101
cətindir. Bunu oğuz-qıpçaq dilinin qədim xüsusiyyəti kimi Orta Asiyadan yayıldığı
nı güman etmək olar.
Krım-tatar dilində I şəxs təkdə də şəxs əlamətinin qapalı variantının -
ım
işlən-məsinə rast gəlinir; məs.: alırım, yaşarım, değilim,
insanım və s. –ım şəkilçisi
Azərbaycan dilinin ayrım şivəsində I şəxs təkin əsas ifadə vasitəsidir. Bu şəkilçinin
işlənməsinə görə, Krım-tatar dili qaqauz, türk, türkmən və şor dilləri ilə bir qrupda
birləşir.
Şəxs şəkilçilərinin işlənməməsi Krım-tatar danışıq dilində qeydə alınmışdır:
men briqadir. Bu xüsusiyyət Azərbaycan dilinin Qax, Borcalı və Göycay (Potu
kənd şivəsi) şivələrində hər 3 şəxsdə özünü göstərir: men çoban, sen çoban, ho
çoban, biz çoban, siz çoban, holar çoban (Qax) və s. Şəxs şəkilçilərinin işlənməmə-
si turk dillərində Orxon-Yenisey dövrundən arxaikləşməyə başlasa da, muasir dövr
də tatar və qaqauz dillərində məhdud arealda, sarı-uyğur, salar dillərində və özbək
dilinin dialektlərində geniş yayılmışdır.
Apardırdığımız araşdırmalardan bir daha aydın olur ki, Krım-tatar dilinin
oğuz xüsusiyyətləri Azərbaycan ədəbi dili və ya şivələri ilə eyniyyət təşkil edir. Bu
xüsusiyyətlərin bir qismi tarixən Türkiyə türkcəsinin təsiri
ilə yaransa da, əksəriyyə
ti ta qədimdən hər iki dildə möhkəmlənmişdir. Bir sözlə, Krım-tatar dilinin forma-
laşmasında qıpcaq dilləri ilə yanaşı, oğuz dilləri də həlledici rol oynamışdır.
ƏDƏBİYYAT
1. Axundov A. Azərbaycan dilinin fonetikası. Bakı: Maarif, 1984, 392 s.
2. БаскаковН.А. Тюркскиеязыки. М.:Восточная литература, 1960, 243 с.
3. Чобан-заде Б. Къырымтатар ильмий сарфы. Симферополь, 2003
4. Гаспринский И. Грамматика крымско- татарского языка. 1909
5. Гаджиева Н.З. Тюркоязычные ареалы Кавказа. М.: Наука, 1979, 263 с.
6. İslamov M. Turk dillərində əvəzliklər. Bakı: Elm, 1986, 204 s.
7. Kaşğari M. Divani lugat-it-turk (tərtib edən Ramiz Əskər). I c., Bakı: Ozan, 2006
8. Məmmədov A. Kəngərlər . Bakı. Azərnəşr,
9. Самойлович А. Опыт краткой крымско- татарской грамматики. 1916
10. Усеинов К. Ганиева Э, Сейдаметова Н. Къырым татар тили. Симфереполь:
Къырымдево-къувпеднешир, 2008, 208 с.
11. htt:/ tr. wikpedia. org/ wiki/ kimmerler.
12. www. tourdeazerbaidjan. com
102
Vahid Adil Zahidoğlu
“KİTABİ-DƏDƏ QORQUD”UN NƏŞRLƏRİNDƏ OXUNUŞ
FƏRQLƏRİ
Qədim yazılı folklor abidəsi kimi “Kitabi - Dədə Qorqud”un müxtəlif
aspektlərdən tədqiqi üçün bu abidənin mətninin orijinala uyğun şəkildə
transliterasiya edilməsi müstəsna əhəmiyyət kəsb edir. Mətn tərtibi zamanı mövcud
əlyazmaların müqayisəli şəkildə qiymətləndirilərək düzgün oxunuşu bütövlükdə
abidənin milli - mənəvi mənsubiyyətini, bədii - estetik siqlətini, yarandığı və
yazıya alındığı dövrlərin tarixi - linqvistik həqiqətlərini obyektiv prizmadan
müəyyənləşdirməyə imkan verir. Təbii olaraq ayrı - ayrı söz və ifadələrin yanlış
oxunması mətnin arxitektonik quruluşunun simmetriyasını pozur, mətndən
yararlanan tədqiqatçıları yanlış istiqamətlərə yönəldir və abidənin real tarixi - bədii
məzmununa uyğun gəlməyən fərziyyələrin meydana çıxmasına yol açır.
Mətn müəyyən məzmun əsasında qurulur. Mətnin quruluşu qrammatik
qaydalar, məzmunu isə məntiqi bağlılıq əsasında formalaşır. Bu parametrlərə aid
həlqələrdən hər hansı birinin qopması mətnin anlaşıqlığını zədələir, müxtəlif süni
problemlərin yaranmasına və mətnin orijinalına kənardan əsassız müdaxilələrə
rəvac verir. Ən sadə vəziyyətdə bu və ya digər sözün düzgün oxunmaması,
əhəmiyyətsiz kimi görünən tərtib xətaları belə bir sıra hallarda zəncirvari
reaksiyaya gətırib çıxarır, nəticədə yamaq vurulmuş qüsurlu mətn əsasında yanlış
hökmlər irəli sürülür. “Kitabi - Dədə Qorqud”un mətni ilə bağlı bir sıra
mübahisələrin, fikir müxtəlifliklərinin yaranmasında da bu amil az rol
oynamamışdır. Bu mənada tarixi - linqvistik və tekstoloji cəhətlərdən
yoxlanmamış, başqa türk dillərinin və ümumtürk yazılı abidələrinin faktlarıyla
tutuşdurularaq təsbit edilməmiş hər hansı bir söz və ifadənin mətnə daxil edilməsi
öz - özlüyündə potensial yanlışlıq mənbəyi olaraq qalır. Digər tərəfdən, mətnə
birtərəfli yanaşma, fonetik cəhətdən oxşar sözlərin qarışdırılması, habelə ərəb
əlifbasında yaxın mövqeyə malik hərflərin oxunuşundakı xətalar mətnin daha da
dəyişdirilərək təhrif olunmasında başlıca rol oynamışdır. Buraya Drezden və
Vatikan nüsxələri katiblərinin buraxdıqları köçürmə xətalarını da əlavə etsək, Dədə
Qorqud dastanlarının mövcud nəşrlərinin heç də arzu edilən səviyyədə olmadığı
qənaətinə haqq qazandırmaq lazım gəlir.
“Kitabi - Dədə Qorqud” yazıya alındığı dövrdən bir neçə əsr əvvəlki
hadisələrin bədii - tarixi inikas etdiricisi, qədim motiv və ünsürlərin daşıyıcısı kimi
qiymətləndirilməlidir. Bu qədimliyi, əcdadlarımızın bizə ötürdüyü tarixi
informasiyaları müasir kodlarla müəyyənləşdirmək mümkün deyil. “Kitabi - Dədə
Qorqud”un mətni ən azından 3 tarixi dövrün - dastanın rüşeym halında yarandığı,
Vahid Adil Zahidoğlu – AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun baş elmi işçisi,
filologiya üzrə fəlsəfə doktoru.