Gömrük işi Hazırladı: L. M. Hüseynova



Yüklə 1,26 Mb.
Pdf görüntüsü
səhifə30/76
tarix01.09.2018
ölçüsü1,26 Mb.
#66190
1   ...   26   27   28   29   30   31   32   33   ...   76

94 
 
tənzimlənir.  Belə  müqavilələr  ikitərəfli  olub,  konsensual  müqavilə  növünə  aid  edilir  və 
ödənc xarakterlidir. 
Broker  xidməti  üzrə  müqaviləyə  görə  gömrük  brokeri təmsil  etdiyi  şəxsin  tapşırığı 
və onun hesabına öz adından gömrük rəsmiləşdirilməsi üzrə istənilən əməliyyatı və digər 
vasitəçilik  əməliyyatları  apara  bilər.  Gömrük  nəzarəti  və  gömrük  rəsmiləşdirilməsi 
əməliyyatları  zamanı,  o  malların  əsil  sahibi  qədər  onun  vəzifələrini  yerinə  yetirir  və 
məsuliyyət daşıyır. 
Nəzərə    alaq  ki,  gömrük  brokeri  təmsil  etdiyi  şəxsin  tapşırığını  yerinə  yetirərkən 
təmsilçinin  deyil,  öz  adından  çıxış  edir,  bu  halda  broker  xidməti  göstərilməsi  barədə 
müqavilədən doqan üç növ hüquqi münasibətlərin şahidi olmuş oluruq: 
1.  gömrük brokeri ilə təmsil etdiyi şəxs arasında; 
2.  gömrük brokeri ilə üçüncü şəxslər arasında; 
3.  təmsil  olunan  şəxslə  üçüncü  şəxslər  arasında  (məsələn,  broker  lisenziyasının 
fəaliyyəti dayandırıldıqda). 
Gömrük  brokerinin  gömrük  orqanları  qarşısında  hüquqları,  vəzifələri  və 
məsuliyyəti təmsil etdiyi şəxslə bağladığı müqavilə ilə məhdudlaşmır. Gömrük brokerinin 
fəaliyyəti  lisenziyalaşdırılır.  Az  R-nın  gömrük  işini  aparan  icra  hakimiyyəti  orqanından 
lisenziya almış hüquqi şəxs olan müəssisələr gömrük brokeri ola bilər. 
Gömrük  brokeri  kimi  fəaliyyət  göstərmək  hüququ  verən  lisenziya  almaq  üçün 
aşağıdakılar tələb olunur: 

ştatında  gömrük  rəsmiləşdirilməsi  üzrə  ixtisas  attestatına  malik 
mütəxəssislərin olması; 

sığorta  məbləği  qanunla  müəyyən  edilmiş  minimum  əmək  haqqı 
məbləğinin  on  min  mislindən  az  olmamaqla  öz  fəaliyyəti  üçün  sığorta 
müqaviləsi bağlamaq; 

gömrük  brokeri  kimi  fəaliyyət  göstərmək  üçün  kifayət  qədər  maddi-
texniki təçhizata malik olmaq; 

gömrük  nəzarəti  altında  olan  mallarla  aparılan  əməliyyatları  dəqiq  və 
dolğun  əks  etdirən  uçot  və  hesabat  aparılmasını  təmin  etmək  üçün 
şəraitin olması. 
Gömrük brokerinin təmsil etdiyi şəxsin tapşırığı ilə və onun hesabına öz adından 
gömrük rəsmiləşdirilməsi üzrə hər cür əməliyyat aparmaq və gömrük işi sahəsində digər 
vasitəçilik  funksiyalarını  yerinə  yetirmək  hüququ  vardır.  Gömrük  nəzarəti  və  gömrük 
rəsmiləşdirilməsi  həyata  keçirilərkən  gömrük  brokeri  Az  R-nın  gömrük  sərhədindən 


95 
 
müstəqil  olaraq  malları  keçirən  şəxs  kimi  bütün  vəzifələrini  yerinə  yetirir  bə  həmin  şəxs 
kimi məsuliyyət daşıyır. 
Gömrük brokerinin təmsil etdiyi şəxslə müqaviləsində Az R-sı gömrük orqanları ilə 
münasibətlər, hüquqlar, vəzifələr və məsuliyyətlər məhdudlaşdırıla bilməz.  
Gömrük  daşıyıcısı  Az  R-sı  Qanunvericiliyinə  uyğun  olaraq  yaradılan,  DGK 
tərəfindən  gömrük  nəzarəti  altındakı  yüklərin  daşınması  üçün  lisenziya  verilmiş  hüquqi 
şəxsdir.  Qeyd  etmək  lazımdır  ki,  o  malları  gömrük  müşayiəti  olmadan  və  gömrük 
ödəncləri  ödəmədən  daşıyır.  Gömrük  daşıyıcısından  istifadə  həm  könüllü,  həm  də 
məcburi ola bilər. Gömrük daşıyıından könüllü istifadə o zaman olur ki, marağı olan şəxs 
gömrük  daşıyıcısının  xidmətindən  gömrük  orqanını  xəbərdar  etməklə  şəxsi  təşəbbüsü 
əsasında istifadə etsin. 
Gömrük  orqanının  vəzifəli  şəxsi  daşınan  malların  xarakteri  və  statusu  barədə 
məlumata  əsaslanaraq,  gömrük  qanunvericiliyinin  pozulmasının  mümkünlüyünü  güman 
etdikdə,  daşınmanın  spesifikasını  nəzərə  alaraq  gömrük  rəsmiləşdirilməsi  mərhələsində 
həmin malların gömrük daşıyıcısı tərəfindən daşınması barədə qərar qəbul edə bilər. Belə 
daşınma məcbüri xarakter daşıyır, çünki mal üzərində sərəncam vermək hüququ olan şəxs 
gömrük orqanlarının qəbul etdiyi qərara etinasiz qala bilməz. 
Gömrük  orqanının  gömrük  daşıyıcısından  istifadə  edilməsi  barədə  qərarı  həm 
daşıyıcı, həm malgöndərən və malalan, həm də gömrük daşıyıcısının özü üçün məcburidir. 
Belə  qərar  adi  daşıyıcısının,  mal  göndərən  və  malalanın  tərəfindən  gömrük  daşıyıcısının 
istifadəsi ilə meydana  çıxmış xərclərinin ödənməsi üçün əsas ola bilər. 
Aşağıdakı  mallar  barədə  gömrük  orqanı,  hətta  gömrük  ödəncləri  ödənməsinin 
təminatı olduqda belə, gömrük daşııcısından istifadə edilməi üçün qərar verə bilər: 
1.  Az  R-sı  ərazisinə  gətirilməsi  və  ölkədən  çıxarılması  qadağan  olunmuş  mallar 
(gömrük orqanları arasında daşınması zərurəti yaranandıqda); 
2.  Lisenziyaşdırlmalı,  sertifikatlaşdırılmalı  və  dgər  orqanların  nəzarətinə  cəlb 
edilməli (əgər belə nəzarət heyata keçirilməmişsə) mallar. 
BYD  kitabçaları  tətbiq  edilməklə  və  gömrük  müşayiəti  zamanı  gömrük 
daşıyıcısından istifadə edilməsi məcburiyyəti tətbiq edilmir. 
Gömrük  daşıyıcısına  tələbləri  texniki  və  maliyyə  tələbləri  olmaqla  iki  qrupa 
bölmək olar. 


96 
 
Gömrük  daşıyıcısı  ödəmə  qabiliyyətli  olmalıdır.  Onun  maliyyə  imkanları  tələb 
olunana bütün gömrük ödənclərinin təxirəsalınmadan ödəniləcəyinə zəmanət verməlidir. 
Gömrük daşıyıcısı öz fəaliyyətini sığortalamaq üçün müvafiq müavilə bağlamalıdır. 
Texniki  tələblərə  gəlincə,  gömrük  daşıyıcısının  nəqliyyat  vasitələri  gömrük 
orqanları  tərəfindən  müəyyən  edilmiş  “Gömrük  möhür  və  plombları  altında  malların 
daşınması  üçün  nəqliyyat  vasitələrinin  təchiz  edilməsi  və  onların  yük  daşınmasına 
buraxılması qaydalarına” uyğun olmalıdır. 
Malgöndərən  və  gömrük  daşıyıcısı  arasındakı  münasibətlər  müqavilə  əsasında 
qurulur.  Bağlanmış  müqavilədə  digər  müddəalarla  bərabər,  gömrük  nəzarəti  altında 
malların  daşınması  ilə  bağlı  gömrük    daşıyıcısının  xərclərinin  ödənilməsi  də  tənzimlənir. 
Müailə  ilə  təsbit  edilmiş  hüquq  və  vəzifələrindən  başqa  gömrük  daşıyıcısı  aşağıdakı 
öhdəlikəri də yerinə yetirilməlidir: 
1.  malları  təyinat  gömrük  idarəsinə  onların  tarası  və  ya  mövcüd  halı 
dəyişilmədən çatdırmalı; 
2.  gömrük  orqanları  tərəfindən  müəyyən  edilmiş  çatdırılma  müddətlərinə  və 
hərəkət marşrutuna riayət etməli; 
3.  malları  ə  sənədləri  təyinat  gömrük  mənəqəsinə  yetirməli,  lazım  gəldikdə 
təqdim etməli; 
4.  gömrük nəzarəti altında olan mallarla birgə digər mallar daşımamalı; 
5.  gömrük  nəzarəti  altındakı  daşımaların  uçotunu  aparılmalı,  gömrük 
orqanlarına müvafiq hesabat verməli; 
6.  mal  göndərəndən  alınmış  kommersiya,  bank,  qanunla  qorunan  digər  sirləri 
açıqlamamalı; 
7.  malları  təyinat  gömrük  məntəqəsinə  çatdırıqdan  sonra,  onları  nəzarətsiz 
qoymamalı, dayanacaq yerini dəyişdirməməli, malları boşaltmamalı və başqa 
nəqliyyat  növünə  yükləməməli,  qablaşdırılmanı  pozmamalı,  gömrük 
eyniləşdirmə vasitələrini qoparmamalı, yaxud məhv etməməlidir. 
Bu  öhdəliklərin  pozulmasına  görə  o  zaman  məsuliyyət  müəyyən  olunmur  ki, 
gömrük daşıyıcısı nəqliyyat vasitəsi ekipajının həyatı və sağlamlığı üçün, həmçinin, mal və 
nəqliyyat vasitəsinin məhv edilməsinə görə real təhlükə yarandığını sübut etmiş olsun. 
Gömrük  daçıyısı  malların  çatdırıldığı  yerdə  müvəqqəti  saxlanca  və  ya  mallara 
görə  səlahiyyətli  şəxsə  verilənə  qədər  gömrük  ödənclərinin  ödənilməsinə  məsuliyyət 
daşıyır.  Əgər  gömrük  daşıyıcısı  malları  gömrük  orqanının  icazəsi  olmadan  vermişsə, 


Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə