Göz muncuğu bakı 2014



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə19/29
tarix06.02.2018
ölçüsü0,66 Mb.
#26265
1   ...   15   16   17   18   19   20   21   22   ...   29

 

59 


sayıqlamalarımda görünmüşdü mənə, gerçəklikdə yaşamamışdım bunların heç birini? 

Bilmirəm, hələ də bilmirəm.  

Xaraba  Gilandan  yenidən  Möhsüngilə  necə  qayıtmışdım,  niyə  onlar  neçə  vaxt 

harada olduğumu soruşmamışdılar, heç buna təəccüblənməmişdilər də. Belə çıxır ki, 

bütün  bunlar  mənim  qızdırmalı  xəyallarımdır,  xəstə  beynimi  doldurmuş 

fantaziyalardır. Olsun, qoy lap belə olsun. Çox əcəb...  

Bəs onda evimin divarından asılmış o iri  göz müncuğu hardandı? Mən ki, onu 

heç vaxt, heç yerdən almamışdım. 

 

DOQQUZUNCU FƏSİL 

KEFLİ İSGƏNDƏR DƏ DÜZ DEYİRMİŞ 

  

“Ölülər! Şeyxin sözünə əməl eləməyiz, dirilməyiniz.. İndi 



siz burada rahatca yatıbsınız. Heç dünyadan xəbəriniz yoxdur. 

Axı  diriləndən  sonra  bu  qəbiristanlıqda  ki,  qalmayacaqsınız: 

istəyəcəksiniz  ki,  dağılasınız  evlərinizə.  Çox  əcəb.  Dağıldınız. 

İndi  bir  deyin  ki,  sizi  hələ  evə  qoyacaqlarmı?  Gedib 

görəcəksiniz ki, evlərinizin qapıları bağlıdır. - Aç qapını! Mən 

bu evin sahibiyəm. -Sənin burada heç zadın yoxdur! Qardaşın 

Hacı  Fərəc  arvadını  alıb,  evinə  də  sahib  çıxıb.  İtil 

cəhənnəmə!”  

 M.C. MƏMMƏDQULUZADƏ, «Ölülər» 

 

Məhəlləmizə  yaxınlaşdıqca  dua  edirəm  ki,  kaş  heç  kəsə,  heç  bir  tanışıma-



bilişimə  rast  gəlməyim.  Yox,  yırtıq  -  yamaqlı  şalvarımdan  utanmırdım.  Ondan 

qorxurdum ki, məni görüb tanıyanların ürəyi gedər. Axı, basdırılmış meyitlər üçləri 

çıxar - çıxmaz şəhərin küçələriylə veyillənmirlər. Bir yandan baxanda da, bu axşam 

vaxtı,  qaranlıq  küçələrdə  kimdi  məni  tanıyan?  Şükür,  heç  kimə  rast  gəlmədən 

mənzilimə  çatdım.  Liftə  girib  3-cü  mərtəbənin  düyməsini  basdım.  Mənzilimin 

kodunu - 346-nı yığırdım ki, qəflətən gözüm qapının üstündəki lövhəyə sataşdı: 




 

60 


PSİXOLOJİ ARAŞDIRMALAR VƏ YARDIM MƏRKƏZİ,  

ZAKİR ZAKİROV. 

Ayağımın altından yer qaçdı. Birtəhər özümü ələ alıb qapını açdım. Qapını açıb 

otağa girməyimlə qadın qışqırığı eyni ana düşdü.  

Torşerin  zəif  işığında  ancaq  onu  gördüm  ki,  yazı  masamın  üstündə  uzanmış 

çılpaq  qadın  lüt  kişini  itələyib  sıçradı,  o  biri  otağın  qapısına  tərəf  qaçdı.  Qadının 

çılpaq belində göyümtül, yumru-yumru küpə izlərini də gördüm.  

Zakir yerə atdığı xalatını - xalatımı tələsik qapıb ayıb yerlərini örtdü.  

-Kimsən?  - deyə  baxdı. Deyəsən, hələ  gözlərinə  inanmırdı. Sonra bir  an içində 

tok  vurmuş  kimi  yerə  çökdü.  Arxasını  divara  söykəyib  yavaş-yavaş  döşəməyə 

sürüşdü. Dili topuq çala-çala: 

-S... i... z.. - deyə bildi. 

Bərələ gözləri meyit gözləri kimi donub qaldı. Sanki gözləri məchul bir nöqtəyə 

zillənmişdi.  

- Bəli, mənəm, - dedim, - sənin kimi nankorun şefi və elmi rəhbəri...  

Zakirdən səs-səmir çıxmırdı. Nə deyəcəkdi axı, nə deyə bilərdi? Dəfnimdən üç 

gün keçməmiş ən istəkli tələbəm, az qala, bütün bildiklərimi beyninə doldurduğum 

nanəcib  mənzil-ofisimi  mənimsəmiş,  qapıda  adım  yazılmış  lövhəni  qoparmış,  öz 

adını  yazmış  (yeni  lövhə  sifariş  edib  asmağı  nə  tez  bacarıb),  hələ  üstəlik,  qırmızı 

zolaqlı xalatımı da mənimsəmişdi.  

Arxasında  yuxusuz  gecələr  keçirdiyim  yazı  masamın  üstündə  atılıb-düşürdü, 

guya elə bu otaqda divan, o biri otaqda çarpayı yoxdu... Yoxsa, bu da bir növ sapıq 

keyfidir?  

Arxadan görsəm  də,  xanımın  kim  olduğunu zənn  etmişdim.  Dəfnimdən  bir-iki 

gün  qabaq  eşitmişdim  ki,  sətəlcəm  olub,  belinə  küpə  saldırıb.  Rübabəydi.  Çox 

uzaqlarda  qalmış illərdə  mənim  də  xoşum  gəlirdi ondan.  Mənim  yeganə qarşılıqsız 

məhəbbətimdi.  Əlimi  dizinə  qoymağa  izn  verməyən,  demə,  ayağı  sürüşgənin,  gözü 

dağınığın biriymiş.  

-Səndə  heç  vicdandan  əsər  -  əlamət  yoxdu,  Zakir?  Gözləyəydin,  qırxım 

demirəm, heç olmasa yeddim çıxaydı da...  




 

61 


Çömbəlib oturmuş Zakirdə heç bir həyat əlaməti qalmamışdı. Prostratsiyada idi. 

Mən də sözlərimi sanki boşluğa deyirdim: 

-Buna görəmi məni itələyib öldürmək istədin, Zakir? Evimi, işimi mənimsəmək 

üçün,  tamamladığım  araşdırmamı,  kəşfimi  öz  adına  çıxmağçün?  Mənzilimi 

qəhbəxanaya  çevirməkçün?  -  qəhər  məni  boğurdu,  -  mənim  övladım  yoxdu,  səni 

doğma  oğlum  bilirdim.  Qəbirdə  yatanda  da  ağlıma  gəlməzdi  ki,  məni  arxamdan 

vurub üçüncü mərtəbədən küçəyə itələyən sənsənmiş.  

Zakirin ağ appaq ağarmış üzü meyit sifətiydi. Yazığım gəldi ona hətta.  

Stulun üstünə qoyduğu şalvarını, köynəyini üstünə atdım: 

-Geyin, itil gözümdən, - dedim. - Gedəndə lövhəni də qapıdan qopart...  

O  biri  otağa  keçdim.  Rübabə  əlləriylə  üzünü  örtüb  için-için  ağlayırdı. 

Geyinmişdi. Mənim xoşladığım püsteyi-yaşıl paltarında idi.  

İçəri girdiyimi duyub başını qaldırdı. Elə bil heç nəyə təəccüb qalmamışdı, hər 

şey elə belə də olmalıydı. Üç gün əvvəl basdırdıqları adamın indi bu əcaib qiyafədə 

görünməsi adidən adi bir şeydi sanki...  

Elə ancaq yavaş səslə: 

-Bağışlayın, bağışlayın, - deyirdi.  

-Bağışlamalı bir şeyim qalmayıb, - dedim, - dur çıx get burdan.  

Rübabə  dinməz  -  söyləməz  otaqdan  çıxdı,  bir  azdan  çöl  qapısının  çırpıldığını 

eşitdim.  

İş  otağıma  keçdim.  Zakir  orda  yoxdu.  Haçan  getmişdi?  Qapı  səsini 

eşitməmişdim, görünür, lap ehmallıca örtüb çöl qapısını.  

 

ONUNCU FƏSİL 

ƏSHABİ - KƏF 

 

“Mağaraya  sığınmışdı  o  cavanlar.  Dedilər:  Rəbbimiz, 



dərgahından  bir  rəhmət  bəxş  elə  və  bir  çıxış  yolu  tap 

düşdüyümüz  bu  işdən...  İllərlə  yatızdırdıq  mağarada  onları. 

Sonra da oyatdıq ki, iki dəstədən hansı biri yatdıqları müddəti 


Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə