"Gənclərin Virtual Multikulturalizm Mərkəzi" n 29 (93 2016)



Yüklə 6,34 Mb.
Pdf görüntüsü
səhifə197/222
tarix18.05.2018
ölçüsü6,34 Mb.
#44769
1   ...   193   194   195   196   197   198   199   200   ...   222

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

779 


 

Dedilər o yer üzünü dolaşır, 

Bir quş, bir qurd onun ilə yanaşı, 

İndi Turpar olub onun işdaşı, 

Bir olanı iki yerə ayırma.  

 

Sərtüz dedi:-Turpar yanıq gödəndir, 



Həm də Turan ölkəsində ərəndir

Turqər kimi gələcəyi görəndir, 

Üzüyanıq yeniyetmə öyrəncdir, 

Bir olanı iki yerə ayırma.  

 

Sərtüz azca yazdığından danışdı, 



Hər söz üstə onlar ilə qarpışdı, 

Neçəsiylə dilbir oldu tapışdı, 

Çoxu dedi, bu nə ola, nə işdı, 

Bir olanı iki yerə ayırma.  

 

                *** 



 

Sərtüz getdi Uğurelə üç günə, 

Bir axtaran, bir yıxılan tapacaq. 

Axtarırdı hər bir yanda Turqəri, 

Bir axtaran, bir yıxılan tapacaq. 

 

Altayeldə tapdı onu, soruşdu, 



Turqər ilə bir komada görüşdü, 

İkisi də neçə kərə öpüşdü, 

Gözlərində sanki dirrik dəyişdi, 

Bir axtaran, bir yıxılan tapacaq. 

 

Dedi:-Ata gəldim səndən örgənim, 



Ağır gündə səni tapım, söykənim, 

Sənlə birgə acıqana dirənim, 

Sənlə artım, ya da ölüm, tükənim, 

Bir axtaran, bir yıxılan tapacaq. 

 

Turqər dedi:-Mənə tanış gəlirsən, 



-Mən Sərtüzəm ata, bunu bilirsən, 

Mən Sərtüzəm, doğulmuşam bir də mən, 

Bir axtaran, bir yıxılan tapacaq. 

 

-Çox-çox qabaq Sərtüz gəlib gedibdir, 



Sonevinin üstə meşə bitibdir, 

Üç min il də o günlərdən ötübdür, 

Bir axtaran, bir yıxılan tapacaq. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

780 


 

 

Dedi:-Doğru buyurursan, eləydi, 



Hamı gərək bu gəlişi biləydi

Tanrı gərək yeri iki böləydi, 

Yer üzünə bir də Sərtüz gələydi, 

Bir axtaran, bir yıxılan tapacaq. 

 

Sərtüz bizim tanrımızın kölgəsi, 



Sərtüz sənün, sən Sərtüzün yengəsi, 

Qoy öyünsün bunla Turan ölkəsi, 

Tək Turan yox, Yerin altı bölgəsi, 

Bir axtaran, bir yıxılan tapacaq. 

 

Sərtüz yığdı yazıları bir yerə, 



Bir-bir açdı, o göstərdi Turqərə

Dedi:-Bunlar getməlidir hər yerə, 

Bir axtaran, bir yıxılan tapacaq. 

 

Sərtüz Turqər cüt qardaşa döndülər, 



Oxudular, lap dərinə endilər, 

Düşündülər, susub yenə dindilər, 

Bir axtaran, bir yıxılan tapacaq. 

 

Oxuyurdu Sərtüz, səsi quruydu, 



Üzü, gözü, baxışları diriydi, 

Dedikləri tutumluydu, duruydu, 

Bir axtaran, bir yıxılan tapacaq. 

 

Altı tanrı, su, od, torpaq, mal-qara, 



Səs salmışdı “mahnılara”,”qatlara”, 

Altyer, Üstyer, əkin, biçin, yox, vara, 

Oxuyurdu, verməyirdi o ara

Bir axtaran, bir yıxılan tapacaq. 

 

Turqər dərin düşüncəyə dalmışdı, 



Içi qat-qat öyüdlərlə dolmuşdu, 

Yonta idi, sanki donub qalmışdı, 

Bir axtaran, bir yıxılan tapacaq. 

 

Turpar qapı arxasında alışqan, 



Dinləyirdi hər bir sözü bayaqdan, 

Onda sorğu yaranmışdı qonaqdan, 

Bir axtaran, bir yıxılan tapacaq. 

 

Çöldə idi qurd, quş, yarıyuxulu, 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

781 


 

Gecə keçir, gündüz parlaq doğulur, 

Sis çəkilir, duman qat-qat dağılır, 

Bir axtaran, bir yıxılan tapacaq. 

 

Gecə çöldə yuxlamışdı Tayqulaq, 



“Niyə belə çox danışır bu qonaq”, 

Nə yırtardım papağını, gönpapaq, 

Bir axtaran, bir yıxılan tapacaq. 

 

                    *** 



 

Sərtüz dedi:-Mənim otuz yaşım var, 

Ancaq bilik yaşda deyil, başdadır. 

Turq da dedi:-Mənim üçyüz yaşım var, 

Ancaq bilik yaşda deyil, başdadır. 

Varlı oldu yığa-yığa gələnlər, 

Qancıl oldu varı güclü bilənlər, 

Incik oldu var görmədən ölənlər, 

Bilik, tutum yaşda deyil, başdadır. 

 

Tanrı yaşı bir cür verir hamıya, 



Varlı ona yamaq vurub yamayar, 

Yoxsul onu vay-vay ilə suvayar, 

Qoşar onu oynaq sözlə boyayar, 

Bilik, tutum yaşda deyil, başdadır. 

 

Nə atdanıb tullanırsan bu yaşda, 



Gör kim səni gözləməkdə o başda, 

Biri də var, söyləyirəm yavaşdan, 

Bilik, tutum yaşda deyil, başdadır. 

 

Bəsdir, bunca ağrı, acı daşıdın, 



Bax, gör kimdir sənin yerlin, yaşıdın, 

Gör kim sənə lap yaxındır, qarşıdır, 

Lap ayıq ol, ölüm sənlə qonşudur, 

Bilik, tutum yaşda deyil, başdadır. 

 

Yemək ilə, içmək ilə yaş artmaz



Tanrı verən yaşı yemək uzatmaz, 

Düşərlik də yaşı boğub daraltmaz, 

Bilik, tutum yaşda deyil, başdadır. 

 

Yaşamaqsa yaşatmaqdır yaratmaq, 



Yaş sayılmır, vellənməklə baş qatmaq, 

Kimə gərək gəldi-getdi bir qonaq, 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

782 


 

Bilik, tutum yaşda deyil, başdadır. 

 

                    *** 



 

Əkbitənin səsləncləri gurladı, 

Gələn gətir, gedən götür, çəkinmə. 

Turqər, Sərtüz, Turpar gəldi Başevə, 

Gələn gətir, gedən götür, çəkinmə. 

Turqər dedi:-Çıxın çölə bağırın, 

Yüz varlını, yoxsul, küsgün, sağırı, 

Ordan, burdan ağırlardan ağırı, 

Iki günə oturağa çağırın, 

Gələn gətir, gedən götür, çəkinmə. 

 

Sərtüz gəlib, tanrıları öyəcək, 



O, Alpisi, Əhriməni söyəcək, 

Yazdığını, bildiyini deyəcək

Gələn gətir, gedən götür, çəkinmə. 

 

Sərtüz gəlib, göydəkindən söyləsin, 



Onlar ilə bizi yaxın eyləsin, 

Bildiyini, yazdığını küyləsin, 

Gələn gətir, gedən götür, çəkinmə. 

 

Çox yerlərdən gəldi sayın qonaqlar, 



Silkələndi yaxınlıqlar, uzaqlar, 

Iskit, uyğur, sak, pars, darvid, muğ, mağlar, 

Gələn gətir, gedən götür, çəkinmə. 

 

Sərtüz gəlib bizə, dedi, qonaqdır, 



Qoltuğunda yazı qalaq-qalaqdır, 

Dedikləri başdan-başa maraqdır, 

Gələn gətir, gedən götür, çəkinmə. 

 

-Mən Sərtüzəm, sizə uğur dilərəm, 



Mən Turqu da yarıtanrı bilərəm, 

Mən tanrının görüşündən gəlirəm, 

Gələn gətir, gedən götür, çəkinmə. 

 

Ahurumuz mənə çox iş buyurub, 



Sərtüzləri birbirindən ayırıb, 

Alpis, İblis, Əhrimənə qabarıb, 

Gələn gətir, gedən götür, çəkinmə. 

 

Dedi, mənəm yaranışın yiyəsi, 




Yüklə 6,34 Mb.

Dostları ilə paylaş:
1   ...   193   194   195   196   197   198   199   200   ...   222




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə