103
şifahi şəkildə yayıldığı və bir neçə dəfə yazıya alındığı dövrlərin izlərini bətnində
yaşatmaqdadır. Bu dövrlər arasındakı tarixi - xronoloji sərhədlərin
müəyyənləşdirilməsi mətn üzərində çox dəqiq araşdırma tələb edir. Bütün bunlar
mətndəki söz və ifadələri inventarlaşdırmaq, onların fonetik, leksik və sintaktik
yükünü mətnin məzmunu ilə tarazlaşdırılmış şəkildə əlaqələndirmək zərurətini
ortaya çıxarır. Dastanın son illərdə S. Tezcan və H. Böhöten tərəfindən həyata
keçirilmiş nəşrində bu istiqamətdə müəyyən işlər görülsə də, vəziyyət heç də
istənilən və tələb olunan səviyyədə deyil. Həmin müəlliflərin nəşr etdikləri mətndə
bəzi uğurlu tapıntılar olmasına və çətin oxunan söz və ifadələrin yazılı abidələrdən
tapılıb müqayisəyə cəlb edilməsinə baxmayaraq o, ideal mətn olmaqdan xeyli
dərəcədə uzaqdır. Tərtibçilərin yalnız Oğuz dilləri materialları və yazılı abidələrinə
üstünlük vermələri başqa qaynaqlarda az rastlanan və ya heç rastlanmayan bəzi
nadir söz və ifadələri yanlış olaraq Oğuz abidələrində qeydə alınmış bənzər söz -
formalarla eyniləşdirmələri heç də həmişə uğurlu nəticə almağa imkan
verməmişdir; müəyyən hallarda onların təklif etdikləri oxunuş variantları vəziyyəti
düzəltmək əvəzinə daha da ağırlaşdırmış, necə deyərlər, “qaş düzəltdikləri yerdə
vurub gözünü də çıxarmışlar”. Buna görə də biz ümumi şəkildə göstərdiyimiz bu
tipli faktların bəziləri üzərində daha ətraflı dayanmağı məqsədəuyğun hesab etdik.
Qoşuluq
قلشوق “əlaqə, bağlılıq, qoşulma, bir araya gəlmə”: Av avlayu gəzər ikən
öñindən bir paralu keyik çıqdı. Buğanuñ ardından erdi, yay kirişin boynuna atdı.
Buğa acımışdı, kəndüyi bir yuca yerdən atdı. Bəkil at cılavısın yeñimədi, bilə uçdı.
Sağ uyluğı qayaya toqındı, sındı. Bəkil örü (mətndə: aru) turdı, ağladı, aydur: “Ulu
oğlum, ulu qardaşum yoq”. Haman bəlügindən gəz çıqarub atınuñ tərkilərini tartdı,
ordı
§§§§§§§
. Qaftanı altından bərk sardı. At var qüvvətilə [çapdı. Bəkil]
atınuñ
yelisinə düşdi. Avcılardan ayrı, dülbəndi boğazına keçdi. Ordusını ucına gəldi.
Oğlancuğı Əmrən bahadur atasına qarşu gəldı. Gördi bəñzi sararmış, dülbəndi
boğazına keçmiş.Yoldaşlarını sorub oğlan burada soylamış, görəlüm, xanım, nə
soylamış: “Qalqubanı yerüñdən turı gəldüñ / Yelisi qara qazılıq atın butun bindüñ /
Arquru yatan ala tağlar ətəginə ava varduñ / Qara tonlu kafirlərə uğraduñmı? / Ala
gözlü yıgıtlərüñ qırdırduñmı? / Ağız - dildən bir qaç kəlimə xəbər maña / Qara
başum qurban olsun, ağam, saña”, - dedi. Bəkil oğlına soylamış, görəlüm, xanım,
nə soylamış. Aydur: “Oğul, [oğul,] ay oğul! / Qalqubanı yerümdən turı gəldüm /
Qara tağlar öñinə ava bindüm / Qara tonlu kafirlərə uğramadum / Sağdur, əsəndir
yigitlərüm, oğul, qayurma / Üç gündür qoşuluğumمغلشوقyox / Oğul, at üzərindən
məni qap, döşəgümə çıqar” - dedi (D. 241 - 242). V. V. Bartold sözü quşluqkimi
oxumuş, “Уже три дня, как я не попадал в место охоты за птицами, сын”
şəklində rus dilinə çevirmişdir (6, 85).H. Araslı, O. Ş. Gökyay, M. Ergin, M. S.
§§§§§§§
Bütün nəşrlərdə urdı şəklində oxunmuşdur. Or - feli türkməncədə “kəsmək, biçmək”
mənası ifadə edir. Müasir Azərbaycan dilində işlənən oraq sözündə bu felin kökü qorunub
saxlanmışdır.
Bu sözləri mətnə biz əlavə etdik
104
Kaçalin bu parçadakıqoşuluğumsözünün yazılışında katib xətası olduğunu
düşünərək ona xoşluğum şəklində düzəliş vermiş, “hoşluk, iyilik, keyif, sıhhatte
bulunma” kimi mənalandırmışlar (15, 223; 12, II, 140; 17,148 ). S. Əlizadə
qoşluğumoxunuşunu seçərək müasir mətndə həmin sözün keçdiyi cümləni “Üç
gündür ki,əhvalım yox, xəstəyəm” kimi şərh etmişdir (13, 106, 204). Göründüyü
kimi, onun da şərhində xoşluq sözünün mənasına və dolayı yolla mətndə sözün
köçürülməsi zamanı xoşluqyerinə qoşluq şəklində yazılması məntiqinə əsaslanılır.
S. Tezcan və H. Böhöten sözü koşlığumşəklində transliterasiya edərək əlavə izahat
verməmiş (30, 159), S. Özçəlik isə koşluğum kimi oxuduğu qrafik kompleksi
xoşluğum sözünün fonetik variantı olaraq qiymətləndirmişdir (25, 129 - 130).
Verdiyimiz qısa icmaldan da göründüyü kimi, naşirlərin, demək olar ki, hamısı
cümlənin məzmununu Bəkilin özü haqqında, öz vəziyyəti barədə məlumat verməsi
faktı ilə bağlamışlar.Doğrudur, abidədə x ilə başlayan ərəb - fars mənşəli sözlərdə
x- > q- əvəzlənməsinə aid bir neçə nümunə vardır: xütbə > qütbə, xalı > qalı,
xalıça > qalıça. Buna görə də xoşluğum > koşluğum şəklindəki fonetik dəyişmə
etiraz doğurmur. Lakin مغلشوقqrafik kompleksininqoşuluğum kimi oxunması və
əvvəlki cümlənin (Sağdur, əsəndir yigitlərüm, oğul, qayurma ) məzmunu ilə
bağlanması mətnin qrammatik - məntiqi ovqatına daha çox uyğun görünür.
“Tarama sözlüğü”ndəqoşuluqقلشوق sözünə aid XVI əsrdə tərtib edilmiş “Babusül -
vasit” adlı ərəbcə - türkcə lüğətdən bir nümunə verilmişdir: Etba: Kimseye uyan
kişiler ve mâna murad olunan lâfızla koşuluk
قلشوق mânası olmayan elfaz (23, IV,
2672). Lüğətdə bu sözün mənası “bir araya gətirilmiş” şəklində verilsə də, bizcə,
“bir araya gətirilmə” olmalıdır.Sözün kökü qoş-“qoşmaq” felidir: qoş - + - u + -
luq>qoşuluq. V. V. Radlov lüğətində koşu“bir neçə hissədən təşkil edilmiş hər
hansı bir əşya”, koşuk“bir - birinə bağlanmış, qoşulmuş”,koşukluk“bağlılıq, əlaqə”
sözləri qeydə alınmışdır (26, II, 1, 640 - 641). Bunlara əsasən Üç
gündürqoşuluğumمغلشوقyoxcümləsinin məzmunu “Üç gündür igidlərimlə əlaqəm
yoxdur, onlardan ayrı düşmüşəm” kimi anlaşılmalıdır.
Yañal
لاکی “kənardakı, qıraqdakı”. Söz abidədə bir yerdə, Drezden nüsxəsinin
giriş hissəsində işlənmişdir; Vatikan nüsxəsində həmin sözün keçdiyi mətn parçası
ixtisar olunmuşdur:Yañal ala ev yanında dikilsə, gərdək görkli...(D. 7). Nəşrlərdə
لاکیqrafik kompleksi aşağıdakı şəkillərdə oxunmuşdur:
H. Araslı (1962): Bunar ala ev yanında tikilsə gərdək görklü (s.14); 1978 - ci
il nəşrində də eyni oxunuş təkrarlanmışdır.
Ş. Cəmşidov (1999): Yənal ələ ev yanında digilsə gərdək görklü...
O. Ş. Gökyay (2000): Yañal ala ev yanında dikilse gerdek görklü. Söz türk dili
dialektlərində işlənən yañal “parlak; kırmızı; bir tarafı kırmızı bir tarafı beyaz olan
meyve; akşam güneşinin taşlar üzerine vuruşu” leksik vahidi ilə eyniləşdirilir.
S. Özçəlik (2005): Yañal ala ev yanında dikilsə, gərdək görkli .
Mustafa S. Kaçalin (2006): Yanal ala ev yanında dikilse gerdek görklü.
Mətndə yanal sözünün mənası “alaca” şəklində göstərilmişdir.
Dostları ilə paylaş: |