Gömrük işi Hazırladı: L. M. Hüseynova



Yüklə 1,26 Mb.
Pdf görüntüsü
səhifə29/76
tarix01.09.2018
ölçüsü1,26 Mb.
#66190
1   ...   25   26   27   28   29   30   31   32   ...   76

91 
 
Malların təhlükəsizliyini və onların müəyyən edilmiş tələblərə uyğun olduğunu təstiq 
edən sənəd – sertifikasiya sistemi qaydalarına əsasən verilmiş sertifikat hesab edilir. 
 Sertifikat bir nüsxədə verilir. 
Sertifikatlaşdırılması  məcburi  olan  mallar  sərbəst  dövriyyə  üçün  buraxılış,  təkrar 
idxal, daxildə emal, xaricdə emal gömrük prosedurları altında yerləşdirilmiş mallar yalnız 
sertifikatlar gömrük orqanlarına təqdim edildikdən sonra buraxılır. 
Seçilmiş  gömrük  prosedurundan  asılı  olmayaraq  aşağıdakı  mallar  sertifikatsız 
buraxılır: 
-  xarici  dövlətlərin  təmsilçiliklərinin  və  beynəlxalq  dövlətlərarası  təşkilatlarının  və  onların 
personallarının rəsmi istifadəsi üçün nəzərdə tutulan mallar; 
-  fiziki  şəxslər  tərəfindən  gətirilən,  istehsalat  və  kommersiya  fəaliyyəti  üçün  nəzərdə 
tutulmayan (müəyyən hədlərdən artıq olan mallar istisna olmaqla) mallar. 
Heyvandarlıq  məhsullarının  bütün  növləri  hər  hansı  nəqliyyat  vasitəsi  ilə  idxal  və 
ixrac  olunduqda  məcburi  baytarlıq  nəzarətindən  keçməlidir.  Heyvanların,  heyvandarlıq 
məhsullarının  və  yemlərin  dövlət  sərhədindən  buraxılmasına,  yalnız  sərhəd  baytarlıq 
nəzarət məntəqələri təşkil edilmiş yerlərdə yol verilir. 
Karantin  nəzarətinə  cəlb  edilən  malların  ixracı  yerli  karantin  müfəttişliyi  tərəfdən 
verilən fitosanitar sertifikatların müşayiəti ilə aparılır.   
Malları  gömrük  ərazisinə,  həmçinin  sərbəst  zonaların  ərazisindən  gömrük  
ərazisinin  qalan  hissəsinə  gətirən  daşıyıcı  gömrük  sərhədini  keçməsi  barədə  müvafiq 
gömrük orqanına məlumat verməlidir (117).  
Mallar gömrük  ərazisinə gömrük orqanlarının müəyyən etdiyi yerlərdən və onların 
iş  vaxtında  gətirilməlidir.  Gömrük  orqanlarının  icazəsi  ilə,  mallar  onların  iş  vaxtından 
kənar  saatlarda  da  gömrük    ərazisinə  gətirilə  bilər.  Həmin  vaxtda    gömrük    ərazisinə 
gətirilmiş mallardan gömrük orqanlarının icazəsi olmadan istifadə edilməsinə yol verilmir. 
Qanunvericiliklə  və  beynəlxalq  müqavilələrlə  müəyyən  edilmiş  hallarda,  mallar 
gömrük  ərazisinə gömrük orqanlarının icazəsi ilə başqa yerlərdən gətirilə bilər.    
Mallar  və  nəqliyyat  vasitələri,  Az  R-sı  gömrük  orqanına  təqdim  edildiyi  andan 
onların  büraxılışına  qədər  və  ya  seçilmiş  gömrük  rejiminə  verilənədək  gömrük  nəzarəti 
altında müvəqqəti saxlanca verilir. 


92 
 
Müvəqqəti  saxlanc,  xüsusi  olaraq  ayrılmış  və  hazırlanmış  binalarda  və  ya  başqa 
yerlərdə həyata keçirilir. 
Az  R-sı  gömrük  orqanları  və  ya  Az  şəxsləri  müvəqqəti  saxlanc  anbarı  təsis  edə 
bilər. 
Az  R-nın  gömrük  işini  aparan  icra  hakimiyyəti  orqanından  lisenziya  alındıqdan 
sonra müvəqqəti saxlanc anbarı təsis edilə bilər. 
Müvəqqəti saxlanc anbarları acıq tipli (bütün mallar üçün istifadə oluna bilən) və 
qapalı tipli (saxlanması xüsusi şərait tələb edən mallar üçün) ola bilər. 
Az R-sı gömrük orqanları tərəfindən təsis edilən müvəqqəti saxlanc anbarları açıq 
tipli anbarlardır. 
Müvəqqəti saxlanc anbarı sahibinin malları və nəqliyyat vasitələrini anbara qoyan 
şəxslərlə qarşılıqlı münasibətləri müqavilə əsasında tənzimlənir. 
Mallar  və  nəqliyyat  vasitələri  müvəqqəti  saxlanc  anbarına  qoyularkən  Az  R-sı 
gömrük  orqanları  bir  qayda  olaraq  malların  və  nəqliyyat  vasitələrinin  eyniləşdirilməsi 
üçün kifayət edən sənədləri, o cümlədən gömrük orqanının vəzifəli şəxsinin bildiyi xarici 
dillərin birində tərtib edilmiş sənədləri tələb edir. 
Müvəqqəti saxlanc anbarı sahibinin vəzifələri aşağıdakılardır: 
-anbarı  gömrük  nəzarətinin  təmin  edilməsi  məqsədilə  lazım  olan  şəkildə 
hazırlamaq; 
- anbarda saxlanan malların və nəqliyyat vasitələrinin gömrük nəzarətindən kənar 
götürülməsinə yol verməmək; 
- gömrük nəzarətinin həyata keçirilməsi üçün cətinlik yaratmamaq; 
- Az R-nın gömrük işini aparan icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada 
saxlanılan  malların  və  nəqliyyat  vasitələrinin  uçotunu  aparmaq  və  onlar  barədə  Az  R-sı 
gömrük orqanlarına hesabatlar təqdim etmək; 
-  anbarda  saxlanılan  mallar  və  nəqliyyat  vasitələrinin  yanina  qanunvericilikdə 
nəzərdə tutulan hallar istisna ediməklə üçüncü şəxslətin daxil olmasına yol verməmək; 
-  müvəqqəti  saxlanc  anbarı  təsis  edilməsi  üçün  verilən  lisenziya  şərtlərinə  riayət 
etmək; 


93 
 
-gömrük  nəzarəti  və  gömrük  rəsmiləşdirilməsini  həyata  keçirmək  üçün  Az  R-sı 
gömrük  orqanları  vəzifəli  şəxslərinin  malların  və  nəqliyyat  vasitələinin  yanına 
buraxılmasını təmin etmək, müvəqqəti saxlanc anbarlarında əvəzsiz olaraq yer və rabitə 
vasitələri verilməsi də daxil olmaqla onların qanuni tələblərini yerinə yetirmək. 
Az  R-sı  gömrük  orqanları  müvəqqəti  saxlanc  anbarının  quruluşu,  avadanlığı  və 
yerləşdiyi yerlərə aid tələbləri müəyyən etmək hüququ vardır. 
Malların  müvəqqəti  saxlanc  gömrük  proseduru  altında  qalma    müddəti  (179) 
onların  və  istifadə  olunan  nəqliyyat  vasitəsinin  xüsusiyyətləri  nəzərə  alınmaqla,  gömrük 
bəyannaməsinin təqdim olunması üçün lazım olan vaxt nəzərə alınmaqla gömrük orqanı 
tərəfindən müəyyən edilir. Prosedur sahibinin  əsaslandırılmış müraciəti olduqda, gömrük 
orqanı  həmin  müddəti  Gömrük  Məcəllənin  179.2-ci  maddəsinin  göstərilən  müddət 
çərçivəsində uzadır. 179.2 maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən 
ayrı-ayrı  malların  xassələrindən  və  xüsusiyyətlərindən  asılı  olaraq  daha  qısa  müddət 
müəyyən  edildiyi  hallar  istisna  olmaqla,  malların  müvəqqəti  saxlanc  gömrük  proseduru 
altında qalma müddəti 4 (dörd) aydan çox olmamalıdır.  
Mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti başa 
çatanadək  başqa  gömrük  proseduru  altında  yerləşdirilmək  üçün  bəyan  edilməli  və  ya 
gömrük anbarında yerləşdirilməlidir.  
 Müvəqqəti  saxlanc  xüsusi  gömrük  proseduru  altında  yerləşdirilən  malların 
mövcud  vəziyyətdə  qalmasını  təmin  etmək  üçün  onlar  adi    əməliyyatlara  məruz  qala 
bilərlər.  Belə  hallarda  malların  xarici  görünüşünün  və  texniki  göstəricilərinin 
dəyişdirilməsinə yol verilmir.  
Müvəqqəti saxlanc anbarındakı mallarla aşağıdakı əməliyyatlar aparıla bilər: 
-  müvəqqəti saxlanc anbarının sahibi, mallar barədə səlahiyyətli olan başqa şəxs 
və onların nümayəndələri tərəfindən malların nəzərdə keçirilməsi və ölçülməsi; 
-  Az  R-sı  gömrük  orqanının  ücazəəsi  ilə  həmin  mallardan  prob  və  nümünələr 
götürülməsi; 
Qablaşdırma  zədələrinin  qüzəldilməsi  də  daxil  olmaqla,  həmin  malların  dəyişməz 
halda qalmasının təmin edlməsi üçün zəruri olan digər əməliyyatlar aparılması. 
2.  Mövcüd  qanunvericiliyə  uyğun  olaraq  yaradılmış  və  DGK-dən  lisenziya  almış 
hüquqi  şəxslər  gömrük  brokeri  ola  bilərlər.  Gömrük  brokeri  ilə  onun  təmsil  etdiyi  şəxs 
arasındakı  qarşılııqlı  münasibətlər,  notarius  tərəfindən  təstiq  edilmiş  müqavilə  ilə 


Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə