94
ƏDƏBİYYAT
1.
Rəcəbli Ə. Qədim türk yazısı abidələri, I-II c., Göytürk yazısı abidələri, Bakı,
“Nurlan”, 2009.
2.
Qıpçaq M. Söz aləminə səyahət, Bakı, Bakı Universiteti nəşriyyatı, 2002.
3.
Quliyev Ə.A. Əski türk onomastik sözlüyü, Bakı, “Elm”, 1999.
4.
Atalay B. Divanu luğat-it-türk tercümesi, I-III c., Ankara, 1986.
5.
Алмас Т. Уйгуры, т.2, Алма-Ата, 1994.
6.
Бартольд В.В. Туркестан в эпоху монгольского нашествия. // Бартольд В.В.
Сочинения, т. I, ч. М.: Издательство восточной литературы, 1963.
7.
Бартольд В.В. Очерк истории Семиречья. // Бартольд В.В. Сочинения, т. II, ч.
1, М.: Издательство восточной литературы, 1963.
8.
Бернштам А.Н. Новые эпиграфические находки из Семиречья. // Эпиграфика
Востока, вып. 2, М.-Л.: 1948.
9.
Бичелдей К.А.80 лет тувинской письменности: становление, развитие,
перспективы. // http://www.tuva.asia
10.
Джумагулов Ч. Эпиграфика Киргизии, вып. 3, Фрунзе: Издательство
«Илим», 1983.
11.
Исиев К. Письменность уйгуров. http://the uighurs.tripod.com
12.
Комарова И.Н. Тибетское письмо, М., Наука, 1995.
13.
Конрад Н.И. О тангутском языке и тангутской письменности. // Вопросы
языкознания, 1961, №3.
14.
Кычанов Е. И. К изучению структуры тангутской письменности // Краткие
сообщения Института народов Азии, №68. Языкознание. М., «Наука», 1964.
15.
Кычанов Е. И. Очерк истории тангутского государства. М.: «Наука», 1968.
95
16.
Кычанов Е. И. «Крупинки золота на ладони» — пособие для изучения
тангутской письменности. // Жанры и стили литератур Китая и Кореи.
Сборник статей. М., «Наука», 1969.
17.
Кычанов Е. И. Тангутское письмо в истолковании самих тангутов. //
Разыскания по общему и китайскому языкознанию. М.: «Наука», 1980.
18.
Левин Г.Г. Рунические надписи Тибета. http://www.kyrgyz.ru/
19.
Малов С.Е. Язык желтых уйгуров. Словарь. Грамматика, Алма-Ата, 1957.
20.
Море письмен. Факсимиле тангутских ксилографов. (Пер. с тангутского,
вступительные статьи и приложения К. Б. Кепинг, В. С. Колоколова, Е. И.
Кычанова и А. П. Терентьева-Катанского). Ч. 1-2. М., Наука, 1969.
21.
Невский Н. А. Тангутская филология: Исследования и словарь. В двух
книгах. Кн. 1-2. М., 1960.
22.
Софронов М. В. Грамматика тангутского языка. Т. I-II. Материалы для
фонетической реконструкции. М., «Наука», 1968.
23.
Софронов М. В., Кычанов Е. И. Исследования по фонетике тангутского
языка. (Предварительные результаты). М., 1963.
24.
Таши М. История и использование различных видов тибетского письма. //
http://calligraphy-expo.com
25.
Тенишев Э.Р. Строй сарыг-югурского языка, М., Наука, 1976.
26.
Тенишев Э.Р., Тодаева Б.Х. Язык желтых уйгуров, М., 1966.
27.
Торчинов Е.А. Религии мира: опыт за предельного. Психотехника и
трансперсональные состояния, СПб., Азбука-Классика, 2005.
28.
Тубтен Л., Бавуу-Сюрюн М. В. Использование, бытование тибетского
письма в Туве. // Становление и развитие науки в Туве. Часть 1. Кызыл,
2000.
29.
Faulman C. Yazı Kitabı. Tüm Yerkürenin, Tüm Zamanların Yazı Göstergeleri ve
Alfabeleri, İstanbul, 2005.
30.
Kychanov E. I. Tangut // The World's Writing Systems ( Edited by Peter T.
Daniels, William Bright), New York, Oxford University Press, 1996.
31.
Laufer B. The Si-hia Language.A Study in Indo-Chinese Philology // T’oung Pao,
Second Series, Vol. 17, № 1.
Məhərrəm Məmmədli
AZƏRBAYCAN VƏ KRIM-TATAR DİLLƏRİNİN ORTAQ
XÜSUSİYYƏTLƏRİ
Krım-tatar dili qədim tarixə, zəngin fonetik, qrammatik quruluşa və luğət
tər-kibinə malik müasir türk ədəbi dillərindən biridir. Krım-tatarları hazırda Krım
ya-rımadasında (248.200), Özbəkistan(150.000), Türkiyə( 500.000), Rusiya
(100.000) Ruminiya ( 24.137) və Bolqarıstanda (1.803)məskunlaşmışlar. Son
statistik məlu- matlara gorə, Türkiyədə Krım tatrlarının sayı 3-4 milyona yaxındır.
Məmmədli Məhərrəm – Bakı Dövlət Universitetinin professoru, filologiya üzrə elmlər
doktoru.
96
Bu dilin tədqiqinə XX yüzilliyin əvvəllərindən başlanmışdır. Krım-tatar
dilinin
qrammatikasını ilk dəfə İ.Qaspıralı yazmışdır. Türkoloqlardan
A.Samoyloviç, B.Boqoroditski, B.Çobanzadə və b. bu dilin tədqiqi ilə məşğul
olmuşlar.
Krım-tatar dilində 1928-ci ilə qədər ərəb əlifbasından, 1928-1938-ci illərdə
latın əlifbasından, 1939-cu ildən hal-hazıra kimi rus qrafikalı əlifbadan istifadə olu-
nur. Krım yarımadasında yaşayan tatarlar 1992-ci ildə yenidən latın əlifbasına
kecmək barədə qərar qəbul etmişlər. Yeni əlifbada 31 hərf vardır. Bunlardan 8-i
saitləri, 23-u samit səsləri ifadə edir. Kiril əlifbasından fərqli olaraq, burada ё, ц,
дж, щ, ь, э, ю, я hərf və işarələri əlifbadan çıxarılmışdır. Latın qrafikalı əlifba
krım-tatar dilinin fonetik sisteminə uyğunlaşdırılmış, velyar ŋ və H(h) səslərinin
dildəki rolu nəzərə alınaraq, əlifbaya daxil edilmişdir.
Krım-tatar dilinin türk dilləri arasında mövqeyi türkoloqlar tərəfindən
müxtə- lif şəkildə müəyyənləşdirilmişdir. Coğrafi mövqeyinə və əsas dil
xüsusiyyətlərinə görə, V.V.Radlov, Y.Nemet, Q.Ramstedt, M.Rəsənin, L.Ligeti,
T.Banquoğlu və b. bu dili oğuz qrupuna – Azərbaycan dili ilə bir qrupa daxil
etmişlər. Türkoloqların əksəriyyəti, o cumlədən də N.A.Baskakov, V.Şott, T.Təkin,
Q.Menqes, F.Zeynalov və b. Krım-tatar dilini qıpçaq dillərinin sırasına aid edirlər.
Bu dilin əsasını qıpçaq-oğuz xüsusiyyətləri təşkil etsə də, karluq elementləri də
müəyyən yer tutur. Türko- logiyada oğuz xüsusiyyətlərinin Türkiyə türkcəsinin,
karlıq əlamətlərinin özbək dilinin təsiri ilə sonradan yaranması ilə bağlı fikirlər
söylənilir.
Mübahisələrin meydana çıxmasının əsas səbəbi Krım tatar xalqının
etnogene- zisində müxtəlif tayfaların iştirakı ilə bağlıdır. Qara dənizin şimal sahili
boyunca Krımın ən qədim sakinləri yeni eradan əvvəl XI yüzillikdən başlayaraq
tavr və kimmer tayfaları olmuşdur. Kimmerlər e.ə X yüzillikdən VIII yüzilliyin ilk
yarısına qədər İdil çayından Qara dənizin şimalına doğru geniş bir ərazidə-
Kimmeriyada yaşamışlar. E.ə. VIII yüzillikdə Kimmeriya sakaların nəzarətinə
keçir və kimmerlər Qafqaza , Şərqi Anadoluya miqrasiya edirlər. Onların mənşəyi
barədə müxtəlif fikirlər vardır; Hind –Avropa, İran və türk mənşəli olması barədə
mübahisələr mövcuddur. Türkologiyada kimmerlərin türk mənşəli olması fikri
daha çox müdafiə olunur. Məşhur türk tarixçisi Taner Tarhan yazır: “ Kimmerlər
və iskitlər eski çağdakı Türk Kültur Tarihinin daha genel bir deyilse de Milli Tarihi
mizin ilk temsilçileridir. Böyük tarixçi Prokopius kimmerləri bulqarların atası
olaraq göstərir( 11.) E.ə.VII yüzillikdə iskitlər Krıma axın etmiş, min ilə yaxın
hakimiyyətdə qalmışlar. Bu bölgə e.ə. III yüzillikdə german mənşəli qotların, II
yüzillikdə isə sarmat və alanların istilasına məruz qalmışlar. Həmin dövrlərdə
yunanlar və italyanlar da Krımın sahillərində düşərgələr qurmuşlar.
Y.e. IV yüzilliyində hunlar Krımı ələ keçirmişlər. Bu dövrdən başlayaraq
göytürklər, onoqurlar, kuturqurlar yarımadanı yurd yeri seçmişlər. VII yüzillikdə
xəzərlər bölgəyə hakim olmuşlar. Türk tayfalarından olan peçeneqlər X yüzillikdə
Qara dənizin şimalında möhkəmlənərək Balkanlara doğru irəliləmişlər. Peçeneqlər
Dostları ilə paylaş: |