"Gənclərin Virtual Multikulturalizm Mərkəzi" n 29 (93 2016)



Yüklə 6,34 Mb.
Pdf görüntüsü
səhifə193/222
tarix18.05.2018
ölçüsü6,34 Mb.
#44769
1   ...   189   190   191   192   193   194   195   196   ...   222

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

763 


 

                 *** 

 

Çatan  burda Firon deyil, şah idi, 



Yannan gələn əl-ayaqlı baş olar. 

Seldən, sudan aldı gözəl Saranı, 

Yannan gələn əl-ayaqlı baş olar. 

 

Şahdır Çatan başkəndə yox, Nileldə, 



Burda nələr yaradıbdır qırx ildə, 

El danışır öz diliylə hər yerdə, 

Yannan gələn əl-ayaqlı baş olar. 

 

Nil çayının su qırağı daş hörmə, 



Çox qabarma çayım, daha köpürmə, 

El-obanı yerdən silib, süpürmə, 

Burulqanda sudan ip-sap əyirmə, 

Yannan gələn əl-ayaqlı baş olar. 

 

Firon gəlir Çatan şahı yoxlasın, 



Tunqər ilə barış, əltut bağlasın, 

Mindiyarla çox yaxınlıq saxlasın, 

Yannan gələn əl-ayaqlı baş olar. 

 

Salxım saqqal, topa birçək, qalın qaş, 



Uzun boyun, xirda burun, iri baş, 

Qara gozlər soyuq daşdır, qara daş, 

Yannan gələn əl-ayaqlı baş olar. 

 

Tunqa baxdı o “düzgəldin” söylədi, 



Toplumuna çoxbasarlıq dilədi, 

Sağ əlini hamılığa yellədi, 

Yannan gələn əl-ayaqlı baş olar. 

 

Bağışlarla sevindirdi qanağı, 



Elçiçəyə sırğa, Tunqa qolbağı, 

Topluma da yağlı çörək, bığyağı, 

Yannan gələn əl-ayaqlı baş olar. 

 

Sonra dedi:-Neçə quyu qazdırın, 



Yaralını diri-diri basdırın, 

Hay-küy salın, qaçanları azdırın, 

Tutuqları daş işinə yazdırın, 

Yannan gələn əl-ayaqlı baş olar. 

 

Firon dedi:-Tunq, Elçiçək, Eldəbir, 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

764 


 

Gərək bizdə qonaq qalsın düz bir il, 

Çıxıb yola Başev, sizi gözləyir, 

Çalhaçaldır, toy-düyündür, səs-səmir

Yannan gələn əl-ayaqlı baş olar. 

 

                   *** 



 

Tunqa dedi tutuq düşən həbəşlər, 

Yaraqlıya qorxmaz başçı gərəkdir. 

Biz Mindiyar yaraqlısı oluruq, 

Yaraqlıya qorxmaz başçı gərəkdir. 

 

And içirik Tunqa, bir də tanrıya, 



Döyüşlərdə Mindiyara yarayaq, 

Orda qalaq, biz ordaca qarıyaq, 

Yaraqlıya qorxmaz başçı gərəkdir. 

 

Firon dedi:-Öncə işə başlayın, 



Gedin şoran torpaqları xışlayın, 

Qazıntıda, tikintidə işləyin, 

Yalvar-yaxar yaşamağı boşlayın, 

Yaraqlıya qorxmaz başçı gərəkdir. 

 

Dedi:-Gedin daş işinə həbəşlər, 



Sizi gözlər Misireldə çox işlər, 

Qamçı, təpik, hədələmə, söyüşlər, 

Fironun da öz yeri var demişlər

Yaraqlıya qorxmaz başçı gərəkdir. 

 

Tunq qızardı, acıqından tutuldu, 



Qara qaşlar çəkilərək, çatıldı, 

Boynundakı damarları dartıldı, 

Yaraqlıya qorxmaz başçı gərəkdir. 

 

Elçiçək də sanki bir az qısıldı, 



Bu döyüşdə Basar sanki basıldı, 

Çatanın da içi yandı, qazıldı, 

Yaraqlıya qorxmaz başçı gərəkdir. 

 

Tunq udqundu, Firon kəsdi səsini, 



Başa düşdü sanki yersiz sözünü, 

Dönüb Çatan şaha tutdu üzünü, 

Yaraqlıya qorxmaz başçı gərəkdir. 

 

Dedi:-Çatan, yorğun düşüb Tunq ata, 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

765 


 

Dörd təkərli qoşqunu qoş beş ata, 

Gedək Başev şənliyinə, büsata, 

Qonaqları biz göstərək elata, 

Yaraqlıya qorxmaz başçı gərəkdir. 

Tunq atanın adı-sanı ucadır, 

Elçiçəklə tunq zirvədə haçadır, 

Həbəş hələ atlaşmayıb, dayçadır, 

Yaraqlıya qorxmaz başçı gərəkdir. 

 

Firon dedi:-Tunqa qoşqu ayırın, 



Başev yola göz tikibdir, buyurun, 

Ərlər, Tunqun arxasınca yüyürün, 

Yaraqlıya qorxmaz başçı gərəkdir. 

 

                



 

       Həbəş söylənci 

 

 

Qoşar dedi:-Misireldə olmuşam, 



Mindiyardan bura cığır salmışam, 

Nilelliyə bir ay qonaq qalmışam, 

Yaraqlıya qorxmaz başçı gərəkdir. 

 

Şaman dedi:-Qoşar, öymə özünü, 



Çək Turqərdən, alıcı, ley gözünü

Gəl hər yerdə deyək sözün düzünü, 

Yaraqlıya qorxmaz başçı gərəkdir. 

 

Böyük Firon, burda hər yer dağıntı, 



De nədəndir ürəklərdə sıxıntı, 

Dediklərin böyük Tunqa toxundu, 

Aldı Tunqu, aldı bizi boğuntu, 

Yaraqlıya qorxmaz başçı gərəkdir. 

 

Tanrı dedi, Tunqər, qayıt buradan, 



Yoxsa səni götürərlər aradan, 

Uğurelə gəlib dolub acıqan, 

Belə deyir mənə böyük yaradan, 

Yaraqlıya qorxmaz başçı gərəkdir. 

 

Tunqər dedi:-Haydı, qayıt Minelli, 



Bizə “saqol” demədilər, bu bəlli, 

Şaman, Qoşar qabaqgörən, təpərli, 

Mən yapışım gərək sizdən beş əlli, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                                      Söhrab Tahir                                "Ata" Epos-poema II cild 

766 


 

Haydı qayıt öz yurduna Minellı, 

Yaraqlıya qorxmaz başçı gərəkdir. 

 

 



        Uruyer söylənci 

 

 

Turpar, Sona Uruyerə çatdılar, 



Yerdəyişmə qıvraq edər adamı.  

Uruyerdə Sona yaman sevindi, 

Yerdəyişmə qıvraq edər adamı.  

 

Güləşirdi Sona ilə Tayqulaq, 



Ot üstündə dığırlanıb qurdsayaq, 

At üstündə quştək uçub, çaparaq, 

Yıxıl-yıxıl ötüşürdü qacaraq, 

Yerdəyişmə qıvraq edər adamı.  

 

Boylu sona sevinirdi, gülürdü, 



Sevincini turpar  ilə bölürdü, 

Ilk sevgidir ilk körpəsi, bilirdi, 

Yerdəyişmə qıvraq edər adamı.  

 

Tutulmuşdu o Şamxatı görəndən, 



Şamxat onu oynatmışdı yerindən, 

Əl çəkmirdi Şamxat onun ərindən, 

Yerdəyişmə qıvraq edər adamı.  

 

Turpar onu danışdırır, dindirir, 



Öyüb, Minel gözəlinə döndərir, 

Hərdən gedib ağaclıqdan tut dərir, 

Onu qıza, Qardanağa göndərir

Yerdəyişmə qıvraq edər adamı.  

Sona bilmir Şamxat göydən enmədir, 

Yarım yarı tanrılıqdan dönmədir, 

Qardanağla seviş-öpüş gündədir, 

Yerdəyişmə qıvraq edər adamı.  

 

Sona doğur, oğlu olur, kök, topa, 



Tayqulaqla olub süddə, süd ortaq

İkisi də süd qardaşı, qarınpa, 

Yerdəyişmə qıvraq edər adamı.  

 

Turpar deyir:- Öz atımı çapım mən, 



Gedim boyuk Turq atanı tapım mən, 


Yüklə 6,34 Mb.

Dostları ilə paylaş:
1   ...   189   190   191   192   193   194   195   196   ...   222




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə