"Gənclərin Virtual Multikulturalizm Mərkəzi" n 29 (93 2016)



Yüklə 6,34 Mb.
Pdf görüntüsü
səhifə189/222
tarix18.05.2018
ölçüsü6,34 Mb.
#44769
1   ...   185   186   187   188   189   190   191   192   ...   222

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

747 


 

 

Qoy sevgiyə ölçü, sevgi tanrısı, 



Sil üzlərdən ayrılığın sarısın, 

İlk sevgi ol, ta olmasın ayrısı, 

Hamı olsun ilk sevginin durusu, 

Sevgi ilə hər bir ürək uçardır. 

 

Sevgi öyrət, sevilməyi hamıya, 



Sevgi apar hərbi evə, qapıya, 

Sevgi anlat ağsaqqala, qarıya, 

Sevgi ilə hər bir ürək uçardır. 

 

                *** 



 

Qardanağın Qaşqa atı yel idi, 

Ata baxsan, yel nədir ki, ox olar. 

Dedi:-Qaşqa, məni çatdır o qıza, 

Ata baxsan, yel nədir ki, ox olar. 

Dedi:-O qız ürəyimi aparıb, 

Qaşqa atım, bir az da tez çaparım, 

Qaçan qızı axtararım, taparım, 

Ata baxsan, yel nədir ki, ox olar. 

 

Qaşqa atım, qop torpaqdan, dön yelə



Çap Ureldən, gedək çataq Uryerə, 

Hara çatdı, harda qaçdı qız görən, 

Ata baxsan, yel nədir ki, ox olar. 

 

Qaşqa ata nə səs çatdı, nə də yel, 



Dalda qaldı neçə oba, neçə el, 

Alammadı qabağını nə çay, sel, 

Ata baxsan, yel nədir ki, ox olar. 

 

Bir qız gördü, su çəkirdi quyudan, 



Dedi, durum, içim bir az o sudan, 

Çıxım bir az yorğunluqdan, uyğudan, 

Mənim anam nə deyirdi, doğrudan, 

Ata baxsan, yel nədir ki, ox olar. 

 

Qız su verdi Qardanağa tuluqda, 



Su dişini gizildətdi soyuqdan, 

Dedi:-Ay qız, görübsənmi yovuqdan, 

Bir gözəl qız toxunma ot papaqda, 

Ata baxsan, yel nədir ki, ox olar. 

 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

748 


 

-O qız mənəm, bər-bəzəyi atmışam, 

Mən Turqərin düz yolunu tutmuşam, 

Yer üzünün hər dadını dadmışam, 

Öz yolumu doğru yola qatmışam, 

Ata baxsan, yel nədir ki, ox olar. 

 

Mən Şamxatam, dönük sevgi tanrısı, 



Dolanışın tutumunun yarısı, 

Mənəm uçar düşüncələr pərisi, 

Mənəm süzmə pətək balın arısı, 

Ata baxsan, yel nədir ki, ox olar. 

 

Məni sevmək, sevib qalmaq çətindir, 



Mənim sevgim axmazlardan dərindir, 

Sevən çoxdur, sevməyənlər min-mindir, 

Şamxat isə sevgisində yetimdir, 

Ata baxsan, yel nədir ki, ox olar. 

 

Tanrı deyil, tanrılıqda ögeyəm, 



Qıvraqlıqda, işdə həm yer, həm göyəm, 

Üzdə tanrı, öc almaqda mən böyəm, 

Sevməkdə yox, sevilməkdə mən keyəm, 

Ata baxsan, yel nədir ki, ox olar. 

 

Doğru sevgi tanrısı var, İştardır, 



O, üzərdir, çapar, köçər, uçardır, 

İştar bilir dolanışda nə vardır, 

Tanrılıq var, bizim böyük diyardır, 

Ata baxsan, yel nədir ki, ox olar. 

 

Ana sevgi, mən sevdiyim o qadın, 



Yaxınlaşdı mənə hər gün bir addım, 

Tapşırdı ki, Yengisoyu aldadım, 

Ata baxsan, yel nədir ki, ox olar. 

 

Sonra Turqər, sonra Alpis, sonra mən



Anan bilir, deyən sən də bilirsən, 

Mən bu sayaq qopdum tanrı yerimdən, 

Belə oldum öz-özümə tanrı mən, 

Ata baxsan, yel nədir ki, ox olar. 

 

İndi isə gördüyün mən bir qızam, 



Turqdan sonra çətin bir də yol azam, 

On ildən bir dəyişilir hər adam, 

İndi daha öz-özümə mən yadam, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

749 


 

Ata baxsan, yel nədir ki, ox olar. 

-Mən Qardanağ, sevdim səni Şamxatım, 

Tanrı olsan, ya olmasan, boş addı, 

Sənə kəsi həm Qardanağ, həm atı, 

Ata baxsan, yel nədir ki, ox olar. 

 

Şamxat dedi:-Gedək Turqa söyləyək, 



Nə buyurur bu sevgiyə o görək, 

İzin versə doğmalaşaq biz gərək, 

Ata baxsan, yel nədir ki, ox olar. 

 

-Anam deyir, get tap onu, Turqər ol, 



Çətin yoldur, dolanbacdır bu düz yol, 

Turqər kimi sən hər işdə ayıq ol, 

Ata baxsan, yel nədir ki, ox olar. 

 

Qaşqa atı qovur oğlan çaparı, 



Sevincindən gənc ürəyi qabarır, 

Bu sevgidir, onu hara aparır, 

Ata baxsan, yel nədir ki, ox olar. 

 

                 *** 



 

Bir səs gəldi, meşə susdu bu səsdən, 

Tanınmazlar səsdən, dildən tanınar. 

-Ahay, dayan üzü yanıq, sən kimsən? 

Tanınmazlar səsdən, dildən tanınar. 

 

-Mən Turparam, de sən kimsən yaraqlı? 



-Mən Qardanağ, bu gözələ adaxlı, 

Hər ikimiz Turq ataya tutaqlı, 

Tanınmazlar səsdən, dildən tanınar. 

 

Şamxat dedi:-Gedək, göylər qarışır, 



Gedək, sənə bu Turpardan danışım, 

Necə olub, o Tunqərlə barışıb, 

Tanınmazlar səsdən, dildən tanınar. 

Sevgililər atdandılar yəhərə, 

Sağollaşıb üz tutdular Uryerə, 

Duman çökdü, elə bil ki, yer-yerə, 

Tanınmazlar səsdən, dildən tanınar. 

 

Gedək tapaq Turqu, Turqa yaxını, 



Turqdu kəsir qabağını qırğının, 

Qovur qanlı quraqlığı, çovqunu, 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

750 


 

Barışdırır qoğu, kalı, çılğını, 

Tanınmazlar səsdən, dildən tanınar. 

 

Mənə doğru yol göstərən Turqərdir, 



Turq döyüşə qan-qadaya çəpərdir

O, Bacardır, Düzər, Qızbax, Gücərdir, 

Tanınmazlar səsdən, dildən tanınar. 

 

                   



 

     Daşhörmələr söylənci 

 

Turq gedirdi, Şimşəkatı çaparaq, 



Nə istəsən yolda, yalda taparsan. 

İki toplum yürüməkdə Çinelə, 

Nə istəsən yolda, yalda taparsan. 

 

Turqa soraq gətirmişdi Qızılquş, 



Acı qana göstərməkçin daş duruş, 

Qaldırılır daş hörmələr min qarış, 

Keçilməzdir burda eniş, həm yoxuş, 

Nə istəsən yolda, yalda taparsan. 

 

İşlədillər burda Hindel qulunu, 



Saymır heç kəs işdə yağış selini, 

Gecə yatır bürünərək çulunu, 

Hörmələyir dağın döşü, yalını, 

Kəsir onlar Acıqanın yolunu, 

Nə istəsən yolda, yalda taparsan. 

Daş daş üstə qoyur, qalxır buluda, 

Hər atdımda bir qalaça, bir ada, 

İşlədilir arvad, uşaq, gənc, qoca, 

Nə istəsən yolda, yalda taparsan. 

 

Bu hörmələr qalxır göylə dirəşir, 



Bulud gəlir hörmə üstən sürüşür, 

Yoxdur qapı, heç bir yerdən girişi, 

Pozulubdur Acıqanın yürüşü, 

Nə istəsən yolda, yalda taparsan. 

 

Çinel harda, Minel, Muğel hardadır, 



Daş hörmələr çinelliyə arxadır, 

Yaraqlılar acdır, günü qaradır, 

Acıqanın içi, çölü yaradır, 

Nə istəsən yolda, yalda taparsan. 




Yüklə 6,34 Mb.

Dostları ilə paylaş:
1   ...   185   186   187   188   189   190   191   192   ...   222




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə