88
olması barədə elmdə mövcud olan mülahizədir. Elə buradaca qeyd edək ki,
tanqutları öz dilini dəyişmiş monqol, yaxud türk xalqı hesab edən tədqiqatçılar da
var. Tibet əlifbasının tanqut yazısı ilə qarışıq salınmasının əsas səbəblərindən biri
tanqut yazısı haqqında məlumatın azlığı, eləcə də tanqutşünaslığın zəif inkişaf
etməsidir. Buna görə də tanqut yazısı haqqında qısa məlumat verməyi
məqsədəuyğun hesab edirik.
Tanqutlar, yaxud si sya xalqı tibetlilərə qohum olan bir xalqdır. Tanqutların
X-XIII əsrlərdə Çinin şimal-qərbində (indiki Qansu vilayətində) müstəqil
dövlətləri
də olmuşdur. Tanqut dövlətinə 1227-ci ildə Çingiz xan son qoymuşdur. Onların
yaratdığı yazı da si sya yazısı adlanır. Tanqut yazısından 1036-cı ildə Tanqut
imperatoru Li Yuan Xaonun (1032-1048) fərmanı ilə istifadəyə başlanılmışdır.
Yazı qısa müddət ərzində tanqut alimi Yeli Jen-yun tərəfindən, yaxud onun
rəhbərliyi altında hazırlanmışdır (15, s. 249-252). Bu yazı ilə yazılmış son mətn
XVI əsrin sonu-XVII əsrin əvvəllərinə aid olunur. Tanqut yazısının tədrisi
məqsədilə dövlət məktəbləri açılmışdır. Tanqut dövləti daxilində rəsmi kargüzarlıq
işləri tanqut yazısı ilə aparılmışdır. Bununla yanaşı, diplomatik sənədlər tanqut
dilində tanqut yazısı ilə, Çin dilində Çin yazısı ilə tərtib olunurdu. Buddizmə aid
bütün əsərlər Tibet və Çin dillərindən tanqut dilinə tərcümə olunmuş və
ksiloqrafiya üsulu ilə böyük tirajla çap olunmuşdur
Azərbaycan
toponimiyasında tanqutların izi qorunmaqdadır. Qax
rayonundakı Tanğıt kənd adı bunu aydın şəkildə göstərir. Azərbaycanın digər
bölgələrində bu adda toponim müşahidə olunmur. Tanğıt kəndi Qıpçaq kəndinin
yaxınlığında yerləşir. Güman etmək olar ki, tanqutlar Azərbaycana monqolların
tərkibində, yaxud monqol istilası zamanı qıpçaqlarla birgə gəlmişlər. Qax
rayonunda Qıpçaq və Tanğıt kəndlərinin qonşu olması bu mülahizəni daha
inandırıcı edir.
Bir sıra tarixi mənbələrdə, məsələn, run əlifbası ilə yazılmış Bilgə xaqan
abidəsində, eləcə də M.Kaşğarinin “Divanu luğat-it-türk” əsərində bu adda
etnonim qeydə alınmışdır. Bilgə xaqan (716-734) özünün hərbi səfərlərindən
danışarkən tanqutların da adını çəkir:
Yeti yegirmi yaşıma tanqut tapa sülədim.
Tanqut bodunığ bozdum, oğlın, yotazın, yılkısın, barımın anta altım “On yeddi
yaşımda tanqutlara qarşı qoşun çəkdim. Tanqut xalqını məğlub etdim, oğullarını,
qız-gəlinlərini, ilxılarını, var-dövlətlərini o vaxt aldım” (BXş, 24) (1, I, s. 335).
M.Kaşğariyə görə, tanqutlar Çinin şimal-qərb ərazilərində yaşamış tayfalardan
biridir. Böyük alim onların türk mənşəli olduğunu, lakin öz köklərini ərəblərlə
bağladıqlarını da “Divan”ında qeyd edir (4, I, s. 28-29, 307; 4, III, s. 138, 325, 327,
362). Qədim türk onomastikasını araşdıran Ə.A.Quliyev tanqut etnonimi barəsində
yazır: “M.Kaşğari “Divan”da bir neçə yerdə tanqutlardan bəhs etmiş, onların Çin
yaxınında oturan bir türk boyu olduğunu yazmışdır. Görünür müəllifin 1028-də
tanqutlarla monqollar arasında baş vermiş qanlı müharibədən xəbəri olmuş, ona
görə əsərində tanqutların bu döyüşlərdəki igidliklərini vəsf edən bir neçə şeir
parçası da vermişdir” (3, s. 87). Azərbaycan tarixinə aid mənbələrdə bu bölgədə