Gömrük işi Hazırladı: L. M. Hüseynova



Yüklə 1,26 Mb.
Pdf görüntüsü
səhifə33/76
tarix01.09.2018
ölçüsü1,26 Mb.
#66190
1   ...   29   30   31   32   33   34   35   36   ...   76

103 
 
Gömrük  baxışı  müstəsna  hal  kimi  nəqliyyat  vasitələrinin  plomblanmış 
bölmələrində  və  ya  konteynerlərdə  BYD  kitabçasının  yük  manifestində  göstərilməyən 
əşyalar  olmasını  güman  etməyə  kifayət  qədər  əsaslar  oldyğu  təqdirdə  həyata  keçirilə 
bilər. 
BYD prosedurası o şərtlə tətbiq olunur ki, mallar: 
-  BYD Konvensiyasına və təsdiq edilmiş Əsasnaməyə uyğun olaraq doldurulmuş 
və sənədləşdirilmiş BYD kitabçası ilə müşayiət olunsun; 
-  zəmanətverici birliyin zəmanəti (təminatı) ilə təmin olunsun; 
-  əvvəlcədən gömrük möhür və plombları altında (ağırçəkili və irihəcmli malların 
daşınması  istisna  olmaqla)  daşınmaya  büraxılmış  avtomobillərdə,  yol  nəqliyyat 
vasitələrindən ibar\t qatarlarda və ya konteynerlərdə daşınsın. 
Göndərilmə gömrük idarələri yalnış bir ölkədə, təyinat gömrük idarələri isə ikidən 
artıq  olmayan  ölkələrdə  yerləşməlidirlər. Göndərilmə  və  təyinat  gömrük  məntəqələrinin 
ümumi sayı 4 artıq olmamalıdır.  
BYD kitabçası 4 səhifəli üz qabığından, kəsilməyən ½ nömrəli sarı vərəqdən və ½ 
nömrəli  kötükdən,  1  nömrəli  (kəsilən)  vərəqdən  və  1  nömrəli  kötüklərdən  (ağ  rəngli),  2 
nömrəli  kəsilən  vərəqlərdən  və  2  nömrəli  kötüklərdən  (yaşıl  rəngli)  və  yol  nəqliyyat 
hadisəsinə dair protokollardan (sarı rəngli) ibarətdir. 
Kəsilən vərəqlərin və onların kötüklərinin (1 və 2) birləşməsi bir qayda olaraq hər 
bir ölkədə (göndərilmə ölkəsində və giriş gömrük idarələrində), 2 nömrəli kəsilən vərəq və 
2  nömrəli  kötük  isə  çıxış  və  təyinat  gömrük  idarəsində  istifadə  olunmaq  üçün  nəzərdə 
tutulmuşlar. 
Hal-hazırda  istifadə edilən BYD kitabçaları 14 və ya 20 vərəqdən (yəni 7 və ya 10 
komplektdən)  ibarətdir  və  müvafiq  olaraq  7  və  ya  10  dövlətin  ərazisindən  keçməklə 
daşıma üçün nəzərdə tutulmuşdur. 
BYD  prosedurasına  əməl  olunmaqla  daşınmanı  həyata  keçirilməyə  yalnız  BYD 
kitabçasının  sahibinin  hüququ  vardır.  BYD  kitabçaları  1975-ci  il  BYD  Konvensiyasının 
iştirakçı dövlətlərinin zəmanət birlikləri tərəfindən verilir. 
Az  R-da  BYD  kitabçaları  ABADA  (Az  Beynəlxalq  Avtomobil  Daşıyıcıları 
Assosiasiyası)  tərəfindən verilir.  
Bu cür kitabçalar ingilis və rus dillərində çap olunan birinci kəsilməyən sarı vərəqi 
çıxmaq şərti ilə fransız dilində çap olunur. 


104 
 
BYD  prosedurasına  əməl  olunmaqla  malların  gömrük  nəzarəti  altında  Az  R-na 
çatdırılması  və  tranziti  zamanı  zəmanət  assosiasiyası  –  Az  Beynəlxalq  Avtomobil 
Daşıyıcıları Birliyi Assosiasiyasıdır. Zaminlik barədə müqaviləyə uyğun olaraq ABADA, Az R-
nın Qanunvericiliyi pozuldyğu halda daşıyıcılar tərəfindən ödənilməli olan gömrük rüsum 
və ya vergilərini ödəməlidir. 
6. Fiziki şəxslər Azərbaycan Respublikasının gömrük sərhədindən keçərkən: 
Fiziki  şəxslər  tərəfindən  istehsal  və  kommersiya  məqsədləri  üçün  nəzərdə 
tutulmayan  mallar,  o  cümlədən  dövlət  orqanlarının  nəzarət  siyahılarına  aid  edilməyən 
mallar sadələşdirilmiş qaydada bəyan edilir. Fiziki şəxslər tərəfindən gömrük sərhədindən 
keçirilən  malların  təyinatı  fiziki  şəxsin  səfərinin  bütün  halları  nəzərə  alınmaqla,  malların 
gömrük sərhədindən fiziki şəxsin və 
onun  ailə  üzvlərinin  şəxsi  istifadəsi  və  istehlakı  məqsədləri  üçün  keçirildiyi 
yəqinləşdirilməklə,  onların  xassələri,  miqdarı,  habelə  sərhəddən  keçirilməsinin 
mütəmadiliyi əsasında gömrük orqanları tərəfindən müəyyən edilir. 
Sadələşdirilmiş  qaydada  bəyanetmə  yaşıl  kanaldan  istifadə  etməklə  yazılı 
bəyannamə təqdim edilməməyi nəzərdə tutur. Sadələşdirilmiş qaydada bəyanetmə fiziki 
şəxslər tərəfindən müşayiət olunan baqajda və əl yükündə keçirilən mallara şamil edilir, o 
şərtlə ki: 
-  Azərbaycan  Respublikasının  gömrük  sərhədindən  keçirilən  malların  miqdarı  və 
dəyəri (müşayiət olunmayan baqajlar istisna olmaqla) həmin  malların gömrük ödənişləri 
alınmadan keçirilməsinə yol verilən miqdar və dəyərindən artıq olmasın; 
- həmin mallara qadağalar və ya məhdudiyyətlər qoyulmasın; 
- Gömrük ödənişlərinə cəlb olunan mallar olduqda isə həmin mallar yazılı formada 
bəyan edilməli və “Qırmızı kanal”dan istifadə edilməlidir . 
Fiziki  şəxslər  tərəfindən  Azərbaycan  Respublikasının  gömrük  sərhədindən 
keçirilən  əşyalar  sərhəd  keçid  məntəqələrində  gömrük  orqanlarına  bəyan  edilir. 
Bəyannamə Azərbaycan, ingilis, rus dillərində doldurulur, gömrük orqanının icazəsi ilə isə 
gömrük orqanının vəzifəli şəxsinin bildiyi başqa dillərdə də doldurula bilər. Bəyannamə 16 
yaşına çatmış fiziki şəxs tərəfindən doldurulur. 16 yaşına çatmamış fiziki şəxslərin malları 
haqqında  məlumat  onları  müşayiət  edən  şəxslərin  bəyannaməsində  göstərilir. 
Bəyannamədə mallar haqqında məlumatlar öz əksini tapmalıdır. 


105 
 
Fiziki  şəxslər  istehsal  və  kommersiya  məqsədləri  üçün  nəzərdə  tutulmayan 
aşağıdakı  malları  gömrük  ödənişləri  ödəmədən  Azərbaycan  Respublikasının  gömrük 
sərhədindən keçirə bilərlər: 
-  səfər  zamanı  fiziki  şəxsin  zəruri  ehtiyaclarının  ödənilməsi  üçün  nəzərdə  tutulan 
şəxsi əşyalar; 
- ümumi gömrük dəyəri 1500 ABŞ dolları ekvivalenti məbləğindən (müşayiət edilən 
hər  bir  yetkinlik  yaşına  çatmamış  fiziki  şəxsə  görə  əlavə  500  ABŞ  dolları  ekvivalenti 
məbləğindən) artıq olmayan mallar; 
- gömrük ərazisindən aparılan mallar; 
- beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına 
30  (otuz)  gün  müddətində  ümumi  gömrük  dəyəri  1000  ABŞ  dollar  ekvivalenti 
məbləğindən artıq olmayan gömrük ərazisinə gətirilən mallar; 
- beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə gömrük ərazisindən 
göndərilən mallar; 

avtomobilin  konstruksiyasında  nəzərdə  tutulmuş  yanacaq  bakının  tutumu 
həcmində yanacaq; 
- Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçməyən dərman vasitələri 
də daxil olmaqla, şəxsi istifadə üçün zəruri olan miqdarda dərman vasitələri; 

müvəqqəti  qalma  müddətində,  istehsal  və  kommersiya  məqsədləri  üçün  idxal 
olunmuş  istənilən  mal  istisna  olmaqla,  mədəniyyət,  turizm,  idman,  peşəkar  görüşlər, 
səhiyyə,  tədris  və  sair  məqsədlərlə  səyahətin  bütün  şərtləri  nəzərə  alınmaqla,  səyahət 
boyu xarici səyahətçinin şəxsi istifadəsi üçün müvəqqəti keçirilən mallar; 
- Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş qaydada açılmış 
vərəsəlik  (наследник)  hüququ  əsasında  əldə  edilmiş  əşyalar  (müvafiq  təsdiqedici  sənəd 
təqdim edilməklə); 

18 yaşına çatmış hər bir fiziki şəxs tərəfindən şəxsi istifadə  üçün keçirilən 3 litr 
alkoqollu içki və 600 ədəd siqaret; 
- 10 kiloqrama qədər ərzaq məhsulları (nərə cinsli balıq istisna olmaqla); 

125 qrama qədər nərə cinsli balıq kürüsü (икра); 


Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə