xassələrini pisləşdirirlər. Qətranlar və digər ekstraktiv məhsullar parçalanır və çoxlu miqdarda oksigen udurlar, kürülərin, xüsusən də gənc balıqların məhv olmasına səbəb olurlar.
Atom elektrik stansiyaları radioaktiv tullantıları ilə çayları çirkləndirirlər. Radioaktiv maddələr xırda plankton mikroorqanizmləri və balıqları ilə qatılaşdırılır, sonra qida zənciri ilə digər heyvanlara ötürülür. Sübut olunmuşdur ki, plankton sakinlərinin radioaktivliyi onların yaşadıqları suyun radioaktivliyinə nəzərən min dəfə yüksəkdir. Yüksək radioaktivliyə malik olan (bir və daha çox litrə 100 кüri hesabı ilə) çirkab suları, axarı olmayan yeraltı hovuzlarda və xüsusi rezervuarlarda basdırılmalıdır.
Əhalinin artması, köhnə şəhərlərin genişləndirilməsi və yeni şəhərlərin meydana gəlməsi daxili su tutumlarına xeyli miqdarda məişət tullantı sularının daxil olmasını artırır. Bu axıntı suları çayların və göllərin xəstəliktörədən bakteriyalar və helmintozlar (parazit qurdların insan və heyvanlarda əmələ gətirdiyi xəstəlik halları) ilə çirklənməsinə səbəb olur. Su hövzələrini daha artıq məişətdə geniş istifadə olunan sintetik yuyucu vasitələr çirkləndirir. Sintetik yuyucu vasitələr həm də sənaye və kənd təsərrüfatında da geniş tətbiq olunur. Onların tərkibində olan kimyəvi maddələr çirkab suları ilə çay və göllərə axıdılır, su hövzələrinin bioloji və fiziki rejiminə böyük təsir göstərir. Nəticədə suyun oksigeni udma qabiliyyəti azalır, üzvi maddələri minerallaşdıran bakteriyaların həyat fəaliyyəti zəifləyir.
Su hövzələrinin pestisidlər və mineral gübrələrlə çirkləndirilməsi ciddi narahatçılığa səbəb olur. Tədqiqatlar nəticəsində, sübut edilmişdir ki, suda suspenziya halında olan insektisidlər neft məhsullarında həll olaraq çay və göl sularının çirklənməsinə səbəb olurlar. Bu qarşılıqlı təsir su bitkilərinin oksidləşdiricilik funksiyasının xeyli zəifləməsi ilə nəticələnir. Su hövzələrinə düşərək, pestisidlər plankton, bentos və balıqlarda toplanır, qida zənciri ilə insan orqanizminə düşərək onun bütün orqanlarına pis təsir göstərir. Maldarlığın intensivləşdiril-məsi ilə əlaqədar olaraq kənd təsərrüfatı sahələrində də çirkab suları əmələ gəlir. Tərkibində bitki lifləri, heyvan və bitki yağları, nəcis kütləsi, meyvə və tərəvəz qalıqları, gön-dəri və sellüloza – kağız sənayesi, şəkər və pivə zavodları, süd-yağ, konserv və yeyinti sənayesi su hövzələrinin üzvi maddələrlə çirklənməsinə səbəb olur. Çirkab suları tərkibində adətən 60%-ə qədər üzvi mənşəli maddələr olur ki, bu kateqoriyalı üzvi maddələrə kommunal-məişət, tibbi-sanitar suları, gön-dəri və yun yuyan müəssisələrin tullantılarında olan bioloji (bakteriyalar,viruslar, göbələklər, yosunlar) çirklənmələri aid edirlər.
İstilik elektrik stansiyalarının və digər istehsal sahələrinin isidilmiş çirkab suları “istilik çirklənmələrinə” səbəb olur ki, bu da çox ciddi təhlükələrlə nəticələnə bilər: isidilmiş sularda oksigenin miqdarı az olur, suyun termiki rejimi kəskin dəyişikliyə uğrayır ki, bu da su tutumlarının flora və faunasına pis təsir göstərir, bu halda su anbarlarında “rəngli su” adlanan göy-yaşıl yosunların kütləvi inkişafına səmərəli şərait yaranır.

Yüklə 164,68 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə