"Gənclərin Virtual Multikulturalizm Mərkəzi" n 29 (93 2016)



Yüklə 6,34 Mb.
Pdf görüntüsü
səhifə202/222
tarix18.05.2018
ölçüsü6,34 Mb.
#44769
1   ...   198   199   200   201   202   203   204   205   ...   222

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

799 


 

 

Turpar ded:-Çox doğrudur, Turq ata



Gərək gedəm bu bayrama tez çatam, 

Anamgili bu bayrama mən qatam, 

Kim güclüdür ən gözəl qız onundur. 

 

Turpar dedi, örtüküzlü gedərəm, 



Güləşçilər arasında itərəm, 

Sora çıxıb kələzdənmə edərəm, 

Kim güclüdür ən gözəl qız onundur. 

Yarışların gedişini izlərəm, 

Sonda güclü kimdir, onu gözlərəm, 

Sonra onu güləşməyə səslərəm, 

Kim güclüdür ən gözəl qız onundur. 

 

Gəldi evə, o bayramdan çox dedi



Yalvar-yaxar ana ona yox dedi, 

Turpar şahlıq sarayından çox dedi, 

Besyar ana öz oğluna yox dedi, 

Kim güclüdür ən gözəl qız onundur. 

 

Sona dedi:-Turpar, sənə nə olub, 



-Turqər dedi bunu mənə, inandım, 

-Heç bilirsən hara gedir bu yolun, 

-Turqər dedi bunu mənə, inandım, 

Kim güclüdür ən gözəl qız onundur. 

 

Ana dedi, Sona dedi, saymadı, 



Ana kəsdi gedən yolu, qoymadı, 

Körpə uşaq dedi, Turpar duymadı, 

Kim güclüdür ən gözəl qız onundur. 

 

Sona dedi:-Onda apar məni də, 



Güclü çıxsan evlənərsən yenidən, 

Öldürərəm özümü də, səni də, 

Kim güclüdür ən gözəl qız onundur. 

 

Turpar getdi, yarıyolda dayandı, 



Qucaqladı ağlar-ağlar Sonanı, 

Gözü yaşlı qoyma-dedi-ananı, 

Kim güclüdür ən gözəl qız onundur. 

 

Üç gün axdı evdə dən-dən göz yaşı, 



Dördüncü gün soraq gəldi, nə yaxşı, 

“Güləşmədə Buzər şahın qardaşı, 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

800 


 

Tusər olub Parsdiyara şahbaşı, 

Kim güclüdür ən gözəl qız onundur. 

               *** 

 

Haçasaqqal Tusər güclü oğlandı, 



Oyuncağı qılınc, bizuc, qalxandı, 

Güləş tayı zolaq-zolaq qaplandı, 

Kim güclüdür şahlıq yeri  onundur. 

 

O bəsləyib toplamışdı gücünü, 



Alsın  Buzər qardaşının öcünü, 

Versin yoxsul Parsdiyara borcunu, 

Kim güclüdür şahlıq yeri  onundur. 

 

O görmüşdü Tunqu, üç yol uzaqdan



Ox atmışdı ona yaxın, qıraqdan, 

Çox düşmüşdü döyüşlərdə ayaqdan, 

Kim güclüdür şahlıq yeri  onundur. 

 

Keçən günlər, basıqlıqlar ötüşüb, 



O yaralar çapıqlaşıb, bitişib, 

Indi yeni döyüş günü yetişib, 

Kim güclüdür şahlıq yeri  onundur. 

 

Düşünürdü, daşınırdı o belə, 



Verməlidir Parselliylə əl-ələ, 

Dönməliydi qar dağına, gur selə, 

Parsdiyarın oğulları var hələ, 

Kim güclüdür şahlıq yeri  onundur. 

 

Düşünürdü, daşınırdı yeni şah, 



Cummalıydı Əkbitənə birbaşa, 

Batmalıydı vara, yerə, daş-qaşa

Kim güclüdür şahlıq yeri  onundur. 

 

Toplum, yaraq, yem, yeməli bol olsa, 



Bicləməylə Turqa, Tunqa yol alsam, 

Basar ollam qılınc vuran qol olsam, 

Kim güclüdür şahlıq yeri  onundur. 

Düşünürdü, gözlər ocaq, od idi, 

Enli qaşlar dartılmışdı, cod idi, 

Sanki dəli qaplan idi, qurd idi, 

Kim güclüdür şahlıq yeri  onundur. 

 

                  *** 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

801 


 

 

Əkbitəni, Uruyeri səs aldı, 



Yerdə nə var hər gün, hər an dəyişir. 

Tunqər gəlib oturmuşdu Başevdə, 

Yerdə nə var hər gün, hər an dəyişir. 

 

Düşünürdü, Turqər onu pisləyir



Yer üzünü barışığa səsləyir, 

Indi gedib o, Sərtüzü izləyir, 

Yerdə nə var hər gün, hər an dəyişir. 

 

Əkbitənə aman vermir Parsdiyar, 



Indi yeni Tusər adlı şahı var, 

Acıqana göz ol deyib atalar, 

Yerdə nə var hər gün, hər an dəyişir. 

 

Turq deyir ki, yersiz qana batmayın, 



Ayıq olun qancıllardan, yatmayın, 

Hər söz üstə işə yaraq qatmayın, 

Acıqanı dartışmağa dartmayın, 

Yerdə nə var hər gün, hər an dəyişir. 

 

Turq nə deyir, biz də onu edirik



Ata bilib arxasınca gedirik, 

Çox bicləmə üzərindən ötürük, 

Yavaş-yavaş unudulub, itirik, 

Yerdə nə var hər gün, hər an dəyişir. 

 

Hər savaşdan uzaq durmaq, nə demək, 



Hər vuruşda barış qurmaq, nə demək, 

Sağalt olub yara sarmaq, nə demək, 

Yaraqlını içdən qırmaq, nə demək, 

Yerdə nə var hər gün, hər an dəyişir. 

 

Bu, aparır bizi yazıq olmağa, 



Döyüşlərdə tez-tez basıq olmağa, 

Qorxaq, sısqa, gözüqıpıq olmağa, 

Öz yurdunda vecsiz, artıq olmağa, 

Boşalaraq içi ovuq olmağa, 

Yerdə nə var hər gün, hər an dəyişir. 

 

Düşünürdü, dişlərini qıcırdı, 



Qollarıyla yeri, göyü ölçürdü, 

Alıb yeni bicləmələr biçirdi, 

Basarlığa yeni yollar seçirdi, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

802 


 

Yerdə nə var hər gün, hər an dəyişir. 

 

Dəyişilib yarıtanrı Turq ata, 



Barış deyə üz tutmuşdu, elata, 

Təki bir də baş verməsin qan-qada, 

Yerdə nə var hər gün, hər an dəyişir. 

 

Bunca qat-qat yırtıcılar artacaq, 



Barışçılar ləhləyəcək, yortacaq, 

Dəli alıb susqunları yırtacaq, 

Yerdə nə var hər gün, hər an dəyişir. 

 

Necə gedim, onu dilə tutum mən, 



Onu çəkim, vurhavura qatım mən, 

Ölkələri turanlğa qatım mən, 

Yerdə nə var hər gün, hər an dəyişir. 

 

Mənim olsun Şimşəkqılınc, Şimşəkat, 



Yerdə, göydə açım geniş qol-qanad, 

Gərək mənə uyuq olsun böyük ad, 

Yerdə nə var hər gün, hər an dəyişir. 

 

Mən tutmuşam yer üzünü, tutaram, 



Çini, Hindi alıb Türkə qataram, 

Mindiyarda turanlığa çataram, 

Günəş kimi doğularam, bataram, 

Yerdə nə var hər gün, hər an dəyişir. 

                   

                *** 

 

Parsdiyarın səsləncləri gurladı, 



Qan qoxusu duyur hər gün yer üzü. 

Tusər dedi, gərək Tunqdan öc alam, 

Qan qoxusu duyur hər gün yer üzü. 

 

Sıraladı Tusər on min yaraqlı, 



Hamısı da qıvraq, yüngül ayaqlı, 

Tunc çuxalı, qurşaq, enli balaqlı, 

Ayaq yalın, çəkməboğaz, çarıqlı, 

Qan qoxusu duyur hər gün yer üzü. 

 

Dedi, Xruş, Daryaş, Buzər and verir



Parsdiyara onlar “İran” ad verir, 

Ürəklərə sevgi, sevinc, od verir, 

Qan qoxusu duyur hər gün yer üzü. 



Yüklə 6,34 Mb.

Dostları ilə paylaş:
1   ...   198   199   200   201   202   203   204   205   ...   222




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə