"Gənclərin Virtual Multikulturalizm Mərkəzi" n 29 (93 2016)



Yüklə 6,34 Mb.
Pdf görüntüsü
səhifə192/222
tarix18.05.2018
ölçüsü6,34 Mb.
#44769
1   ...   188   189   190   191   192   193   194   195   ...   222

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

759 


 

Öz oğluna yardım gedir Tunq ata, 

Gələn, gedən, yanqın, basqın nəsə var... 

 

Dalğalanır ön sırada başraqlar, 



Titrəyişdə al ipəkdən saçaqlar, 

Gün altında parıldayır yaraqlar, 

Bir az solğun görünürdü yanaqlar

Gələn, gedən, yanqın, basqın nəsə var... 

 

Tunq qabaqda tunc iplikdən çuxası, 



On min atlı yaraqlısı, atlısı, 

Atlarının oynağanı, yorğası, 

Parıldayır qayışının toqqası, 

Gələn, gedən, yanqın, basqın nəsə var... 

 

Lap öndəcə gözətçilər, busqular, 



Lap arxada ikiatlı qoşqular, 

Yelləməkdə ağ başraqlı asqılar, 

Xarıldayır dörd təkərli qurqular, 

Gələn, gedən, yanqın, basqın nəsə var... 

Dörd göy salğı içindəsə Elçiçək, 

Dörd bir yanı sarı ipək, al ipək, 

Boşqablarda ərik, alma, çiyələk, 

Hər qulluqçu durub baxır kölətək, 

Gələn, gedən, yanqın, basqın nəsə var... 

 

Çil-çil atsa oynaqlayır, döş gərir



Göz oxşayır daş-qaş içrə yəhəri, 

Ortülüdür yalmanının üzəri, 

Gələn, gedən, yanqın, basqın nəsə var... 

 

               *** 



 

Tunqər oğlu Çatan şahı düşünür, 

Necə şahlı ölkədir Mindiyar. 

Tunqər isə şahlarşahı sayılır, 

Necə şahlı ölkədir Mindiyar. 

 

Düşünür ki, Misireli alaram, 



Yurdu firon şahlıqından salaram, 

Çatan dönər, mən orada qalaram, 

Lap Nil boyu nə vardırsa talaram, 

Necə şahlı ölkədir Mindiyar. 

 

Gözətçilər soraq tutub hər işdən, 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

760 


 

Dedilr ki Tunqər düzdə, örüşdə, 

Beş toplum var, Misrə sarı yürüşdə, 

Dən vurular qanqadadan, döyüşdən, 

Biz çəkindik onlar ilə görüşdən, 

Necə şahlı ölkədir Mindiyar. 

 

Danışırlar, biz Fironu tutarıq, 



Çatanını dustaqlığa atarıq, 

Bu ölkəni allıq, qana qatarıq, 

Sürüyərik, ölkəmizə qatarıq, 

Necə şahlı ölkədir Mindiyar. 

Tunq gözlədi qap-qaranlıq gecəni, 

Misireli arşın - arşın ölçəni, 

Dedi gecə onlar yatıb dincəlir, 

Seçdi gecə gözü yaxşı görəni, 

Necə şahlı ölkədir Mindiyar. 

 

Dedi:-Toplum iki yerə bölünsün, 



Acıqanın lapdan önü alınsın, 

Arxadan da hərləməyə salınsın, 

Necə şahlı ölkədir Mindiyar. 

 

Gecə toplum atsız, səssiz yürüşdə, 



Çığırtılar, bağırtılar, təpişdə, 

Hamı pərtdir bu bicləmə gedişdən, 

Hamı bilir sağ çıxammaz döyüşdən, 

Necə şahlı ölkədir Mindiyar. 

 

Qaranlıqda döyüşçülər qısılıb, 



Bütün yollar hər bir yandan kəsilib

Acıqanlar sanki sapdan asılı, 

Çoxu gecə tutuq düşüb, basılıb, 

Necə şahlı ölkədir Mindiyar. 

 

Acıqanın baş önəri çılğındır, 



İşi-gücü dağıtmaqdır, qırğındır, 

Səsi kobud, nəriltisi yoğundur, 

Döyüşlərdə leş yeyəndir, quzqundur, 

Necə şahlı ölkədir Mindiyar. 

 

-Ahay kimsən, gələn toplum, qorxaxsan, 



Gecəquşu, sən işığa yamaqsan, 

Sən içiboş yar-yaraqlı papaqsan, 

Gündüz topal, gecə isə çolaqsan, 

Necə şahlı ölkədir Mindiyar. 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

761 


 

 

 



Tunqər dedi:-Çıx qabağa deyim mən, 

Qaranlıqda vayzaqlama, öyünmə, 

Nağaratək danqıldanma, döyünmə, 

Necə şahlı ölkədir Mindiyar. 

 

Bu gecənin qaranlığı qapqatı, 



İki qılınc göydə küt-küt parladı, 

Bir-birinə baxdı ərlər gözaltı, 

Çox gözlərdə qılınclardan parıltı, 

Bir birinə yaxınlaşan qaraltı, 

Necə şahlı ölkədir Mindiyar. 

 

Çaqqıldadı, şaqqıldadı qılınclar, 



Qarşılaşdı, Efiopi  Mindiyar, 

Topbuz səsi guruldadı dalbadal, 

Bağırtıdan, səsdən batdı qulaqlar, 

Səsdən başqa bu gecədə heç nə var

Necə şahlı ölkədir Mindiyar. 

 

Yanır gecə ulduzları, sayrışır, 



Yaraqlılar biri-birinə daraşır, 

Çaşıb çoxu kölgəsiylə çarpışır, 

Necə şahlı ölkədir Mindiyar. 

 

Gecə baxdı, qorxdu, yumdu gözünü, 



Gün göründü, göylər açdı üzünü, 

Ölənləri saydı, yüzdə yüzünü, 

Çılğın önər susdu, kəsdi səsini, 

Necə şahlı ölkədir Mindiyar. 

 

Birdən Çatan toplumayla yetişir, 



Atasının toplumuna bitişir, 

Qalanlarla vuruşaraq didişir, 

Necə şahlı ölkədir Mindiyar. 

 

               



                  *** 

 

Çatan dedi:-Kəsi olum Tunq ata



Yol var sanki ürəklərdən ürəyə.  

Bu döyüşdə sən basarsan, oğlun yox, 

Yol var sanki ürəklərdən ürəyə.  

 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

762 


 

Bu yürüşü ata, hardan bilmisən, 

Nə yaxşı ki, ağır gündə gəlmisən, 

Toplumunu iki yerə bölmüsən, 

Acıqanın ürəyini dəlmisən, 

Yol var sanki ürəklərdən ürəyə.  

 

Yüz il qabaq ata, bizi aldadıb, 



Dilə tutdun, atımızı nalladın, 

Dörd qardaşı atsayağı çulladın, 

Saçımızı öpdün bir-bir yalladın, 

Hərəmizi bilməzliyə yolladın, 

Yol var sanki ürəklərdən ürəyə.  

 

Ana gəldi, Çatan döndü uşağa, 



Şah atından düşdü qaçdı qabağa, 

Ayağına düşdü, döndü dolağa

Yol var sanki ürəklərdən ürəyə.  

 

          *** 



Qoşar çıxdı irəliyə, 

Şaman gəldi qan elədi, 

Mən tanrıyam yerdə deyə, 

Dörd yanına od pülədi, 

-Balıq balığı qovlayar, 

Böyük kiçiyi ovlayar, 

Tülkü hamını tovlayar, 

Çalış gözün açıq olsun, 

Sümük sümüyü bərkidər, 

Bala yuvanı tərgidər, 

Yoxsul yayınar vergidən, 

Burda gözün açıq olsun, 

Için, çölün ayıq olsun, 

Minel qızı, baxma belə

Ölüşgəyib durma elə, 

Çıx qabağa gülə-gülə, 

Ver saçları sərin yelə, 

Bax gözlərin açıq olsun, 

Atan, anan ayıq olsun, 

Turqa deyin Qoşar gəlib, 

Biz dardaydıq, hardan bilib, 

Acıqanı yoldan silib, 

Qılınc vurub, yüzü ölüb, 

Çatan gözün açıq olsun, 

Atan, anan ayıq olsun, 

 



Yüklə 6,34 Mb.

Dostları ilə paylaş:
1   ...   188   189   190   191   192   193   194   195   ...   222




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə