Göz muncuğu bakı 2014



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə22/29
tarix06.02.2018
ölçüsü0,66 Mb.
#26265
1   ...   18   19   20   21   22   23   24   25   ...   29

 

68 


O vaxtdan hər ikisinə nifrət edirdi, atasına əzazilliyinə görə, anasına mütiliyinə 

görə...  

Ağrı  atasının  qırmanclarını  yada  saldığı  kimi,  başqa  uşaqlıq  xatirələrini  də 

canlandırırdı  və  ona  elə  gəlirdi  ki,  yuxarı  mərtəbədən  başına  su  əndərirlər,  amma 

uşaqlığındakı kimi soyuq yox, qaynar su.  

Heç kəsin riyakar təsəllisini, yalandan ürək-dirək verməsini istəmirdi. Hamısını 

bir-bir  nifrətlə  süzərək,  heç  kəslə  görüşmədən,  vidalaşmadan  çıxıb  getdi.  Yol  boyu 

rast gəldiyi hər adamı - tanışı oldu, olmadı, boğub öldürməyə hazır idi.  

Evinə gəldi. Soyuducudan araq şüşəsini çıxardı, bir  - iki qədəh vurub hər şeyi 

unutmaq istədi.  

Qədim bayatı düşdü yadına: «içdim qəmim azalsın, daha da qəm çiləndi». Sonra 

bayatının əvvəlki misrası da düşdü yadına: «səməndim qəmçiləndi».  

Qəmçiləndi,  qırmanclandı...  Yox,  təslim  olmaq  olmaz.  İçib  hər  şeyi  unutmaq 

zəiflikdir. Tövbə, içməyəcəm. Hamsından bircə - bircə heyfimi çıxacam.  

Telefon zəng çaldı. Dəstəyi qaldırmadı. Bilirdi, ya kimsə: - fikir eləmə - deyəcək 

ya  da  -  «nə  oldu  umsuq  qaldın?!»  -  deyə  yanıq  verəcək.  Tüpürüm  hər  ikisinə. 

Toplantıdakıların sifətləri bir-bir gəldi gözlərinin qabağına: «Adlarını alim qoyublar, 

o  yekəburun  meşədən  dünən  çıxıb  gəlib  Bakıda  adam  olub,  indiyəcən  «çünkiyə» 

«künçü» deyir. O biri də - ruskoyazıçnı çuşka mütəfəkkirə mütəkəfkir deyən... Külü 

qoyum başıvıza». 

Bunları yadına salıb güldü. Bir az eyni açıldı.  

Televizoru  qurdu.  Neçə  gündü  futbola  baxırdı.  Dünya  futbolunun  əfsanəsi 

Braziliya  komandası  almanlara  biabırçı  şəkildə  7  -  1,  sonra  da  hollandlara  3-1 

uduzmuşdu.  Bu  gün  isə  final  idi  və  Braziliyanı  xəcil  eləyən  almanlar  indi  də 

Argentina  yığmasını  yenirdi.  Buna  ən  çox  sevinən  isə  ...  bəli,  bəli,  Braziliya 

azarkeşləri idi. Özlərini amansız, acımasız şəkildə alçaldan rəqiblərinin - almanların 

qələbəsinə yox, Argentinanın məğlubiyyətinə sevinirdilər. Şərhçi izah  edirdi: bu iki 

ən  iri  Cənubi  Amerika  ölkəsinin  arasında  əzəli  rəqabət  var.  Braziliyalılar 

Argentinanın məğlubiyyətini bayram edirlər.  



 

69 


Əhliman düşünürdü ki, tək insanlar yox, ölkələr də bir-birinə paxıllıq edir, bir-

birini gözləri götürmür, bir-birinin pis gününə sevinirlər.  

Dünyada  sağlam  yarış  yox,  xəstə  bəhsə  bəhs,  həsəd  hökm  sürür.  İnsanların 

hamısı - HAMISI - bir-birinə paxıllıq edir. Bir-birinə yamanlıq istəyir. Erkəklərin bir 

yarısı  başqalarının  uğurlarına  həsəd  çəkir,  o  biri  yarısı  da  qalanların 

uğursuzluqlarından zövq alır... Qadınların yarısı başqa qadınları gözəl olmasına görə 



gözləri götürmür, o biri yarısı da kimlərinsə çirkin olmalarına ikrah hissi duyurlar.  

Şokdan  və  içkidən  dumanlanmış  beyni  bu  fikirlərlə  dolunca,  Əhliman  elə 

oturduğu kürsüdəcə yuxuya getdi, bir də səhər oyandı. Televizor da bütün gecəni diri 

gözlə qalmışdı.  

Məşum toplantıdan keçən altı ay ərzindəsə Şuranın, demək olar ki, bütün üzvləri 

-  bəziləri  bir  həftənin  içində  zay  oldular. Kimi  infarkt  oldu,  kimi  iflic  olub  komaya 

düşdü,  kiminin  dili  tutuldu  (yalnız  əl  hərəkətləriylə  nəyisə  izah  etməyə  çalışırdı, 

amma nə dediyini anlamaq olmurdu), kiminin arvadı qısqanclıq üstündə özünü nöyüt 

töküb yandırdı, kimsə çimərkən dəm qazından boğulub öldü.  

Zakir elmi işdən tamamilə uzaqlaşdı, heç kəslə görüşüb  - danışmırdı, hamıdan 

uzaq qaçırdı, xanənişin olmuşdu.  Deyilənə  görə, psixi xəstəliyə  tutuldu, dəlixanaya 

düşdü.  Sonrakı  taleyindən  Əhlimanın  xəbəri  yoxdu.  Rübabə  dul  qalmış  bağ 

qonşularına  ərə  getdi,  hansısa  xarici  ölkəyə  köçdülər,  öldüsünü-qaldısını  bilən 

olmadı.  

 

ON İKİNCİ FƏSİL 



KARMA 

  

“Görmək. Deyə bilərik ki, həyatın məğzi bundadır. Canlı 



təbiətin  tarixi-  kosmosun  dərinliyindən  üzü  bəri  get-gedə 

təkmilləşən  gözlərin  gördükləridir.  Yarandığı  gündən  insan 

özü özünə tamaşa edir. Min illərdir o, ancaq özünü seyr edir. 

Yavaş-yavaş  özünü  əhatə  edən  dünyanı  da  görməyə  başlayır. 


 

70 


Bu  sürətin  ləng  getməsinə  təəccüblənməyək.  Bəzən  ilk 

baxışdan gözə çarpanı görmək daha çətin olur”.  

PYER TEYYAR DE ŞARDEN,  

fransız filosofu. «İnsan fenomeni» 

 

Dumanlı  yadıma  gəlirdi  ki, haçansa  Naxçıvana getmişdim. Hansı  il idi o səfər, 



kimlə  ya  kimlərlə  getmişdim,  orda  nə  gördüm,  kimlərlə  tanış  oldum,  kimlərlə 

görüşdüm - hamısını büsbütün unutmuşdum.  

Əshabi - Kəfə necə çətinliklə, töyşüyə-töyşüyə qalxdığım yadımdaydı, amma bu 

sakral  yerdə  və  ordan  enəndən  sonra  keçirdiyim  anlaşılmaz,  bu  gün  də  izah  edə 

bilmədiyim hallar nə idi - yuxumu, reallıqmı, bir zaman kəsiyindən çıxıb başqa dövrə 

düşməkmi,  xəyallarda  canlandırdığım  gerçəklikmi,  gerçəkliyə  çevrilmiş 

fantaziyalarımmı? Bilmirəm və, yəqin, heç vaxt da bilməyəcəm. Bir onu bilirəm ki, 

Əshabi - Kəf Naxçıvandadır, deməli, haçansa Naxçıvana yolum düşübmüş...  

Naxçıvanı  adda-budda  mənzərələriylə  yaddaşımda  canlandırmağa  çalışanda  bu 

diyarı nədənsə daha çox mistik, sirli-sehirli, sakral bir məkan kimi qavrayıram. Sanki 

orda keçirdiyim günlərdə (bir neçə günmü olmuşdum orda, bir aymı, bir ilmi, onu da 

dəqiq  deyə  bilməzdim)  kainatın  gizlinləri  daha  aydın  əyan  olurdu  mənə,  nələrisə 

daha aydın görür və dərk edirdim.  

Bəzən mənə elə gəlir ki, fəlsəfəylə və Şərq inanclarıyla da elə Naxçıvana gedib - 

gələndən sonra dərindən maraqlanmağa başlamışdım.  

Dekartın  aydın-açıq  təfəkküründən  Svadenborqun  dumanlı,  ezoterik 

təsəvvürlərinəcən, 

Şopenhauerin 

bədbin 

düşüncələrindən 



XX 

əsrdə 


ekzistensialistlərin  yabançılaşma,  sərhəd  situasiyası,  insanın  seçim  qarşısında 

qalması haqqında təlimlərinədək, Qərb fəlsəfəsinə az-çox bələd oldum. Günlərin bir 

günü elə bil kimsə məni Şərq fəlsəfi və dini fikriylə ciddi maraqlanmağa sövq etdi. 

Qədim Hind mətnləriylə, Çin fəlsəfəsiylə tanış oldum, təsəvvüfün dərinliyinə daldım. 

Buna  qədər  yaşadığım,  bildiyim,  ağlımla  dərk  etdiyim,  gözlərimlə  gördüyüm 

Dünyadan  tamam  fərqli,  BAŞQA  Aləmin  varlığına  inandım.  Demə  bu  paralel 

Dünyada  alışdığımız  məntiq  işləmirmiş,  burda  Zaman  və  Məkan  ölçüləri  də 



Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə