Haci həSƏnov niyazi beynəlxalq biznes



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə23/95
tarix08.07.2018
ölçüsü2,13 Mb.
#54561
1   ...   19   20   21   22   23   24   25   26   ...   95

                                                                                63 
 
 
və işlənməsindən gedir. Digər tərəfdən isə söhbət istehlak bazarının təhlilindən 
və  əhəmiyyətli  daxiloma  məndəyi  olan  dövriyyənin  proqnozlaşdırılmasından 
gedir. Bu kitabda satış və təminat məsələlərinə geniş  yer ayrılmışır. Həmçinin 
dövriyyə  vəsaitləri  ilə  bağlı  ödəmələr  və  daxilolmalar  üçün  də  ayrıca  yer 
ayrılmışdır. 
        Dövlətlə  münasibətlər  mühasibatlıqda  gəlir  və  vergilərin  müəyyən 
olunması  ilə  əlaqədardır.  Sonda  isə  real  və  monetar  mühitlərin 
uyğunlaşdırılması  mərhələsi  gəlir.  Bu  zaman  əvvəlcə  dönərliliyin 
planlaşdırılması  texnikası  və  müxtəlif  maliyyələşdirmə  mütodları  müzakirə 
olunmalıdır.  Daha  sonra  isə  iqtisadi  səmərəlilik  meyarından  irəli  gələrək 
investisiya  və  maliyyələşdirmənin  uyğunlaşdırılması  nəzərdən  keçirilir. 
Lahiyyənin  mərhələlərini  nəzərdən  keçirərkən,  yadda  saxlamaq  lazımdır  ki, 
həyata  keçmədən  öncə  bütün  lahiyyələr  müəyyən  planlaşdırma  mərhələlərini 
keçirlər.  Ideya,  lahiyyənin  texniki  cəhətdən  həyata  keçmə  qabiliyyətini 
müəyyən edə biləcək imkanların araşdırılması və lahiyyədən öncə araşdırmalar 
mərhələlərindən keçir və əgər bu təhlil müsbət nəticə verərsə daha iri miqyaslı 
lahiyyə araşdırmaları mərhələsinə keçid alınır. Lahiyyə qabağı araşdırmaların 
əhəmiyəəti ondan ibarətdir ki, bahalı və vaxt aparan lahiyyə araşdırmalarında 
qənaət etmək məqsədilə az şanslı lahiyyələr zamanında müəyyən olunsun. 
         Lahiyyə  araşdırması  texniki  iqtisadi,  maliyyə  və  ümumiqtisadi  təhlilə 
bölünür.  Texniki-iqtisadi  təhlil  istehsalat  həcminin  texniki  detallarına  , 
istehsalat  planlaşdırmasına,  satış  və  tədarük  bazarının  şərtlərinin 
öyrənilməsinə  həsr  olunmuşdur.Maliyyə  təhlili  lahiyyənin  özəl  iqtisadi 
nəticələrini, ümumiqtisadi təhlil isə milli iqtisadiyyata təsiri öyrənməyə xidmət 
edir. Lahiyyə araşdırmasının son formalaşdırılması bir qayda olaraq yuxarıda 
göstərilən  qaydada  aparılır.  Bu  cür  araşdırmanın  matriallarını  oxuyana 
planlaşdırmanın tamamlanmasına nəzarət etməyə imkan verir. Əslində isə belə 
ciddi  ardıcıllıq  izlənilmir.  Çünki  lahiyyənin  bütün  aspektləri  birlikdə  nəzərə 
alınmalıdır və lazım gələrsə qarşılıqlı uyğunlaşdırılmalıdır. 
         Yuxarıdan  göründüyü  kimi  maliyyə  və  ümumiqtisadi  təhlilin  vəzifəsi 
maliyyənin  planlaşdırılması,  texniki  və  bazar  araşdırmalarının  verdiyi 
məlumatlar  əsasında  qiymətləndirmədən  ibarət  deyil,  həm  də,  texniki 
hesablamaları  dəyişdirə  biləcək  yenidən  formalaşma  da  ola  bilər.  Lahiyyə 
qəbul  olunmuşdursa  ona  investisiya  və  istehsalat  mərhələləri  də  qoşulur. 
Lahiyyənin    başa  çatması  zamanı  isə,  bəzi  hallarda  son  qiymətləndirmə  (  ex 
post) də həyata keçirilir. 
            Lahiyyənin  ideyası  və  onun  həyata  keçirilə  bilməsinin  yoxlanılması 
zamanı,  əsasən,lahiyyə  siklinin  başında  lahiyyə  ideyası  durduğunu  nəzərdən 
qaçırmamaq  lazımdır.  Mövcud  şirkət  müəyyən  sahələrdə  iqtisadi  fəaliyyətini 


                                                                                64 
 
 
genişləndirmək niyyətində ola bilər. Digər iqtisadi subyektlər isə yeni fəaliyyət 
növü  üçün  yeni  müəssisənin  tikilib  tikilməyəcəyi  haqqında  düşünə  bilərlər. 
Çünki  sonuncu  sadə  investisiya  hesablamaları  ilə  tamamlanmır  və  maliyyə 
planlaşdırrmasını,  dönərliliyin  planlaşdırılmasını,  digər  hesablamaları,  plan 
balansı şəklində lahiyyəin xarici görkəmini özündə birləşdirən iqtisadi tədbirlər 
planını tələd edir. Gələcəkdə hər kəs bu konteksdən çıxış etməlidir. 
           Lahiyyə  ideyasının  axtarılması  yaradıcı  aktdır.  Bunu  da  sistematik 
axtarış prossesi ilə dəstəkləmək olar. Müxtəlik inkişaf etməkdə olan ölkələrin 
bazarında  imkanların  qiymətləndirilməsi  üçün  sənaye  nəhənglərinin  inkişafı 
yollarının  təhlili  metodundan  isifadə  etmək  olar.  Bu  sahədə  təkanı  dövlətin 
inkişaf planı, siyasi məqsədlər haqqında bəyannamələr, idxal statistikası verə 
bilər.  Çox  zaman  inkişaf  etməkdə  olan  ölkələrdə  mövcud  təbii  resursların 
gələcək  emalını  ölkədə  təmin  etmək  imkanı  yaranır.  Burada  düyün  nöqtəsini 
müəssisələrin  bu  vaxta  qədər  xaricdən  idxal  olunan  son  məhsullara  olan 
tələbatı təşkil edir. Bir çox inkişaf etməkdə olan ölkələrdə yerli tədarükçülərlə 
bu əlaqə dövlət tərəfindən dəstəklənir. 
Lahiyyə  konkretləşdikdən  sonra  yerinə  yetirilə  bilmə  baxımından  cari 
yoxlamaya  məruz  qalır,  imkanların  araşdırılması  mərhələsi  başlanılır.  Ilkin 
təhlil  lahiyyəin müəyyən  ölkədə, və ya regionda  texniki  imkanlarını  müəyyən 
etməli və iqtisadi şansları aşkara çıxarmalıdır. 
Texniki  imkanların  yoxlanılması  zamanı  iqlim,  işçi  qüvvəsinin  ixtisaslaşma 
səviyyəsi, texnoloji -sənaye ifrastrukturu və s nəzərə alınmalıdır. İlkin iqtisadi 
təhlil  zamanı  bazarın  potensial  həcmi  və  rəqabətin  strukturu  məsələləri 
işıqlandırılır. Burada  əhalinin sayı haqqında məlumatlar, adam başına düşən 
gəlir,  istehsalat  təyinatlı  mallar  üçün  isə  həm  də,  istehsalatın  həcmi  kimi 
göstəricilər  əsas  rol  oynayır.  Artıq  bu  mərhələdə  vacib  son  məhsul  bazarları 
araşdırılmış olmalıdırlar, məsələn, xammalın mövcudluğu məsələsi. 
Bu  cür  həyata  keçmə  oluna  bilmə  yoxlamaları  vaxt  və  vəsait  qənaət  edərək 
sadə məlumatlardan  istifadə edir və ilkin məlumat yığımından məhrumdur. 
İlkin təhlildən keçərək müsbət nəticə almışdırsa, iri miqyaslı lahiyyə 
araşdırmalarına keçid rolunu oynayan lahiyyəqabağı araşdırmalar aparılır. 
Təcrübədə araşdırma aşağıdakı suallara cavab verməlidir. 
Texniki cəhətdən icra edilə bilmə. 

 
Maşin və avadanlığın mövcudluğu və ya təmin olunma imkanları. 

 
Zəruri infrastruktrun mövcudluğu 

 
Realizə olunm yerinə xüsusi tələblər və onların potensial yerlərlə 
müqayisə olunması ( iqlim, torpağa mülkiyyət hququ və s.). 

 
Istehsal gücü. 

 
Məhsulun diversifikasiyası olunması şəraitində avadanlığın elastiklik 
imkanı. 


Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə