Fərdi kompyuterlərin diaqnostikası 3 Ümumi təyinatlı diaqnostik proqramlar 3


Sərt diski necə düzgün seçmək olar?



Yüklə 1,6 Mb.
səhifə32/48
tarix29.11.2023
ölçüsü1,6 Mb.
#139327
1   ...   28   29   30   31   32   33   34   35   ...   48
Diaqnostika

Sərt diski necə düzgün seçmək olar?


Beləliklə əyər siz sərt disk almaq fikrinə düşmüşsünüzsə,çox guman ki sizin sərt diskiniz korıanıb.Əyər siz komputeri bir basa söndürmədiyinizi düsünürsünüzsə,bütün texniki şərtlərə əməl etmisinizsə,Amma sizin komputerinizdə yenə HDD sıradan çıxması halları baş verirsə,o zaman problemi komputerinizin qida blokunda axtarın.Ümumiyyətlə çalışın qida blokunu vaxtaşırı dəyişdirin.Xüsusən də 15-25 manat arası olan qida bloku işlədən istifadəçilərə bir ildən bir dəyişmək məsləhətdir.Adətən sərt disklərin qoşulma interfeysi iki şəkildə olur:
SATA və İDE.
İDE artıq köhnəlmiş bir interfeysdir və 40 və ya 80 pinli şleyf –lərdən istifadə edir.
SATA isə daha müasirdir və İDE –dən daha çox məlumat ötürmə qabiliyətinə malikdir.İstifadə olunan üç növü var. SATA (1.5Gbs), SATA 2 (3Gbs), SATA3 (6Gbs) SATA4(12Gbs).
SATA ilə SATA2 bir birindən elə də fərqli olmasalar da,artıq SATA3 seçdiyinizdə anakartınızın onu dəstəklədiyindən əmin olmalısınız.Əks təqdirdə sizin SATA3 elə SATA1 kimi işləyəcəkdir(1.5Gbs).

FIRLANMA SÜRƏTİ
Çox istifadəçi güman edir ki,sərt disklər nə qədər sürətlə fırlanlrsa,bir o qədər keyfiyyətli sayılır.Amma əslində bu belə deyil.Bu daha çox səs küy və az ömürlü sərt disk deməkdir.Məsləhət görərdim ki,ən optimal variant kimi 7200 dövrə dəqiqəli sərt disk seçəsiniz.Yox əyər siz HDD –i SSD ilə yarışa çıxarmaq fikrindəsinizsə,onda daha yüksək fırlanma dövriyyəsi olan sərt disk seçin J
KEŞ YADDAŞ
Çox vaxt fikir verilmir,amma sərt diskin məhsuldar işləməsində bir başa rol oynayır.Keş yaddaşı nə qədər çox olarsa,sərt disklə komputer arasında məlumat alış-verişi daha sürətlə həyata keçər.İtədiyiniz dükana girib 8-64mb keş yaddaşı olan istənilən firma məhsulu sırt disk tapa bilərsiniz.
İSTEHSALÇI FİRMALAR VƏ PROBLEMLƏR.
Günümüzdə Western Digital,Hitachi,Samsung,Toshiba,Seagate və s. kimi nəhən sərt disk istehsal edən firmalar vardır.Aralarında seçim aparan zaman internetə müraciət edərək ən çox problemlərlə müraciət edən istifadəçilərin statistikasına baxsaq aşağıdakı sıralamanın şahidi oluruq:
HİTACHİ ilə bağlı 5400000 ,
Seagate ilə bağlı 5500000
Western Digital ilə bağlı 7400000
Samsung ilə isə 17000000 problemlə bağlı müraciət olub
(2013 cü il statistikasına əsasən nigma.ru saytının araşdırmasınəticəsində məlum olub)

Şəkildə gördüyünüz WD (western digital) firmasına məxsus Hard diskdir.Beləliklə üzərindəki bəzi göstəricilərlə tanış olaq.
WD firmasına məxsus bu sərt diskin bir neçə növü vardır.Qara,Yaşıl,Göy, Mən şəkildəki izzahı yaşıl bantlı disk üzərində göstərmişəm.Amma bu o demək deyil ki bu disk yaxşıdır.Məsləhətdir ki bu firmanın qara və ya göy bantlı məhsullarını seçəsiniz.Yaşıl bantlılar özlərini doğrultmur(tez sıradan çıxır)
Ümumiyyətlə sərt diskiniz nə qədər etibarlı olursa olsun,çalışın şəxsi məlumatlarınızı başqa bir vasitədə qoruyub saxlayasınız.Zaman zaman sərt disklərinizi üçüncü yazılım (3rd party) proqramları ilə kontrol edin.Düzgün və uyğun qida bloku seçin.
Qısa da olsa inanıram ki verdiyim bu məlumat işinizə yarayacaqdır.
Gələn məqalə ilə görüşənədək.

Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə