Göz muncuğu bakı 2014


daha  düz  hesablayacaq.  -  Nə  qədər  yatdınız,  -  dedi  birisi,  -



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə20/29
tarix06.02.2018
ölçüsü0,66 Mb.
#26265
1   ...   16   17   18   19   20   21   22   23   ...   29

 

62 


daha  düz  hesablayacaq.  -  Nə  qədər  yatdınız,  -  dedi  birisi,  - 

yatdığımız bir gün, ya bir gündən də az olar, - dedilər.  

Ğ  Mağarada  üç  yüz  il  qaldı  onlar.  Qaldıqları  müddəti 

Allah daha yaxşı bilir. Göylərin, yerin görünməzliyini təkcə O 

bilir... ” 

QURANİ - KƏRİM. Kəhf surəsi (18)  

Çevirən Nəriman Qasım oğlu  

 

“Qəribədir  ki,  Ruh  öz  vətənini  və  doğulduğu  yerləri 

xatırlamır. Buludlar ulduzları örtüb gizlətdiyi kimi, Dünya da 

Ruhun gözlərini qapadan yuxudur”. 

 CƏLALƏDDİN RUMİ 

 

“Onu anlamalıyıq ki, dünya bizim qavraya biləcəyimizdən 

daha  genişdir.  Bizə  dünyanı görməyi  və anlamağı  öyrədiblər. 

Amma  onu  deməyiblər  ki,  gördüyümüz  reallıq  dünyanı  dərk 

etməyin  vasitələrindən  ancaq  biridir...  Avropa  zehniyyatı 

yalnız  gözün  beynə  ötürdüklərini  qəbul  edir.  Bir  dünyadan 

başqa,  pünhan  dünyaya  keçməkçün  gördüklərinin  dışında 

olmağı bacarmalısan”. 

 KARLOS KASTANEDA, 

Amerika etnoqrafı və yazıçısı,  

 «Başqa dünyanın qapıları» kitabından  

 

Bileti dəyişəndən sonra bütün günü şəhərdə veyilləndim. Mirzə Cəlilin, Hüseyn 



Cavidin  muzeylərinə  getdim.  Səhərisi  gün  də  Möhsünün  dayısı  Mədət  kişinin 

«Jiqulisi»ndə  Əshabi  -  Kəfə  yollandım.  Əshabi  -  Kəfin  ətəyində  Mədət  kişinin  bir 

balaca çayxanası vardı. Mədət kişi: 

-Dağa dırmaşmadan bir bizim çaydan nuş elə, - dedi.  




 

63 


Yenə buğlanan samavar, armudu stəkanlar, xoruz quyruğu məxməri çay, lumu, 

yenə ceviz mürəbbəsi...  

Möhsün: 

-Bax,  qaqaş,  -  dedi,  -  dağa  özün  dırmaş,  mənim  elə  hövlüm  yoxdu.  Bax,  bu 

çığırı görürsən, tut ucunnan aparıb səni düz Əshabi - Kəfə çıxaracaq. Lap kəllə çarxa 

çatanda görəcəksən -bax Əshabı Kəf oradı. Dağyunus əhvalatını eşitmisən?  

-Eşitmişəm, - desəm də Möhsün danışmağa başladı: 

-Səyyahlar ora çıxıb, bir hovur dincəlmək istəyiblər, yuxuya gediblər. Oyananda 

görüblər ki, itlərinin skeleti qalıb, sonra da məlum olur ki, üç yüz il keçib. Qurani  - 

Kərimdə deyilir: Haqq  - təala Əshabi - Kəfdə yatanları sağa-sola çevirir ki, ətlərini 

torpaq yeməsin. Bax ha, orda yuxuya - zada getmə.  

Yoxuşu  qalxmaq  doğrudan  da  kələyimi  kəsirdi.  Ağır-ağır  qalxsam  da 

töyşüyürdüm.  - Ay səni,  - deyə özümü  məzəmmət edirdim,  -  25 yaşında dağa belə 

çətinliklə çıxırsan, əllində neyləyəcəksən?  

Möhsün elə ətraflı təsvir etmişdi ki, Əshabi - Kəfi o saat tanıdım. Dörd tərəfdən 

qayalar baş-başa vermişdi, amma bir-birinə kip yapışmamışdılar, aralarında Səmaya 

xeyli  yer  qoymuşdular.  Elə  bil  təndirin  içindəydin,  istisinə  görə  yox,  quruluşuna 

görə. Qəribə aurası vardı bu yerin. Ya, bəlkə, Dağyunus əfsanəsinin təsirindən idi  - 

burda sanki Zaman dayanmışdı, Vaxt yox olmuşdu. Elə bil bura bütün ötüb  - keçən 

ömrünü,  bütün  gördüyün  yerləri  unutdururdu.  Nə  əvvəli  -  nə  axırı  olan  sonsuzluğa 

qovuşurdun burda. Ucsuz-bucaqsız kainatda bir zərrəcik olduğunu burda daha aydın 

hiss  edirdin.  Baş  -başa  vermiş  qayalar  göylərə  pəncərə  saxlamışdılar.  Pəncərə  ya 

bəlkə də Haqqın dərgahına açılan qapı.  

Bir  hovur  nəfəsimi  dərmək  üçün  quru  yerə  oturdum.  Belimi  qayaya  söykədim. 



Gözlərimin  ağırlıq  çökmüş  qapaqları  qapanmağa  başladı.  Yuxudamı  eşidirdim  bu 

səsləri.  

-Harda qaldı qonağın? - Mədətin səsiydi.  

-Harda olsa gəlib çıxar, - bu da Möhsünün səsiydi.  

Yuxudamı, oyaqlıqdamı eşidirdim bu danışıqları?! Halbuki, mən dağın başında, 

onlar ətəyində, uzaqlarda idi, hələ üstəlik, başqa səslər də qarışırdı bu danışıqlara... 




 

64 


çay istəyən kim, hesabımızı çək deyən kim, borclu borclunun sağlığın istər  - deyən 

kim.  


Gözümü açanda gecə düşmüşdü. Əshabi  - Kəfin «tavanında» görünən ulduzlar 

elə yaxın idilər ki, sanki ovcunun içinə ala bilərdin. Heç vaxt, heç yerdə bu irilikdə 

ulduzlar görməmişdim. 

Durub gərnəşdim. Vücudumda əvvəllər hiss etmədiyim bir şeylər hiss edirdim, 

elə bil ağırlaşmışdım, bir az da yorulmuşdum.  

Mağaramıydı  bura,  kahamı,  hər  nəydisə,  Əshabi  -  Kəf  adlanan  bu  yerdən 

çıxanda  mat  qaldım.  Dağın  lap  ətəyindən  düz  bura  pilləkan  qalxırdı.  Aman  Allah, 

haçan qurdular bu pilləkanı cəmisi bir neçə saat ərzində? Əvvəldən vardısa, mən niyə 

görməmişdim?  Möhsüngil  də  deməmişdi,  min  əziyyətlə  dağa  dırmaşmaqdansa, 

pilləkanla rahatca qalxardım.  

Pilləkanlarla  enməyə  başladım.  Aşağıda  da  hər  şey  dəyişmişdi.  Çayxananın 

yerində  təzə  qəşəng  pavilyon  tikilmişdi.  Piştaxtanın  ardında  elə  həmin  Mədət  kişi 

dayanmışdı.  

Ona yanaşdım: 

- Salam, Mədət dayı, - dedim. 

Təəccüblə mənə baxdı: 

-Haçandan dayın oldum? Elə bir yaşda olarıq da. 

-Mədət deyilsən?  

-Mədətəm. Nə olsun? Sən kimsən?  

-Məni tanımadın? Bəs Möhsün hardadı?  

-Hansı Möhsün?  

-Necə  yəni  hansı  Möhsün?  Bayaq  birlikdə  gəlmədik  bura?  Bibin  oğlu  deyil 

Möhsün?  

Mədət qaş-qabağını salladı: 

-Möhsün bibioğlu beş il bundan qabaq rəhmətə getdi.  

-Necə yəni rəhmətə getdi. Dəli olmusan? Məni dolamısan? Piyan deyilsən ki...  

-Piyan özünsən ki, belə-belə zarafatlar edirsən.  

-Sən Möhsünün dayısı Mədət deyilsən?  




Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə