73
Honkonq virusunun rekombinasiya yolu ilə meydana çıxması haqda əlavə
biokimyəvi sübutlar Laver W.C. və b., 1977 tərəfindən alınmışdır. Müəlliflər
müəyyən etdilər ki, H3-Hav7 hemaqqlütininin ağır zəncirinin sonunda asparagin
turşusu yoxdur, Asiya virusu daxil olmaqla digər tədqiq edilən viruslarda isə o
mövcuddur.
1979-cu ildə Belçikada donuzlar arasında epidemiya qeydə alınmışdı. Bu
zaman Şimali Amerika və AFR-də ördəklərdən alınmış ştamma Hsw1N1 antigen
tərkibcə yaxın qohum olan A/Hsw1N1/ qripi virusu üzə çıxmışdır. Bu, quşların
A qripi virusunun məməlilərə ötürülə bilməsini inandırıcı surətdə təsdiq edən ilk
məlumatlar kimi qiymətləndirilir (Pensaert М. və həmmüəlliflər., 1981). Hinshaw
V.S. və b. (1984) ölmüş suitinin ağ ciyərlərindən A/утка/Алб/686/82/H4N6/ qripi
virusuna bənzər A qripi virusu almışlar.
Amerika qu quşları və qaraquyruq qağayılardan, kəkilli ördəklərdən
Yaponiyada antigen formulu Hav6Nav3 olan qu qripi virusları alınmışdır. Onların
cücələr üçün patogenliyi müəyyən edilmişdir(Otsuki Koichi və b., 1983; Romvary
J.G. və b., 1962).
Eksperimental tədqiqatlarla Macaca radiate meymunların A/Honkonq/68
qripi virusları ilə intranazal və yoluxmuş heyvanlarla kontakt yolu ilə
xəstələnməsinin mümkünlüyü göstərilmişdir.
Eləcə də müəyyən edilmişdir ki, ev pişikləri həm A/Honkonq/68 və
A/Сингапур/57/H2N2 qripi viruslarına, həm də B qripi virusuna həssasdırlar
(K.Paniker, К. Nair, 1973).
74
L.Y. Zakstelskaya və b. (1973) tədqiqatlarında ev quşları arasında
A/chicken/Scotland/59
(Hav5N1),
A/утка/Украина/63
(Hav7Nav2)
və
A/Duck/England/56
(Hav3Nav1)
qrip
viruslarının
sirkulyasiyasını
müəyyənləşdirmişlər. Amma onlar həm də göstərmişlər ki, 1969-cu ilin payızında
vəhşi dəniz quşlarından (əsasən gümüşü qağayılardan, dəniz ördəklərindən qara
zoblu qaqarlardan) alınmış zərdabların çox böyük hissəsi tək quş qripi viruslarına
qarşı deyil, həm də A/equine/Miami 1/1/63-Heq2Neq2/ və A/Honkonq/1/68/H3N2
viruslarına qarşı antihemaqqlütinasiya aktivliyinə malikdir.
Alınan məlumatlar insan və at qripi viruslarının quşlar üçün patogen
olduğunu güman etməyə əsas verir.
Müxtəlif sahiblərin qripi viruslarının qarşılıqlı əlaqəsinin üzə çıxarılması
müəyyən maraq doğurur. Ördəkdən alınmış qrip virusunun yeni yarımtipi (ştamm
A/утка/Украина/1/60) tədqiqatlar göstərdiyi kimi A/утка/Украина/3/60 və
A/утка/Украина/1/63 ştammları ilə qohum deyil (baxmayaraq ki, bu ştammlar
eyni məkanda yaşayan eyni heyvan növündən alınmışdır) (Tumova və
həmmüəlliflər 1973).
Yeni ştamm digər 2 ördək ştammından fərqli olaraq A/equine/Miami/63 və
A/Honkonq/68 ilə antigen qohumluğuna malik deyildi.
Qrip viruslarının patogenliyinin xarakteristikası baxımından yoluxmuş
orqanizmin orqanlarının morfoloji dəyişiklikləri maraq doğurur. A.S.Qorbunova,
T.V.Pısina tərəfindən heyvan qripi viruslarının 7 ştammın siçanlar üçün
patogenliyi müqayisəli öyrənilmişdir (1973).
75
Virusoloji tədqiqat nəticəsində aşkar və ya gizli infeksiya müəyyən
edilmişdir (virusun toyuq embrionlarında alınması, siçanların ağ ciyər toxumasında
görünən zədələrin mövcudluğu).
Həmin siçanların patomorfoloji tədqiqi zamanı qrip infeksiyası üçün
xarakterik olan tənəffüs orqanlarındakı dəyişikliklər müəyyən edilmişdir.
Dəyişikliklər traxeya, bronx və bronxiolların epitelisinin distrofik
zədələnməsindən
(kiprikciklərin
yapışması
və
ya
itməsi,
hüceyrələrin
sitoplazmasının hemogenləşməsi, kobudlaşması və fraqmentləşməsi, xromatinin
nüvələrdə yenidən paylanması), eləcə də onun ocaqlı proliferasiyasından və
deksvamasiyasından ibarət idi.
Tənəffüs orqanlarındakı mikroskopik dəyişikliklərdən bronxial epitelisinin
nəzərə çarpan dərəcədə proliferasiyası və deksvamasiyasını, qeyd etmək lazımdır.
Eləcə də bütün siçanlarda hər passajda alveolların içində sərbəst eritrositlərin
olması ilə müşaiyət edilən hemorragiyalar, perivaskulyar və peribronxial
infiltratların olmasını xüsusilə qeyd etmək lazımdır.
1.12 A tipli heyvan qripi viruslarının yayılması və xarici mühitə qarşı
davamlılığı.
Qrip infeksiyasının quşlarda və məməlililərdə klinik xarakteristikası
infeksiyasının sağlam fərdlərə keçməsini göstərir.
Quşların A qripi virusu ilə xəstələnməsi bu və ya digər lokal simptomların, o
cümlədən enteritin olması ilə septik xəstələnmə tipi üzrə baş verir.
76
Enterit vəhşi quşların yuva qurduğu və yaşadığı yerlərdə qrip viruslarının
quşların fekalisi ilə külli miqdarda ifraz edilməsinə, torpaq və suyun çirklənməsinə
səbəb olur.
Ətraf mühitin çirklənməsi virusların biosferdə eliminasiyasının əlavə
faktorudur.
A tipli qrip viruslarının ördəklər yaşayan kiçik göllərin suyunda tapılması
faktı məlumdur. Müəlliflər vurğulayırlar ki, qrip virusları ştammları bağırsaq
traktını örtən hüceyrələrdə replikasiya edirlər və bağırsaq möhtəviyyatından böyük
miqdarda alınırlar (Webster R.G.,1978).
Vəhşi quşların kloakasından izolə edilmiş virusların ağ ciyər parenximasında
və bağırsağın epiteli toxumasında çoxalma və fekali vasitəsi ilə külli miqdarda
ifraz edilmə qabiliyyəti eksperimental tədqiqatlarla göstərilmişdir (Webster R.G.,
Laver W.A., 1978).
Virusların bağırsaq və kloakada simptomsuz daşıyıcı kimi yayılması A qripi
viruslarının quşlar vasitəsilə geniş disseminasiyasına səbəb olur.
Məməlilərdə A qripi respirator infeksiya tipi üzrə ümumi intoksikasiya,
gözün sulanması, zökəm və öskürəklə gedir. Kiçik yaşlılarda ölümlə nəticələnən
pnevmoniyalar mümkündür.
Virusa yuxarı tənəffüs yollarında təsadüf edilir, bu da onu göstərir ki,
infeksiya respirator yolla ötürülür.
Güman edilir ki, donuz qripi viruslarının yayılması virusun ağ ciyər
nematodları və onların yumurtalarını udan torpaq qurdları vasitəsilə dolayı
ötürülməsi ilə də mümkün ola bilər.
Dostları ilə paylaş: |