77
Qunduzların quş qripi ilə kontaktı infeksiyanın mümkünlüyünün öyrənilməsi
nəticəsində aydın olmuşdur ki, quş qripi viruslarının bir çox yarımtipləri
qunduzlara kontakt yolu ilə ötürülə bilər. Qunduzlar təbiətdə çayların yaxınlığında
yaşayırlar və su quşları ilə kontaktda ola bilərlər. Güman edilir ki, qunduzlar qrip
virusunun təbii tarixində müəyyən rol oynayırlar (Okasaki K. Yanagawa, 1983).
Qripin yayılmasında meteoroloji faktorun rolunun aydınlaşdırılması maraqlıdır.
Orqanizmin soyuması qripə qarşı rezistentliyin aşağı düşməsinə təsir edir.
Bunu meteoroloji kamerada insanlar üzərində aparılan müşahidələr göstərir
(B.B. Koyranski və b., 1966, sitat M.İ. Sokolov,1968).
Bu müşahidələr göstərir ki, subnormal temteraturun orqanizmə təsiri
termorequlyasiyada davamlı pozqunluqlar yaradır, bu isə orqanizmin soyuqdan
qorunma uyğunlaşmalarını zəiflədir.
Bir çox tədqiqatçılar isə onunla razılaşırlar ki, nə hər hansı hava, nə
temperatur, nə rütubət, nə külək, nə yağış soyuqdəyməyə səbəb olmur.
D.Blaşkoviçin (1966) fikrincə bu zaman, görünür, hər hansı bir faktorun
kəskin dəyişməsi vacib rol oynayır. Belə dəyişiklik çox güman ki, virusa deyil,
insanlara təsir edir. Belə məlumatlar var ki, Qərbi Hindistanın adalarında fəsil
dəyişəndə havanın cüzi dəyişməsi soyuqdəymə xəstəliklərinin alovlanmasına səbəb
olur. Şimal rayonlarında isə bu dəyişikliklər tamamilə trivialdır və heç bir
fəsadlaşma vermir (Miles İ.A., 1964).
Asiyanın tropik rayonlarında soyuqdəymə xəstlikləri dalğası temperaturun
aşağı düşməsindən çox mussonlar dövrünün başlanması ilə əlaqədardır.
78
Qrip epidemiyasının meydana gəlməsi vaxtının temperatur faktorundan
asılılığına nəzər salsaq görərik ki, qripp epidemiyalarının ilin fəslindən asılı deyil.
Belə ki, 1918-ci ildə tarixdə ən böyük qrip pandemiyası baş verdi. O, yayda,
Boston ətrafında və Brestdə demək olar ki, eyni vaxtda başladı.
1948-ci ilin payızında qriplə xəstələnmə Sardiniyanın şimalında meydana
çıxdı. A2 Asiya qripinin epidemiyasının alovlanması 1957-ci ilin fevralında
Cənubi Çinin əyalətlərindən birində başladı.
Tropik ölkələrdə alovlanmalar qəflətən meydana çıxır, tez yayılır və cəmi iki
aya qədər davam edirdi (Andrewes C.H.,1959).
ABŞ-da, eləcə də İngiltərə və bəzi Avropa ölkələrində epidemiyalar
tamamilə başqa cür baş verirdi.
Virusun bu ölkələrə yay aylarında daxil olması və epidemiyanın lokal
alovlanmasına səbəb olması haqda məlumatlar var. Lakin bu alovlanmalar
yayılmadılar. Payızda soyuqların düşməsindən sonra mülayim iqlimli ölkələrdə
geniş epidemiyalıar meydana çıxdı, onlar tropik ölkələrdəkindən daha çox davamlı
oldular.
Belə bir təsəvvür oyanır ki, mülayim iqlimli zonalarda yay Asiya virusunun
müvəffəqiyyətlə yayılması üçün lazım olan şəraiti təmin edə bilmir. Ona görə onun
tropiklərdə belə asanlıqla yayılması bir sirr kimi qalır.
Ətraf mühitdə qrip viruslarının epidemik rolunu aydınlaşdırmaq məqsədilə
onların yüksək temperatura davamlılığını qeyd etmək lazımdır. Donuz qripi virusu
qaynadıldıqda dərhal məhv olur, ancaq dondurma və qurudulmaya qarşı uzun
müddət davamlılığını saxlayır. Virus ultrabənövçəyi şüalarla inaktivləşir. Otaq
79
temperaturunda donuz qripi virusu aktivliyini birinci sutka ərzində əhəmiyyətli
dərəcədə itirir. -20º və -70ºC -də virus bir neçə ay ərzində dəyişilmir (Qorbunova
А.S., Pısina Т.V., 1973).
Heyvan və insan viruslarının parçalanma sürətinin müqayisəli öyrənilməsi
maraq doğurur. Ördəklərdən, hindquşulardan, bildirçinlərdən alınmış 8 ştamm və 6
insan qripi virusu ştammı öyrənilmişdir və müəyyən edilmişdir ki, quş qripi
virusları insan viruslarından daha davamlıdır (Mitchell və b., 1968).
M.T.Prokofyeva və P.F.Simoxun (1966) məlumatları Ukraynada alınmış
ördək qripi virusu ştammlarının aşağı temperaturlara, antibiotiklərə, soyuqda və
vakumda qurudulmaya davamlı olduğunu göstərdi.
1.13 Heyvan və insan yoluxduran qrip viruslarının antigen əlaqəsi;
rekombinasiyalar.
A qripi viruslarının indiki dövrdə məlum yarımtiplərinin antigen
xarakteristikasının müqayisəsi belə bir faktı müəyyən edir ki, insan qripi
viruslarının ştammlarının bütün antigenləri quş qripi virusları spektrində üzə çıxır.
Məsələn:
A/Chicken/Rostosk/1934 N1
A/Chicken/Scotland/1959 N1
A/Turkey/Massachusetts/1965 N2
A/Tern/S.Africa/1961 N3
A/Duck/Germany/1972 H2
A/Duck/Italy/1966 H3
A/Duck/Ukraine/1963 H3
80
Hazırda qrip viruslarının spektri yoluxdurucunun təbii sahiblərinin
spektrinin genişlənməsi ilə nəticələnən yeni antigen variasiyaları ilə dolğunlaşır.
İnsan, məməlilər və quşların qrip viruslarında NA geni vasitəsilə birbaşa
antigen əlaqəsi müşahidə edilir. Bu isə təbiətdə qrip viruslarının ümumi dövranı
olduğunu güman etməyə əsas verir.
Virusların bu dövranı həm virusun və onun tam genomunun, həm də ayrı-
ayrı fraqmentlərin orqanizmin A qripi viruslarının antigen cəhətdən müxtəlif
ştammları ilə ikiqat infeksiyası zamanı meydana çıxan rekombinasiya yolu ilə
ötürülməsilə həyata keçir (B.Тuмоvа, Dis. Şild,1973).
Güman edilir ki, insan populyasiyasından sıxışdırılmış qrip virusları
biosferdə məhz bu yolla qorunub saxlanılır.
Virusun Honkonq ştammının antigen strukturunun öyrənilməsi göstərdi ki,
A2 virusları ilə müqayisədə bu ştammda hemaqqlütinin və neyraminidazalara
toxunan “antigenlərin dreyfi” baş vermişdir (Webster, 1969).
Virusun Honkonq ştammının hemaqqlütinini ilə atların A/Equine/2/63/ və
quşların A/утка/Украина/2/60/ və A/утка/Украина/1/63/ virusları arasında çarpaz
seroloji reaksiyaların mövcudluğu müəyyən edilmişdir.
Çarpaz reaksiyalar Honkonq virusu və ördəklərin qrip virusunun 2 ştammı
arasında da meydana çıxır (Webster R., 1969).
A/Equine-2/Maiami/63 insanları, A/ГК/68 virusu isə poniləri yoluxdura bilir
(Kasell, Couch, 1969).
Dostları ilə paylaş: |