"Gənclərin Virtual Multikulturalizm Mərkəzi" n 29 (93 2016)



Yüklə 6,34 Mb.
Pdf görüntüsü
səhifə194/222
tarix18.05.2018
ölçüsü6,34 Mb.
#44769
1   ...   190   191   192   193   194   195   196   197   ...   222

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

767 


 

Saqqalından, əllərindən öpüm mən

Yerdəyişmə qıvraq edər adamı.  

 

Sona dedi:-Tək qalaram burda mən, 



Şamxat məni oynadacaq yerimdən, 

Qorxuram ki, biz vuruşaq heç nədən, 

Yerdəyişmə qıvraq edər adamı.  

 

Turpar dedi:-Şamxat dibdən özgədir, 



Tanrı deyil, tanrılara kölgədir, 

İştar sevgi tanrısına yengədir, 

Yollar ona yol yox, döngə-döngədir, 

Yerdəyişmə qıvraq edər adamı.  

 

Tək deyilsən indi Sona, körpə var



Üzərində Tunqər kimi kölgə var, 

Mindiyarla, Minel kimi ölkə var, 

Yerdəyişmə qıvraq edər adamı.  

 

Ayrıldılar, Sona susdu, ağladı, 



Sol əlinə onun qaytan bağladı, 

Qucub onu, qucağında saxladı, 

Yerdəyişmə qıvraq edər adamı.  

 

  



     Anakar söylənci 

 

Götürüldü yaraqlısı Minelin, 



Yaraqlının dədəsidir yarağı. 

Həbəş, Darvid, Pars, Asur da içində, 

Yaraqlının dədəsidir yarağı. 

 

Çatan tutdu ürəyini, bayıldı, 



Azca sonra keçinmədən ayıldı, 

Bu səs, küyü Misirelə yayıldı, 

Firon Turqun acıqanı sayıldı, 

Yaraqlının dədəsidir yarağı. 

 

Minellilər qıy vurdular ley kimi



Uğurelə uçdu oxla yay kimi, 

Xarıldadı dağdan axan çay kimi, 

Şimşəklərə, küləklərə tay kimi, 

Yaraqlının dədəsidir yarağı. 

 

Kimsə dedi, balam qurban, Mindiyar, 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

768 


 

Qan-qırğından başqa səndə hər nə var, 

Səndən ayrı mənim üzüm saralar, 

Ürəyimdə qalıb səndən yaralar

Yaraqlının dədəsidir yarağı. 

 

Tunq eşitdi bunu, gizli ağladı, 



Hönkürtüdən güclə özün saxladı, 

Öz-özüylə dəmir andiç bağladı, 

İçi sanki tir-tir əsdi, laxladı, 

Yaraqlının dədəsidir yarağı. 

 

Dedi, “Tunqər, Minellilər basılmaz, 



Pis gendə də ona, buna qısılmaz, 

Sonevi də özgə yerdə qazılmaz, 

Tanrı andı özgə dildə yazılmaz, 

Yaraqlının dədəsidir yarağı. 

Dedi, mənəm ağ başrağı Turların, 

Babil, Qobu, Çinçay, Parsel yurdları, 

Mənəm şahı adamların, qurdların, 

Pars, sak, uru, Darvid, Hindel, surların, 

Yaraqlının dədəsidir yarağı”. 

 

                   *** 



 

Tunq gördü ki, kimsə durub yol üstə, 

Yolda durma, yol üstündə dayanma. 

Paltarları əzik, saçı pırtlaşıq, 

Yolda durma, yol üstündə dayanma. 

 

Öz özündən sanki nəsə soruşur, 



Ürkülüdür dayanışı, duruşu, 

Saçı qara, saqqalısa sarışın, 

Yolda durma, yol üstündə dayanma. 

 

O, Tunqəri, Çilçil atı saymayır, 



Öz-özüylə danışmaqdan doymayır, 

Yaraqlını yaxınına qoymayır, 

Yolda durma, yol üstündə dayanma. 

 

Başəydisi, əlöpdüsü görünmür, 



Onda səsdən qorxu, ürkü yaranmır, 

Qoşquatlar yürüşündən qorunmur, 

Yolda durma, yol üstündə dayanma. 

 

Kiminləsə o danışır, deyişir, 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

769 


 

Əl-qol atır, kiminləsə döyüşür

Birdən-birə susur, lapdan dəyişir, 

Yolda durma, yol üstündə dayanma. 

 

Çıxır onun qabağına Eldəbir, 



Deyir:-Kimsən, tək gəzirsən, söylə bir, 

Əlindəki cızmaqara, de, nədir, 

Yolda durma, yol üstündə dayanma. 

-Məni gərək tanıyaydı Tunq ata, 

Mən gedirəm doğma yurda, Elata, 

Tək-tək gəzər həm Anakar, həm qartal

Yolda durma, yol üstündə dayanma. 

 

Tunqər deyir:-Yurddur sənə Mindiyar, 



Sən şairsən, tanıq adın Anakar, 

Mənim sənə, sən şairə sözüm var, 

Yolda durma, yol üstündə dayanma. 

 

                    *** 



 

 

Şair deyir:-Mən heç kiməm, hər nəyəm, 



Hərdən-birdən hər nə çıxır heç nədən. 

Heç nə idim mən anadan olanda, 

Hərdən-birdən hər nə çıxır heç nədən. 

 

Mənim ölkəm Türklər, Turlar diyarı, 



Yer üzünü tutub yarıbayarı, 

Başrağımız dalğalanır ağ-sarı, 

Hərdən-birdən hər nə çıxır heç nədən. 

 

Şahlığımdan danışarsam mən bir az, 



Baş-başadır Qoşaboğaz, Buzboğaz, 

O yan buzlaq, bu yan isti, gün, ayaz, 

Turlarındır dəniz, dağ, daş, dik, dayaz, 

Hərdən-birdən hər nə çıxır heç nədən. 

 

Turlar “Turan” olub, daha yaxşıdır, 



Parsel, Çinel, Hindel ona qonşudur, 

Ancaq təkcə Parsel bizə qarşıdır, 

Hərdən-birdən hər nə çıxır heç nədən. 

 

-Sən bunları hardan belə bilirsən, 



De, Anakar, hardan belə gəlirsən, 

De, Turqərdən nə istəyib dilərsən, 

Hərdən-birdən hər nə çıxır heç nədən. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

770 


 

-Varındırsa mənə bir az çörək ver, 

Mən də olum öz yurdumda yerbəyer, 

İki yurdun oğuluyam, sən də bil

Şah oğluyam, bunu hamı düz deyir, 

Hərdən-birdən hər nə çıxır heç nədən. 

 

Tunqər deyir, Anakara at verin, 



Yəhərinin üstə ipək çit sərin, 

Çadır açın Anakardan ötəri, 

Yüksək olsun gərək şair dəyəri, 

Qoşqu verin ona ikitəkərli, 

Hərdən-birdən hər nə çıxır heç nədən. 

 

Şair güldü, saçlarını daradı, 



Ayağının şişlərini sarıdı, 

Yüzbaşılar ona boş yer aradı, 

Dedi:-Tunqər harda, yerim ordadı, 

Hərdən-birdən hər nə çıxır heç nədən. 

 

Bunca şair yaxın oldu Tunqərə, 



Onla getdi döyüşlərə, hər yerə, 

Mahnı qoşdu, şeir yazdı ellərə, 

Hərdən, birdən hər nə çıxır heç nədən. 

 

                   *** 



 

Turq buyurur, bir az danış özündən, 

Keçmiş günlər öyüd dolu nağıldır. 

-Mən nağılam, iki ölkə nağılı, 

Keçmiş günlər öyüd dolu nağıldır. 

 

Iki dildə danışıram, yazıram, 



Yazıda yox,  bu yollarda azıram, 

Deyingənəm, ancaq burda susuram

Keçmiş günlər öyüd dolu nağıldır. 

 

Şairlikdən əl çək, deyir, anamgil, 



Minellisən, deyir mənə atamgil, 

Iki üzlü qruşam mən elə bil, 

Keçmiş günlər öyüd dolu nağıldır. 

 

Bal dilim var, ancaq bu dil ikidir, 



Daş ürəyim çəkişmədə çəkidir, 

Həm də məni bu iki dil bərkidib, 

Keçmiş günlər öyüd dolu nağıldır. 



Yüklə 6,34 Mb.

Dostları ilə paylaş:
1   ...   190   191   192   193   194   195   196   197   ...   222




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə