Gömrük işi Hazırladı: L. M. Hüseynova



Yüklə 1,26 Mb.
Pdf görüntüsü
səhifə31/76
tarix01.09.2018
ölçüsü1,26 Mb.
#66190
1   ...   27   28   29   30   31   32   33   34   ...   76

97 
 
gömrük  ödənclərinin  ödənməsi  sərbəst  dövriyyə  üçün  buraxılış  və  ya  ixrac  gömrük 
prosedurunda tələb olunan məbləğdə gömrük daşıyıcısına həvalə olunur. 
 
 
3. Gömrük rəsmiləşdirilməsinin güzəştli və sadələşdirilmiş qaydası (111) 
Az  gömrük  sərhədindən  keçirilən  malların  ayrı-ayrı  kateqoriyalarının  gömrük 
rəsmiləşdirilməsi sadələşdirilmiş formada və prioritet qaydada aparıla bilər. 
Təbii fəlakətlər və digər fövqəladə hallar zamanı zəruri olan malların və nəqliyyat 
vasitələrinin,  canlı  heyvanların,  tez    xarab  olan  malların,  radioaktiv  maddələrin,  kütləvi 
informasiya  məqsədləri  üçün  materialların,  Azərbaycan  Respublikasının  qanunvericilik, 
icra  və  məhkəmə  hakimiyyəti  orqanlarının,  Azərbaycan  Respublikası  Mərkəzi  Bankının 
ünvanlarına  göndərilən  və  bu  qəbildən  olan  başqa  malların  gömrük  rəsmiləşdirilməsi 
güzəştli və sadələşdirilmiş qaydada həyata keçirilir. 
Gömrük  Məcəllənin  111.1-ci  maddəsində  göstərilən  hallarda  gömrük 
rəsmiləşdirilməsinin güzəştli və sadələşdirilmiş qaydasını müvafiq icra hakimiyyəti orqanı 
müəyyən edir.  
Təbii  fəlakət  zonalarında  zərər  çəkmiş    əhaliyə  yardım  göstərilməsi  üçün 
göndərilən  ərzaq məhsulları,  mallar və   nəqliyyat vasitələri, habelə müvafiq orqanların 
təbii    fəlakətin  nəticələrinin  ləğvi  ilə  məşğul  olan  şəxsi  heyəti  üçün  nəzərdə  tutulmuş  
avadanlıq,  xüsusi  nəqliyyat  vasitələri,  ehtiyat  hissələri,  şəxsi    əşyalar  və  digər  mallar 
yardım yükü hesab olunur.  
Yardım  yüklərinin  gömrük  rəsmiləşdirilməsi  Gömrük  Məcəllədə  nəzərdə  tutulan 
sadələşdirilmiş  bəyannamələrdən    istifadə  olunmaqla  aparılır.  Yardım  yüklərinə  ticarət 
siyasəti tədbirləri, qadağa və məhdudiyyətlər, həmçinin gömrük ödənişləri tətbiq edilmir.  
Belə  malların  rəsmiləşdirilməsinin  prioritetliyi  –  gömrük  orqanlarına  təqdim 
edildikdən sonra həmin malların birinci növbədə rəsmiləşdirilməsi deməkdir. 
Sadələşdirilmiş  qayda  mal  müşayiət,  nəqliyyat  və  digər  sənədlərin  –  (əgər  bu 
sənədlərdə  daşıyıcının,  mal  göndərən  və  alan  şəxslərin  barəsində  və  həmcinin  malların 
özünün  adı,  mənşəyi,  miqdarı  və  dəyəri  barədə  məlumatlar  varsa),  gömrük  orqanlarına 
təqdim edilməsi ilə malların bəyan edilməsinə yol verir. 


98 
 
Əgər  gömrük  orqanlarında  malların  başqa  adla,  saxta  sənədlərlə  keçirilməsini, 
təqdim edilən sənədlərin lazım olan məlumatları əks etdirmədiyini güman etməyə kifayət 
qədər əsas varsa, onlar deklarantdan çatışmayan məlumatları əks etdirən əlavə sənədlər 
tələb  edə  bilərlər.  Sadələşdirilmiş  qayda  deklaranta  xeyli  vaxta  qənaət  etməyə  imkan 
verir. 
Gömrük  rəsmiləşdirilməsində  ilkin  əməliyyatlar  mal  və  nəqliyyat  vasitələrinin 
gömrük  rəsmiləşdirilməsinin  asanlaşdırılması  və  sürətləndirilməsi  məqsədi  ilə  aparılır. 
Onlar  əsas  gömrük  rəsmiləşdirilməsi  icraatına  qədər  aparılır  və  hazırlıq  mərhələsi  hesab 
edilir. 
Ilkin əməliyyatlar gömrük sərhədinə Az ərazisinə gətirilməsi qadağan edilmiş mal 
və  nəqliyyat  vasitələrinin  keçirilməsindən  müdafiə  edilməsini  təmin  edir.  Bu  mərhələdə 
mallar gömrük məqsədləri üçün identifikasiya edilir. 
Ilkin əməliyyatlara aşağıdakılar aiddir: 
-  Az  R-nın  gömrük  sərhədindən  kecmə  barədə  və  ya  malların,  nəqliyyat 
vasitələrinin  gömrük  ərazisindən  kənara  aparılması  niyyəti  barədə  Az  R-sı  gömrük 
orqanlarına məlumat verilməsi; 
-  malların,  nəqliyyat  vasitələrini  və  onlara  aid  sənədlərin  gömrük  orqanının 
müəyyən etdiyi yerlərə çatdırılması; 
-  mallar və nəqliyyat vasitələrini çatdırıldığı yerlərdə gömrük nəzarətinə təqdim 
edilməsi. 
Bir  qayda  olaraq,  yalnız  faktiki  gömrük  ərazisinə  daxil  olmuş  yüklər  bəyan 
edilməlidir. Deklarant mal göndərişinin bir hissəsini – hətta bu hissə tam göndərişin digər 
hissələri ilə bir vaxtda və eyni xarici ticarət müqavilə əsasında göndərilmiş və ünvana tez 
çatmış olsa belə, gömrük rəsmiləşdirilməsinə elan edə bilməz. 
Helə  gəlib  çatmamış  malların  bəyan  edilməsini  istisna  etmək  məqsədi  ilə  yüklərin 
gömrük  rəsmiləşdirilməsinin  ilkin  əməliyyatlarına  mal  və  nəqliyyat  vasitələrinin  gömrük 
nəzarətinə təqdim edilməsi prosedurası daxil edilir. Belə təqdim etmə daşıyıcı tərəfindən 
malların  və  nəqliyyat  vasitələrinin  catdırıldığı  barədə  gömrük  orqanlarının  xəbərdar 
edilməsi  ilə  ifadə  olunur.  Iş  vaxtından  sonra  gəlmiş  mal  və  nəqliyyat  vasitələri  gömrük 
nəzarəti zonasında yerləşdirilməlidir. 
Mal  və  nəqliyyat  vasitələri    gömrük  orqanına  təqdim  edildiyi  andan  buraxılana 
qədər gömrük nəzarəti altında müvəqqəti saxlancda qalır. 


99 
 
Malların  və  nəqliyyat  vasitələrinin  nəzarətsiz  qoyulması,  ilkin  yerlərinin 
dəyişdirilməsi,  yüklənməsi,  boşaldılması,  qablaşdırmalların  açılması  və  yenidən 
qablaşdırma,  eyniləşdirmə  vasitələrinin  dəyişdirilməsi  və  məhv  edilməsi,  sərnişinlərin 
düşürülməsi kimi əməliyyatlar yalnış Az R-sı gömrük orqanlarının icazəsi ilə aparıla bilər. 
Bir  qayda  olaraq,  gömrük  rəsmiləşdirilməsi  mərhələsində  yüklər  bağlı  nəqliyyat 
vasitələri ilə daşınmalıdır. Ağır yüklü və iriqabaritli yüklər və topa daşınan (ğum, çınqıl və 
s.)  yüklər  açıq  nəqliyyat  vasitələrində  daşına  bilər.  Belə  hallarda  gömrük  orqanı  bu 
malların dəyişdirilməsinə imkan verməmək üçün lazımi tədbirlər görməlidir.    
                                
 
4.  Malların  gömrük  nəzarəti  altında  daşınması  zamanı  gömrük  orqaları  mövcüd 
qanunvericiliyə riayət olunmasını təmin etmək üçün bütün lazımı tədbirləri görməlidirlər. 
Bu  tədbirlər  mal  və  nəqliyyat  vasitələrinin  qorunmasına  zəmanət  verməli,  malların  əsas 
keyfiyyət və kəmiyyət xarakteristikalarının dəyişilməz qalmasını, nəhayət gömrük nəzarəti 
altında  daşınan  mallara  münasibətdə  hər  hansı  qeyri-qanuni  hərəkətlərin  qarşısının 
alınmasını təmin etməlidir. 
Gömrük  orqanları  gömrük  nəzarəti  altında  malların  daşınmasının  marşrut  və 
müddətlərini müəyyən etmək hüququna malikdirlər. Daşınma müddətlərini təyin edərkən 
gömrük  orqanı  adi  halda  yerinə  çatdırma  müddətlərini,  konkret  nəqliyyat  növünün 
imkanları, seçilmiş marşrut və digər daşınma şərtlərini nəzərə almaqla qərar qəbul edir. 
Yüklərin gömrük nəzarəti altında daşınması zamanı qanunvericiliyə riayət edilməsi 
məqsədi ilə görülən əsas tədbirlər aşağdakılardır: 
-  gömrük müşayiəti; 
-  gömrük daşıyıcısının xidmətlərindən istifadə edilməsi; 
-  nəqliyyat  vasitələrinin  müəyyən  olunmuş  qaydada  təchiz  edilməsi  üzrə  təşkilat-texniki 
tədbirlət kompleksi. 
Gömrük  müşayiəti  dedikdə,  mal  və  nəqliyyat  vasitələrinin  gömrük 
rəsmiləşdirilməsi  mərhələsində  elə  daşınma  üsulu  başa  düşülür  ki,  bilavasitə  gömrük 
əməkdaşları tərəfindən müşayiəti olunur. 
Gömrük  müşayiəti  daşınılan  yüklərin  yüksək  qorunma  dərəcəsinə  və  gömrük 
qanunvericiliyinə riayət olunmasına zəmanət verir. Bu tədbirin istifadə edilməsi nəqliyyat 
xətclərinin  artmasına,  gömrük  kadrlarının  digər  işlərdən  ayrılması  və  bu  səbəbdən 


Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə