99
dillərində geniş areala malikdir. Lakin bu xüsusiyyət türk, türkmən, uyğur və öz-
bək dillərində də mövcuddur.
Hal kateqoriyasında yiyəlik və təsirlik hallarda yalnız tam formaların (
-nin,
-ni
2
), yönlük-istiqamət halında
-qa, -ka formalarının, yerlik və cıxışlıq hallarda kar
variantlı şəkilçilərin işlənməsi qıpçaq xüsusiyyətlərinin üstünlüyünü gostərir.
Mənsubiyyət kateqoriyasının qrammatik vasitələri oğuz dilləri ilə eyniyyət
təşkil edir; məs:
babam, baban, babası, babamız, babanız, babası//babaları və s.
Mənsubiyyətin analitik forması da bu dildə müşahidə olunur; məs.:
sizin koy, bizim
adam, sizin balalar və s. Bu xüsusiyyət Azərbaycan danışıq dilində məhdud
dairədə (bizim küçə, sizin məhəllə), Dərbənd, Balakən, Qax, Cəlilabad, Lerik, Şəki
və Təbriz şivələrində geniş yayılmışdır.
Bu, türk dillərinə xas olan qədim xüsusiyyətdir. Qədim yazılı abidələrdə-
Orxon-Yenisey kitabələrində (bizin su, menin er), «Dədə Qorqud kitabı»nda ( bi-
zim el), M.Kaşğarinin «Divanı»nda (bizin ev) da işlənmiş, muasir dovrdə karaiim,
qaqauz, qumuq, başqırd, cuvaş, xakas, türk, qaracay-balkar və türkmən dilinin dia-
lektlərində I və II şəxslərdə mühafizə olunmuşdur.
Mənsubiyyət şəkilcili isimlərin hallanması oğuz dillərinə uyğun şəkildə
mey-dana cıxır. Oğuz dillərində, eləcə də Azərbaycan dilindəki hallanma forması
eynidir; məs.: babamın, babama, babamı, babamda, babamdan və s. Krım-tatar
dilində oğuz dillərində olduğu kimi, III şəxsdə bitişdirici ŋ ünsüründən istifadə
olunur: babasında, babasından və s. Karluq dilləri istisna olmaqla, digər müasir
türk dillərində və onların şivələrində mənsubiyyətli hallanmada məkani hallardan
əvvəl
- ŋ ünsürü işlənir. Bu xüsusiyyət tarixən Orxon-Yenisey (oğlınta, yaşına),
uyğur yazılı abidələrində (tenqri oğlanınqa), M.Kaşğarinin «Divanı»nda (közinde,
oğlundan) və digər yazılı abidələrdə mövcud olmuş, müasir dövrdə hər iki ədəbi
dildə normalaşmışdır.
Hər iki dildə üçüncü şəxs mənsubiyyət şəkilçili isimlər təsirlik halda ‐n
şəkil-çisi qəbul edir; məs.: anasın, kardaşın, aşın «yeməyin» (krım-tatar), atasın,
babasın, başın, nəvəsin (Azərb.) Bu xususiyyət Azərbaycan ədəbi dilində deyil,
danışıq dilində və şivələrin əksəriyyətində geniş fəallığa malikdir. Türkoloji
ədəbiyyatda
- ŋ şəkilcisi təsirlik halın qədim forması hesab olunur. Hazırda qıpcaq
dillərində, Tuva, sarı uyğur, şor dillərində və Qaraqalpaq, türkmən, qumuq, türk
dillərinin dialektlərində tarixi işləkliyini saxlamışdır. Yazılı mənbələrin və müasir
şivələrin materiallarından aydın olur ki, qədim -
in
2
şəkilçisi tarixən yiyəlik və
təsirlik halla- rın funksiyasını yerinə yetirmişdir. Hal formalarının
diferensiallaşması prosesində
- ŋ şəkilcisi təsirlik halı bildirmək funksiyasını bəzi
ədəbi
dillərdə itirmiş, şivələrdə fəallığını saxlamışdır.
Azərbaycan dilindən fərqli olaraq, Krım-tatar dilində qrammatik şəkilçilərin
əksəriyyəti ikivariantlıdır. Şəkilçilərin damaq variantı dodaq variantının mövqeyin-
də işlənir. Bəzi şəkilçilərin damaq variantının üstünlüyü (hal, mənsubiyyət və şəxs
şəkilçilərində) şimal-şərq ləhcəsi üçün səciyyəvidir.
100
Krım-tatar və Azərbaycan dillərində əvəzliyin məna növləri forma və
seman- tik baxımdan oxşardır: şəxs əvəzlikləri (men, sen, o, biz, siz, olar), işarə
(bu, o, şu, mına, anna «ona», mınavi
təyini (er, alay, bytun, cumle, er er bir), qeyri-muəyyən (
biri, birevi, bir kimse,
kimdir, nedir, bazı, kimi, kimisi), inkar (ic, ic kimse// ic birisi// ic kimse, ic bir şey),
sual (kim, ne, neday, anqi, kaysi) və s. Şəxs əvəzlikləri hallanarkən Azərbaycan
ədəbi dili və şivələri ilə oxşar formalar özünü göstərir. Birinci şəxs əvəzlikləri
yiyəlik halda
mənim, bizim şəklində, yönlük halda
mana// bana, sana, ona
formalarında işlənir. Krım-tatar dilinin cənub dialektində şəxs əvəzlikləri yönlük
halda
ma:, sa:, şimal dialektində
maqa, saqa, oqa şəklində istifadə olunur.
Əvəzliyin bu formaları Azərbaycan dilinin qərb ləhcəsində, şimal-qərb şivələrində
(ma:, sa:), Zaqatala, Qax və ayrım şivələrində (maqa, saqa) muşahidə olunur.
Krım-tatar dilinin cənub şivələrində
bu, u, «o» işarə əvəzlikləri
abu<
ha bu,
avu<
ha u şəklində təzahur edir.
Abu əvəzliyi «Azərbaycan dilinin şimal-qərb,
Dərbənd və Tabasaran şivələrində habu//habı//havı//havu variantlarında cox
yaxındakı, gözlə görünə bilən varlığı göstərmək, nişan vermək üçün işlədilməklə
bərabər, ondan haqqında danışılan və gələcəkdə olacaq hadisəni, əşyanı, varlığı,
əlaməti və s. bildirmək üçün istifadə edilir. Məsələn: habu meniŋ qız mağa cox ko-
mak eliyir (6, 93).
Azərbaycan dilində olduğu kimi, Krım –tatar dilində də inkar feillər-
ma
2
şəkilçisinin vasitəsilə, bacarıq feilləri-
a,e feili bağlama şəkilçisi ilə
bil feilinin
köməyi ilə əmələ gəlir; məs.:
ata bil, ala bil və s. Bacarıq feillərinin inkarı –
alma,
-ama, -
eme feilləri
ilə duzəlir; məs.: atalma// atama, alama və s.
Şəxs şəkilciləri iki şəkildə təzahür edir: 1) feilin şühudi kecmiş zamanı və
şərt şəkli ilə işlənənlər:
aldım, aldın, aldı, aldık. aldız, aldılar; 2) feilin digər
şəkillərində işlənənlər:
alırım, alırsın, alır, alırmız, alırsız// alırsınız, alırlar və s.
Göründüyü kimi, Azərbaycan dilindən fərqli olaraq, Krım-tatar dilində II
şəxs təkdə -
sın
2
, I şəxs cəmdə -
mız
2
şəkilçiləri işlənir. Azərbaycan dilində və
şivələrində I şəxs cəmdə
-mız
2
şəkilçisi qeydə alınmamışdır, lakin tarixən yazılı
abidələrdə iki forma (-
q, -k və -
mız) işlənmişdir. XVIII yüzildən başlayaraq ədəbi
dildə
-q, -k şəkilçisi normalaşmışdır. II şəxs təkdə –sın şəkilçisi Gədəbəy və Qax
(İlisu kənd şivəsi) şivələrində fəal işlənməkdədir.
Turk dillərində II şəxs təkdə şəkilçinin həm acıq saitli, həm də qapalı saitli
variantları (
-san, -sın) mövcuddur. -
San şəkilçisi Qaraqalpaq, qumuq, Tuva, özbək,
uyğur dillərində, -
sın
4
forması isə müasir türk, qazax, karaim, qırğız, noqay və
Baraba tatarlarının dilində eyni vəzifə daşımaqdadır. Ümumtürk arealında –san
2
şəkilçisi ilə müqayisədə qapalı variant üstünlük təşkil edir. N.Hacıyeva -
sın
izoqlossunun innovasiya mərkəzinin Orta Asiya türklərinin yayıldığı zonanın olma
sı qənaətindədir (5, 178). Orta Asiyada özbək və Qaraqalpaq dilləri istisna ol-
maqla, oğuz və qıpçaq mənşəli türk dillərində –
sın şəkilçisi işlənir. Bu şəkilçinin
ayrılıqda oğuz və qıpçaq xüsusiyyəti olmasını müasir dil faktları ilə təsdiqləmək