"Gənclərin Virtual Multikulturalizm Mərkəzi" n 29 (93 2016)



Yüklə 6,34 Mb.
Pdf görüntüsü
səhifə188/222
tarix18.05.2018
ölçüsü6,34 Mb.
#44769
1   ...   184   185   186   187   188   189   190   191   ...   222

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

743 


 

Əski sevgi diksinərək oyandı, 

Urər deyil, Qardanağı bəyəndi, 

Üzü sevgi işığına boyandı, 

Tez unudar oğul ata verəni. 

 

Gənc Qardanağ sanki gənc Urərdi, 



Onda Şamxat ona köküs gərərdi

Sevgi əkdi onda Şamxat, nə dərdi, 

Tez unudar oğul ata verəni. 

 

Ata Şamxat sevgisini duymadı, 



Üz döndərdi, onu evə qoymadı, 

Urər sevgi tanrısını saymadı, 

Gələn Şamxat tanrısına uymadı, 

Tez unudar oğul ata verəni. 

 

 

Urdiyara gəldi Şamxat birbaşa, 



Ona indi belə sevgi yaraşar, 

Bu oyun da bənzəyirdi “beşdaşa”, 

Tez unudar oğul ata verəni. 

 

Bər-bəzəklə yeniyetmə qız oldu, 



Yanqı gözlər, cüt dodaqlar köz oldu, 

İpək idi, boyaqlandı bez oldu, 

Getdi inam, bu sevgidə buz oldu, 

Tez unudar oğul ata verəni. 

 

              *** 



Ora yaxın bir kənd vardı, dağınıq, 

Yoxsul kəndin varı-yoxu otlaqdır. 

Otlaqlarda bir qız düşüb qalmışdır, 

Yoxsul kəndin varı-yoxu otlaqdır. 

 

Üzüqoylu ağlayırdı ürəkdən, 



Uşaq ağlar ancaq belə bələkdə, 

Saçlarında toxunma börk, çiçəkdən, 

Yoxsul kəndin varı-yoxu otlaqdır. 

 

Yaxınlaşdı qızdan “kimsən” soruşdu, 



Gördü onu, ala gözlər sayrışdı, 

Bir də baxdı, bu yol üzü qırışdı, 

Yoxsul kəndin varı-yoxu otlaqdır. 

 

-Nənəm məni qovub evdən təpiklə, 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

744 


 

Deyir, gərək sən  gəzəsən örtüklə, 

Necə gəzim mən, örtüklə, ələklə, 

Yoxsul kəndin varı-yoxu otlaqdır. 

 

Oğlan baxdı bu gözəlin üzünə, 



O inandı ağlar qızın sözünə, 

Durub qıvraq, qız oturdu tərsinə, 

Yoxsul kəndin varı-yoxu otlaqdır. 

-Sən gözəlsən, yerə yatma busayaq, 

Gedək sizi barışdırım, alyanaq, 

Qalar qallam sizə gecə mən qonaq, 

Yoxsul kəndin varı-yoxu otlaqdır. 

 

Gedək, səni  mən aparram Ura mən



Sonra hara istəyərsən, ora mən, 

İstəməsən ayrılaram sonra mən, 

Yoxsul kəndin varı-yoxu otlaqdır. 

 

Qız söylədi:-Mən qorxuram, ay oğlan, 



Sən həm igid, həm gözəlsən, həm aslan, 

Tək-təkinə at çapırsan haradan, 

Yoxsul kəndin varı-yoxu otlaqdır. 

 

-Mən Ureldən at çapıram Uryerə, 



Igid gərək iş axtara, iş görə, 

Mən vurğunam bir də geniş Görgörə, 

Yoxsul kəndin varı-yoxu otlaqdır. 

 

-Al tərkinə, məni apar özünlə, 



Mən çıxmaram sənin heç bir sözündən, 

Qurtararam qarı nənə üzündən, 

Yoxsul kəndin varı-yoxu otlaqdır. 

 

-Gedək, öncə ağbirçəyi görüm mən, 



Nənəmizin qulluğunda durum mən, 

Alıb sənə özgə yuva qurum mən

Yoxsul kəndin varı-yoxu otlaqdır. 

 

Elə bu an bir səs gəldi uzaqdan, 



Bir atlıydı, əli iti yaraqda, 

Qız çəkilib durdu bir az qıraqda, 

Yoxsul kəndin varı-yoxu otlaqdır. 

 

 



-Nə durubsan, ahay oğlum, Qardanağ? 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

745 


 

Kim yolunu kəsib, hansı yapalaq? 

O Alpisdir, o Şamxatdır dur uzaq, 

Yoxsul kəndin varı-yoxu otlaqdır. 

 

                 *** 



Dümağ idi, Qardanağın anası, 

Yuxuda da ana gəzir balanı. 

O yuxuda ağlar gördü oğlunu, 

Yuxuda da ana gəzir balanı. 

 

Dümağ dedi:-Hara qaçdı o şırtı? 



Sevgi deyib bu yollarda o qartıb, 

Hər iyidi  öz qoynuna o dartır, 

Ondan sevgi, bundan ərlik o qırtır, 

Yuxuda da ana gəzir balanı. 

 

Dümağ çapıb, qıvraq gəlib çatmaqda, 



Qız yox idi, yox olmuşdur otlaqda, 

O baxırdı Qardanağa uzaqdan, 

O qorxurdu iyid ana Dümağdan, 

Yuxuda da ana gəzir balanı. 

 

Qardanağ da dedi:- Ana yazıqsan,  



Ayıqlıqda sən quşdan da ayıqsan, 

Sən hamıdan, sən məndən də duyuqsan

Yuxuda da ana gəzir balanı. 

 

Nə bilirsən o qız pisdir, pozuqdur, 



O gözəldir, gözəl ağzı yumuqdur, 

Nənəsylə araları qırıqdır, 

Elə demə, dediklərin artıqdır, 

Yuxuda da ana gəzir balanı. 

 

-O Şamxatdır, oğlum, sevgi tanrısı, 



Ancaq yoxdur sevgi ilə arası, 

Odur, çıxıb baxır bizə qarısı, 

Yoxdur onun əri, evi, qapısı, 

Yuxuda da ana gəzir balanı. 

 

-Kim olsa da ana, o çox duyuqdur, 



Qız ürəyi onun ovuq-ovuqdur, 

Onu sevmə, o kimsəsiz yazıqdır, 

Yuxuda da ana gəzir balanı. 

 

Ana çaptı atı qızın yönünə, 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

746 


 

Qarı çıxdı birdən onun önünə

Qız büründü qatı meşə çəninə, 

O qayıtdı yenə təklik gününə, 

Yuxuda da ana gəzir balanı. 

 

-Gördün oğlum, tanrılaşdı qız, nənə, 



Çəkildilər deyən yerin dibinə, 

Öyrənc olsun bu olaylar qoy sənə, 

Mən anayam, bala inan sən mənə, 

Yuxuda da ana gəzir balanı. 

 

Acıqlandı anasına Qardanağ, 



Dedi:-Ana qopuq olma busayaq, 

Sən anasan, sən kötüksən, mən budaq

Qayıt, səni səslər bacım Ağdanağ, 

Yuxuda da ana gəzir balanı. 

 

Bunu deyib o at qovdu o yana, 



Girdi seyrək çənə, qatı dumana, 

Dümağ soldu, döndü sarı samana, 

Heç bilmədi atı çapsın hayana, 

Yuxuda da ana gəzir balanı. 

 

                *** 



Tanrı, nə güc buyurubsan sevgiyə, 

Sevgi ilə hər bir ürək uçardır. 

Ata, ana çox üz vurma çəkil get, 

Sevgi ilə hər bir ürək uçardır. 

 

Tanrım, bax gör hara çapır Qardanağ? 



Çapır qızın arxasınca çaparaq, 

Bu sevgidir, ya qırıcı yatalaq, 

Sevgi ilə hər bir ürək uçardır. 

 

Nə dərindir bunun kökü, meynəsi, 



Bu sevgiyə ata, ana neynəsin, 

Tanrım, qoyma ana konlü göynəsin, 

Qoy düzünü tanrı özü söyləsin, 

Sevgi ilə hər bir ürək uçardır. 

 

Gözəl Şamxat, sevirsənsə ərə get, 



Hər yerə yox, səni sevən yerə get, 

Get, ayrılmış sevgiləri seyrə get, 

Hara getsən sən yaxşılıq törə, get, 

Sevgi ilə hər bir ürək uçardır. 




Yüklə 6,34 Mb.

Dostları ilə paylaş:
1   ...   184   185   186   187   188   189   190   191   ...   222




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə