Göz muncuğu bakı 2014



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə17/29
tarix06.02.2018
ölçüsü0,66 Mb.
#26265
1   ...   13   14   15   16   17   18   19   20   ...   29

 

53 


Şərq  zehniyyyatını  anlamağına  mane  olur.  Çünki  Qərb 

zehniyyatının  əsas  cəhəti  məntiq  və  məntiqi  təhlildir.  Şərq 

mistisizmi isə, bu sayaq məntiqi qəbul etmir”.  

D. T. SUDZUKİ (XX əsr yapon alimi),  

«Dzen buddizmin əsəsları» kitabından  

 

“Ekzistensializm  -  özünün  bütün  səylərini  Allahı  inkara 

xərcləmiş  ateizm  deyildir.  O,  başqa  bir  həqiqəti  bəyan  edir: 

Allah vardırsa belə, bu heç nəyi dəyişmir. Bu o demək deyil ki, 

biz Allaha inanırıq. Məsələ Allahın olub - olmamasında deyil. 

Məsələ  ondadır  ki,  insan  özü  özünü  yaratmalıdır.  Allahın 

varlığı təsdiq olunsa belə, bu, insanı özündən xilas edə bilməz. 

Bu  mənada  ekzistensializm  -  nikbinlikdir,  insana  inamdır  və 

insanı hərəkətə sövq etməkdir”.  

JAN POL SARTR (XX əsr fransız filosofu və yazıçısı) 

«Ekzistensializm - humanizmdir» essesindən 

 

Səhər 9-da Möminə Xatun məqbərəsinin yanındaydım. Özü qəsdən elə yer nişan 



vermişdi  ki,  asan  tapım.  82  yaşlı  əski sürücü  yük  maşınının  sükanı  arxasında  məni 

gözləyirdi. Bu yaşda maşın sürməsinə təəccüb qaldım.  

Yol boyu ikimiz də susurduq. Naxçıvanın əsrarəngiz mənzərələri, hər nöqtədən 

görünən  İlanlı  dağ,  insan  əliylə  yaranmamış,  amma  çağdaş  mücərrəd  sənət 

nümunələrini - modernistlərin heykəllərini andıran qalaq-qalaq qayalara, rəng verib - 

rəng  alan  dağlara  heyran  olmamaq  mümkün  deyildi...  Əfsanə  -  insanla  görüşün 

həyəcanı  və  təlaşı  içindəydim.  Bir  yandan,  Diri  Baba  haqqında  söhbətlərdən  sonra 

onunla  görüşmək  ən  dəruni  istəyim  idi,  bir  yandan  da,  bu  görüş  xoflandırırdı, 

qorxudurdu məni. Ürəyimə dammışdı ki, bu görüş bütün həyatımı dəyişəcək.  

Maşın  enişli-yoxuşlu  yollarda  atılıb  -  düşdükcə  içimdə  nəsə  sanki  qırılıb 

tökülürdü.  Həm  də  bu,  fiziki  əzaların  sarsılması  deyildi,  elə  bil  ruhumda  nə  isə 

amansız zəlzələnin baş verəcəyinin önduyumu idi.  




 

54 


Qədim  bir  insan  məskəninin  xərabələri  göründü.  Damları  dağılıb  yalnız  iki-üç 

uçuq  divarı  qalmış  evlər...  Ancaq  bir  qapı  və  iki  pəncərə  yeri  qalmış  ev...  daşları 

dişlər  tək  tökülmüş  hasar,  bir  hissəsi  yerin  dibinə  çökmüş  barı...  Maşınımız  bu 

viranəlik  içində  az  -çox  salamat  qalmış  bir  daxmanın  önündə  dayandı.  Sürücü 

maşından  düşdü,  işarə  etdi  ki,  mən  də  düşüm.  Qapını  göstərdi,  hər  şeyi  yalnız 

işarələrlə göstərirdi, elə bil danışmaqdan, səsini çıxarmaqdan qorxub çəkinirdi.  

Qəribə bir iş etdi, cibindən qara günəşlik çeşməyi çıxarıb mənə uzatdı: 

-Tax,  -  dedi,  mən  də  bunun  səbəbini  soruşmadan  tilsimə  düşmüş  kimi,  onun 

dediyinə əməl etdim, eynəyi taxdım.  

Özü  çöldə  qaldı,  mən  başımı  əyərək  göstərdiyi  dar,  alçaq  qapıdan  hücrəyə 

girdim.  Hücrənin  ala-qaranıq  içərisi  yalnız  öləziyən  şamla  işıqlanırdı.  Qara  eynək 

taxdığımdan  hər  yan  daha  da  qaranlıq  görünürdü.  Otaqda  -  əgər  bura  otaq  demək 

olardısa - yalın-yalçın çılpaq divarlar arasında döşəməyə həsir salınmışdı. Həsirin o 

başında döşəkcənin üstündə bardaş qurub oturmuş adamı zorla sezə bildim...  

Ona qoca da demək olmazdı. Sanki Zamanın özü qocalıb bu qarabəniz adamın 

əsmər sifətinə çökmüşdü. Hindli gözləri kimi dərin və qəmli gözləri baxdığı adamın 

içinə nüfuz edirdi. Dümağ saçları və bəyaz saqqalı az qala zənci sifəti rəngində siyah 

üzüylə təzad yaradırdı.  

Gavar  Diri  Baba  dedikləri  bu  adam  elə  bu  idi...  Bir  an  mənə  elə  gəldi  ki, 

qarşımdakı  canlı  insan  deyil,  müqəvvadır,  yalnız  zil  qara  gözlərinin  ifadəsindən 

diriliyi bəlli olurdu.  

Susurdu. Mənə elə gəldi ki, bütün görüşümüz elə bu cür sükut içində keçəcək və 

bir müddət bir-birimizi uzun-uzadı seyr etdikdən sonra durub getməli olacam.  

Amma  elə  bu  an  Diri  Baba  fikirlərimi  oxumuş  kimi  boğuq,  sanki  əsrlərin 

dərinliklərindən gələn səslə: 

-Xoş gəldin, Hörmüzd, - dedi. 

«Nədən  mənə  Hörmüzd  dedi,  -  deyə  düşündüm,  -  mənim  ki,  adım  başqadır? 

Yəqin, məni kiminləsə çaşdırıb» 

-Adım... - deyə sözə başlamaq istəyirdim ki, sözümü ağzımda qoyub: 



 

55 


-Sənin  adın  Hörmüzd  olmalıdır,  -  dedi.  Elə  qəti  səslə  dedi  ki,  etiraz  etməyə 

iradəm çatmadı.  

«Hörmüzd! Yaxşı, qoy olsun Hörmüzd. Bəs mən ona necə müracit edim? Diri 

Babamı? Övliyamı? Pirmi?» 

Ən asan yolu buldum: 

-Baba, - dedim, - sənin sirrin nədədi?  

-Sirləri bilən tək Allahdır, - dedi. - Həzrət əleyhissəlama buyurub ki, sənə ancaq 

ismarışımızın  bir  hissəsini  açdıq,  başqa  hissələri  də  var  ki,  onlardan  xəbər 

tutmayacaqsan.  Rəsul  əleyhissalam  da  tapınanlara  deyir  ki,  mən  sizə  demədim  ki, 

bütün sirləri bilirəm. Mən yalnız mənə nazil olanı sizlərə çatdırıram.  

-Hər halda, belə həyat sürməyinizin bir səbəbi var, - dedim, - nədir bu səbəb?  

Vaxt hissini itirmişdim, bilmədim on dəqiqəmi, bir neçə saatmı sürən sükutdan 

sonra elə bir sual verdi ki, şok vəziyyətinə düşdüm.  

-Dədəm Qorquddan xəbərin var?  

Udqundum. 

-Əlbəttə, - dedim.  

-Təpəgöz yadındadı?  

Kim  idi  qarşımdakı adam  -  sirli,  əfsanəvi,  inanılmaz  bir qoca?  Ya,  bəlkə,  min 

yaşlı Dədəm Qorqudun özü? Cavabı gözləmədən yeni bir sual verdi: 

-Kimdi Təpəgöz?  

-Kimdi ki? - suala sualla cavab verdim.  

Sualıma məhəl qoymadan: 

-Niyə intihar etmək istəyir? - deyə soruşdu.  

Məktəb  illərində  oxuduğum  «Kitabi-Dədəm  Qorqud»u  xatırlamağa  çalışdım. 

Deyəsən,  mətndə  Təpəgözün  özünü öldürmək  istəməsi  haqqında  anlaşılmaz  bir  yer 

vardı.  Birdən-birə  elə  bil  beynimin  içində  işıq  yandı,  dastandakı  o  parça  söz-söz, 

cümlə-cümlə yaddaşıma qayıtdı.  

-Bildin niyə öldürmək istəyir özünü?  

-Yox.  

-Çünki Təpəgözdü.  




Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə