"Gənclərin Virtual Multikulturalizm Mərkəzi" n 29 (93 2016)



Yüklə 6,34 Mb.
Pdf görüntüsü
səhifə200/222
tarix18.05.2018
ölçüsü6,34 Mb.
#44769
1   ...   196   197   198   199   200   201   202   203   ...   222

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

791 


 

 

Yaxınlaşdı, yaralıydı köküsdən, 



Tanımışdı Anakarı o, üzdən, 

Ölülərsə qalanmışdı üst-üstə

Sözdə, səsdə nə istəsən taparsan. 

-Məni apar qardaş, çatdır bir yana, 

Evə çatsam axan qanım dayanar, 

Yumruğunu bas bu dərin yarama, 

Sözdə, səsdə nə istəsən taparsan. 

 

Bax gör, nədir zoqquldayır yaramda, 



Daşdəmirəm, adım qalıb atamdan, 

Soraq çatdır məndən evdə, Aranda, 

Sözdə, səsdə nə istəsən taparsan. 

 

Qoy uşağı doğsun gəlin, böyütsün, 



Çiçək kimi, ağac kimi göyərtsin, 

Ona döyüş bacarığı öyrətsin, 

Sözdə, səsdə nə istəsən taparsan. 

 

Mən ölürəm, öldüm deyən, qaraltı, 



Ah, dinclikdir, ah, soyuqdur yer altı, 

Ah, uçuram, bulud, duman, qapqatı, 

Sözdə, səsdə nə istəsən taparsan. 

 

Ölür, ancaq təpəsində buz tər var, 



Gözlərini yumur onun Anakar, 

Dörd bir yanda qan fışqırır yaralar, 

Sözdə, səsdə nə istəsən taparsan. 

 

-Anakaram, öz-özümü çaparam, 



Gedib Aran gəlinini taparam, 

Göz yaşımı ağıyerə qataram, 

Sözdə, səsdə nə istəsən taparsan. 

 

                   *** 



 

Alıb tanrı tapşırığı Turq, Sərtüz, 

Göstərişdən daha sərtdir tapşırıq. 

Tanrı olub iki yarı tanrıdan, 

Göstərişdən daha sərtdir tapşırıq. 

 

Sərtüz dedi:-Tanrı belə tapşırıb, 



Turqər dedi:-Tanrı elə tapşırıb, 

-Qatlar bir-bir düşsün dilə,-tapşırıb, 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

792 


 

Göstərişdən daha sərtdir tapşırıq. 

 

Uğureldə Turpar çatdı onlara, 



-Sən haraya? 

-Siz hayana, mən ora, 

-Ay dilsizlər, siz qayıdın, siz hara? 

Göstərişdən daha sərtdir tapşırıq. 

 

Bir qurd idi, bir quş idi, üç ərən, 



Düzəlişib bir də qopdu yerindən, 

Heç bir yerdə çəkinmədi heç nədən, 

Göstərişdən daha sərtdir tapşırıq. 

 

Söz gələndə ürəkdən yox, boğazdan, 



O gəlirdi, qayıdırdı ağızdan, 

Sərtüz tez-tez danışırdı Hormuzdan, 

Göstərişdən daha sərtdir tapşırıq. 

 

-Məndən qabaq Hormuz Yimi çağırıb, 



Yim vuruşqan oğulların ağırı, 

Gedib tanrı qulluğuna, yuxarı, 

Qaranlıqlar birdən dönüb ağarıb, 

Göstərişdən daha sərtdir tapşırıq. 

 

Hormuz deyib:-Yim, yaranış sönükdür, 



Parçalanıb yer-yer, bölük-bölükdür

Yim, yer üzü doğru yoldan dönükdür, 

Mənim inam çağırışım böyükdür, 

Inam bizi sahmanlayan bilikdir, 

Göstərişdən daha sərtdir tapşırıq. 

 

Sən qorxmursan döyüşlərdən, ərənsən, 



Mənim kimi sən də uzaqgörənsən, 

Bu inamı tapşırıram sənə mən, 

Göstərişdən daha sərtdir tapşırıq. 

 

Bu inamı dintək çatdır hamıya, 



Çatsın inam qoy batıdan doğuya, 

Dönsün inam tay-tay açıq qapıya, 

Göstərişdən daha sərtdir tapşırıq. 

 

Qoy yaranış yurd-yurd mənə inansın, 



Çoxtanrılıq yuxusundan oyansın, 

Qapılarda ocaq yansın, od yansın, 

Qancılların qabağında dayansın, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

793 


 

Göstərişdən daha sərtdir tapşırıq. 

 

Yim deyib ki, bacarmaram bu işi, 



Öz işiyçün yaranmışdır hər kişi, 

Düz gəlməsə yerdə hər şey dəyişir, 

Tanrım, hər kəs öz işində əlləşir, 

Göstərişdən daha sərtdir tapşırıq. 

 

Hormuz deyib, yaxşı, onda qorunc ol, 



Mənim inam qancılıma qılınc ol, 

Əhrimənin boğazına təpinc ol, 

Məni qoru, yerdə mənə yerinc ol, 

Göstərişdən daha sərtdir tapşırıq. 

 

Yer üzünü düzəlt, qoyma dağıla, 



Qoyma yoxsul varlı əldə boğula, 

Qoyma devlər ürəklərə soxula, 

Üstüblük ver, ad ver işlək oğula, 

Göstərişdən daha sərtdir tapşırıq. 

 

Artsın sürü, naxır, ilxı, quş, maral, 



Doğsun qızlar qoşa-qoşa, dalbadal, 

Naxışlansın xalça, xurcun, qab, çuval, 

Eşidilsin toppuz, dınqır, saz, qaval, 

Göstərişdən daha sərtdir tapşırıq. 

 

Yaylaq, qışlaq, ev, toy-düyün çoxalsın, 



Sevinc olsun, paxıllıqlar yoxalsın, 

Ölüm ölsün, yara, ağrı sağalsın, 

Göstərişdən daha sərtdir tapşırıq. 

 

Yim söyləyib, bacararam bunu mən, 



Bax, bu işlər gələr mənim əlimdən, 

Mən şah ollam yerə, göyə tanrı sən, 

Göstərişdən daha sərtdir tapşırıq. 

 

Belə olub danışıqlar Yim ilə, 



Bilməyirəm ta nə olub kim ilə

Başçı olub Yerə Yim şah min ilə, 

Yim yaşadıb yer üzünü çəm ilə, 

Göstərişdən daha sərtdir tapşırıq. 

 

                   *** 



 

Tanrı dedi, get Sərtüzü yamsıla, 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

794 


 

Keçmiş bizə gələcəyi göstərir. 

Gördün acsan, əl at ondan yararlan, 

Keçmiş bizə gələcəyi göstərir. 

 

Sınaq idi Sərtüz, ona qınaq ol, 



Bax gör ondan nə deyirlər, qulaq ol, 

Ancaq bütün deyənlə ayaq ol

Vuruşlarda ən bilikli qoçaq ol, 

Ondan uca, ancaq öyləsayaq ol, 

Içə işıq, çölə qızıl suvaq ol, 

Gördün hamı yatır, yatma, oyaq ol, 

Hara getsən Sərtüz, od ol, ocaq ol, 

Keçmiş bizə gələcəyi göstərir. 

 

 

Səni döyüb söyəcəklər, nə yaxşı, 



Sonra gəlib öyəcəklər, nə yaxşı, 

Dediyini sevəcəklər, nə yaxşı, 

Keçmiş bizə gələcəyi göstərir. 

 

Acıq elə, adam artır acıqla, 



Tərslə tərs ol, sən yazıq ol yazıqla, 

Könlü yanıq ol, sən könlü çapıqla, 

Keçmiş bizə gələcəyi göstərir. 

                    

                   *** 

 

Turqər dedi:-Mən də yarıtanrıyam, 



Barış, çalış, duruş bacı, qardaşdır. 

Bu dörd işi tanrı mənə tapşırıb, 

Barış, çalış, duruş bacı, qardaşdır. 

  

Mən Alpislə vuruşmuşam yüz kərə, 



Alpis qanlı Əhriməndir ellərə, 

Üç yol gedib dirənmişəm Altyerə

Pis tanrını yox etmişəm beş birə, 

Barış, çalış, duruş bacı, qardaşdır. 

 

Mən Alpisi daha tanrı saymıram, 



O allatmaq istər məni, uymuram, 

Qıtlıq salır bura, yaxın qoymuram, 

Barış, çalış, duruş bacı, qardaşdır. 

 

Çox vuruşu ayırmışam barışla, 



And vermişəm, qansız bitib vuruşlar, 


Yüklə 6,34 Mb.

Dostları ilə paylaş:
1   ...   196   197   198   199   200   201   202   203   ...   222




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə