81
Bütün bunlar güman etməyə imkan verir ki, pandemiya doğuran qrip
viruslarının təkamülündə insan viruslarının heyvan və quş virusları ilə genetik
əlaqəsi müəyyən rol oynaya bilər (Webster, 1969). Schild, Webster (1977) insan və
heyvan mənşəli qrip virusları arasında hemaqqlyutininə görə qrup şəkilli antigen
əlaqələrinə aid məlumatlar verirlər: insanın H0 və H1 hemaqqlütininli bütün
məlum qripp viruslarının tərkibinə antigen cəhətdən qohum donuz (Hsw1) və quş
(Hav5) virusları daxildir.
İkinci qrup insanın Asiya viruslarından (H2) ibarətdir.
Üçüncü qrup Honkonq kompleksi (H3) viruslarından , ikinci tip at qripi
viruslarından (Heq2) və 7 – I tip quş qripi (Hav7) virusundan ibarətdir.
Beləliklə, tək neyraminidazaya görə deyil, (o, əvvəllər də məlum idi),
hemaqqlütininə görə insanın bütün qrip viruslarının heyvan virusları ilə, xüsusən
quş virusları ilə əlaqəsi var.
Laver (1977) 1977-ci ildə qrip viruslarının ekologiyası üzrə konsultativ
iclasında biokimyəvi məlumatlar verir. Bunlar H3N2 Honkonq tipi virusunun at
qripinin II tipinə və quş qripinin 7-ci tipinə yaxın virusların rekombinasiya prosesi
nəticəsində meydana çıxdığına əlavə sübutlardır.
70-ci illərdə Asiya qripi virusu ilə oxşar olan virusların sirkulyasiyası haqda
məlumatlar meydana çıxdı: viruslar Avropada və Uzaq Şərqdə ev ördəkləri və
vəhşi ördəklərdən izolə edilmişdi.
Ayrılan ştammlar Asiya virusu qripində olduğu kimi hemaqqlütininə (H2)
malik idilər. A/утка/ГДР/72 virusunun neyraminidazası 6-cı quş tipinə Nav6,
82
A/утка/ФРГ/1215/73 və А/утка/Приморье/695/76 viruslarının neyraminidazası
isə 2-ci quş tipinə (Nav2) aid idi.
Jdanov V.М. və həmmüəlliflər (1982) onları təbii rekombinantlar kimi
qiymətləndirir: ya bu viruslar insan virusunun A/H2N2/ iştirakı ilə əmələ gəlirdi,
ya da A/H2N2/ virusu vaxtilə quş viruslarının iştirakından yaranmışdı.
Bu fərziyyələr laboratoriya şəraitində H2Nav2 və Hav6N2 quşların qrip
viruslarından H2N2 rekombinantların alınması zamanı sübut edildi. H2N2 Asiya
virusu ştammlarının Hav7Nav2 quş virusu ilə çarpazlaşmasından isə hazırda
sirkulə edən H2Nav2 quş qripi virusları ilə analoji olan rekombinant alındı (Lvov
D.К. və b., 1979).
Kanadada antigen cəhətdən Hav1N1 virusu ilə (insan və donuzlardan
alınmış) sıx əlaqədar olan Hav1N1 donuz qripi virusunun vəhşi ördəklərdən
alınması populyasiyaların qarşılıqlı əlaqəsindən xəbər verir (Webster R.G., 1978).
Qeyd etmək lazımdır ki, Çindən gələn ev quşlarını Honkonqda müayinə
edən K.Şortridcin məlumatlarına görə (1977), bu quşların demək olar ki, bütün
məlum qrip virusları ilə fövqəladə dərəcədə yüksək yoluxması göstərilmişdir.
Honkonqda sağlam ördək, cücə və qazlardan A qripi viruslarının
hemaqqlütinin və neyraminidaza subvahidlərinin müxtəlif kombinasiyasına malik
yeni növ müxtəlifliklərinin alınması və 2 müxtəlif A qripi viruslarının bir ördəkdən
izolə edilməsi nəticəsində müəlliflər təbiətdə rekombinasiyaların mümükünlüyünü
güman edirlər (Şortric К., 1978).
Beləliklə, təbii biosenozlarda epidemik və başqa virusların eyni vaxtda
sirkulyasiyası və onların genetik əlaqəsinin müəyyən edilməsi müxtəlif sahiblərə
83
adaptasiya edən və təbii biosenozlarda on illərlə qorunub saxlanan
rekombinantların meydana çıxmasının mümkünlüyünü güman etməyə əsas verir.
Daha sonra, törədicinin su hövzələrinə düşməsi və orada su kompleksi
heyvanlarının orqanizmində qalması, onun sonrakı yayılması mümkündür.
Biosferdə insan və heyvan qripi viruslarının sirkulyasiyasına aid əldə olunan
məlumatları yekunlaşdıraraq qrip infeksiyasının və onun törədicisinin spesifikası
probleminə dair çox saylı sualların meydana çıxmasını qeyd etmək lazımdır.
Bununla əlaqədar olaraq qripin təbii ocağı olan Cənub-Şərqi Asiya
biosenozuna identik olan biosenozlarda ekoloji tədqiqatların qrip viruslarının
sirkulyasiyasının xüsusiyyətlərinin aydınlaşdırmaq, xüsusən A qripi viruslarının
təbiətdə dəyişkənlik tendensiyasını və epidemik və epizootik proseslərin qarşılıqlı
əlaqəsini öyrənmək məqsədilə aparılması maraq doğurur.
II Fəsil. İnsan populyasiyasında və heyvanlar aləmində qrip
infeksiyası üzə
rində epidnəzarətin materialları və metodları haqda
ümumi məlumat.
Bu işdə qrip virusları ekologiyasının öyrənilməsinə və Azərbaycan
zonasında qrip infeksiyasına epidnəzarətə dair kompleks tədqiqatların nəticələri
təqdim olunur.
Tədqiqatın obyekti: Qrip, paraqrip və başqa respirator virusların insanın
infeksion patologiyasında etioloji əhəmiyyətinin müəyyən edilməsi məqsədilə
84
KRX, qrip, pnevmoniya və b. klinik diaqnozlu insan kontingenti müntəzəm surətdə
müayinə olunmuşdur.
Əhalinin qrip və paraqrip viruslarına qarşı immun strukturunun müəyyən
edilməsi donorların qan zərdabının hər ay seroloji tədqiq edilməsilə aparılmışdır.
Qrip və başqa KRX infeksiyalarına epidnəzarət Bakı şəhəri şəraitində
aparılmışdır.
Qrip imfeksiyası üzərində müntəzəm epidnəzarət Azərbaycanın müxtəlif
zonalarında ekoloji tədqiqatlarla uzlaşırdı. Bu isə qrip viruslarının biosferdə
sirkulyasiyasında qarşılıqlı əlaqəyə və A qripi virusları ştammlarının təbii
rekombinantlarının əmələ gəlməsi mümkünlüyünə aid məlumatların alınmasını
nəzərdə tuturdu.
Ekoloji tədqiqatlar Qızılağac qoruğunda (subtropik zona), Bakı arxipelaqının
Gil adasında gümüşü qağayıların yuvalarında, Bakı şəhəri və şəhər ətrafı zonanın
bir sıra quşçuluq fermalarında və heyvandarlıq təsərrüfatlarında aparılmışdı.
Tədqiqatın obyekti biosenozun müxtəlif nümayəndələri idi: quşlar – vəhşi,
köçəri, oturaq və ev; ev heyvanları və xarici mühitin obyektləri: su, torpaq, quano.
Bakı şəhəri insan populyasiyasında qrip virusu infeksiyasına KRX operativ
analizi, KRX-nin etiologiyasının öyrənilməsini, əhalinin immun strukturunun
öyrənilməsini özündə cəmləşdirən epidnəzarət ÜST tərəfindən qriplə mübarizə
üçün qəbul və tövsiyyə edilmiş ümumi tədqiqat metodları ilə (HALR, МFА və qrip
viruslarının toyuq embrionları və toxuma kulturasını yoluxdurmaqla alınması)
aparılmışdır. Bu zaman “Qrip və KRX üzrə Ümumittifaq mərkəzinin dayaq
Dostları ilə paylaş: |