Haci həSƏnov niyazi beynəlxalq biznes



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə31/95
tarix08.07.2018
ölçüsü2,13 Mb.
#54561
1   ...   27   28   29   30   31   32   33   34   ...   95

 
133 
 
 
 
 
məhdudiyyəti qoyan ölkələrin valyutaları qismən çevrilən valyuta adlanır. 
Çevrilməz (qapalı) valyuta isə yalnız bir ölkə daxilində tətbiq edilir. 
Beynəlxalq  əlaqələrin  genişlənməsi,  iqtisadi  münasibətlərin  inkişafı 
ilə  əlaqədar  olaraq  bir  ölkənin  milli  valyutasının  digər  ölkənin  milli 
valyutasına dəyişdirilməsi prosesini zəruriləşdirdi. Bu zərurətin reallaşması 
isə xüsusi valyuta bazarı vasitəsilə həyata keçirilir. Valyuta bazarında tələb 
və təklifdən asılı olaraq valyuta kursu formalaşır.  
Dünya  ölkələrinin  valyutaları,  sənədləri,  çekləri,  vekselləri, 
akkreditivləri  ilə  aparılan  əməliyyatlar  iqtisadi  münasibətlərin  xüsusi 
sferasını, yəni beynəlxalq valyuta bazarını əmələ gətirir. Valyuta bazarında 
alqı-satqı  əməliyyatları  kommersiya  bankları,  valyuta  komisyonçuları  və 
Milli  Bank  tərəfindən  həyata  keçirilir.  Kommersiya  bankları  müştərilərin 
valyutalarını müəyyən qiymətə alır, onlara istədikləri valyutanı satır, kredit 
verir,  valyuta  qoyuluşlarının  daxili  və  xarici  bazarlarda  işlənməsini  təmin 
edir.  Valyuta  komisyonçuları  dünyanın  iri  maliyyə  mərkəzləri    ilə  sıx 
informasiya  əlaqəsində  olduğundan  arbitraj  funksiyasını  yerinə  yetirir  və 
maliyyə  təşkilatlarına  vasitəçilik  edir.  Valyuta  bazarında  ölkənin  pul 
tədavülünün tənzimlənməsini Milli Bank həyata keçirir. 
Həmçinin 
respublikamızda 
valyuta 
bazarının 
fəaliyyətini 
tənzimləmək  və  ona  nəzarət  etmək  üçün  xüsusi  valyuta  qanunvericiliyi 
mövcuddur.  Bu  qanunvericiliyin  bünövrəsini  ‚Valyuta  tənzimlənməsi 
haqqında‛  Azərbaycan  Respublikasının  21  oktyabr  1994-cü  il  tarixli  910 
saylı Qanunu təşkil edir. Bu qanunla respublikada valyuta əməliyyatlarını 
həyata  keçirməyin  prinsipləri,  valyuta  tənzimlənməsi  və  valyuta  bazarına 
nəzarət edən orqanların səlahiyyətləri və funksiyaları, valyuta qiymətlərinə 
sahib  olmaq,  onlardan  istifadə  etmək  və  onlar  barədə  sərəncam  vermək 
sahəsində  hüquqi  və  fiziki  şəxslərin  hüquqları  və  vəzifələri,  valyuta 
qanunvericiliyinin  pozulması  ilə  əlaqədar  məsuliyyət  müəyyən  edilmişdir. 
Valyuta bazarında valyutalar tələb və təklifdən asılı olaraq alınıb-satılır. 
 
Valyuta  bazarı  banklararası  bazara  üstünlük  verir.  Banklararası 
əməliyyatlar  zamanı  valyuta  kursu  formalaşır.  Valyuta  bazarı  aşağıdakı 
funksiyaları yerinə yetirir: 
- beynəlxalq əmtəə, xidmət və kapital dövriyyəsinə xidmət edir
-  dövlətin  ölkədə  vahid  pul-kredit  və  iqtisadi  siyasəti  həyata 
keçirməsində mühüm rol oynayır; 


 
134 
 
 
 
 
-  tələb  və  təklifdən  asılı  olaraq  valyuta  kursunun  formalaşmasına 
şərait yaradır. 
Valyutalara  qiymət  qoyulması  (kotirovka)  valyuta  əməliyyatlarının 
həyata keçirilməsində müstəsna rol oynayır. 
Valyutalara  qiymətqoyma  –  valyuta  birjasının  xüsusi  orqanıdır. 
Adətən  qiymətqoyma  komissiyası  tərəfindən  həyata  keçirilir.  Xarici 
valyuta ilə qiymətqoymanın iki forması vardır: birbaşa və vasitəli. 
Dünya  ölkələri  arasında  birbaşa  qiymətqoyma  daha  deniş 
yayılmışdır. Bu zaman xarici valyuta milli valyuta ilə ifadə olunur. Vasitəli 
qiymətqoyma zamanı isə milli valyuta xarici valyuta ilə ifadə olunur. 
Valyuta bazarının azad və qeyri-azad növləri vardır. 
Azad valyuta bazarında  heç bir  məhdudiyyət  olmadığı halda qeyri-
azad  bazarda  valyuta  əməliyyatları  xüsusi  təyin  olunan  (vəkil  edilən) 
təşkilatlar tərəfindən rəsmi kurs (lisenziya) əsasında aparılır. İnkişaf etmiş 
bazar  iqtisadiyyatı  olan  ölkələrdə  valyuta  siyasətinin  əsas  məqsədi  pulun 
alıcılıq  qabiliyyətini  saxlamağa  və  valyuta  məzənnəsini  sabitləşdirməyə 
yönəldilir. 
          Sahibkarlıq  fəaliyyətinin  əsas  məqsədi  sağlam  rəqabət  şəraitində 
minimum  xərclərlə  maksimum  gəlir  əldə  etməkdir.  Bu  məqsədin  nə  cür 
reallaşdırıldığını  müəyyən  etmək  üçün  sahibkarlıq  fəaliyyətinə  qoyulmuş 
kapitalla bu fəaliyyətdən əldə olunan gəlir müqayisə olunmalıdır. 
Hər bir sahibkarlıq fəaliyyətində konkret biznes sahəsinin xüsusiyyəti 
və  növündən  asılı  olaraq  itirmək  təhlükəsi  mövcuddur.  Risk-  nəzərdə 
tutulan  gəlirin,  mənfəətin  büdcəyə  daxil  olmaması,  zərərin,  ziyanın  baş 
verməsi ehtimalı deməkdir. Sahibkarlıq fəaliyyətində zərəri maddi, maliyyə 
və əmək zərələrinə bölmək olar. 
Risk  iqtisadi  kateqoriya  olub  özündə  baş  verə  biləcək  və  ya  baş 
verməyəcək  hadisələri  birləşdirir.  Belə hadisələrin  baş verib verməməsi  ilə 
əlaqədar  olaraq  üç  iqtisadi  nəticə  ola  bilər:  mənfi  (uduzmaq,  zərər);  sıfır; 
müsbət (udmaq, gəlir). 
Riskin  qarşısını  ala  biləcək  tədbirlər  həyata  keçirməklə  ondan 
yayınmaq  mümkündür.  Adətən  sahibkar  riskdən  qaçmaq  üçün  gəlir  əldə 
etmək  imkanından  imtina  etməli  olur.  Risk  hadisəsinin  baş  verməsini 
proqnozlaşdırmaq  üçün  müxtəlif  metodlardan  istifadə  etməklə  və  riskin 
səviyyəsinin aşağı salınması üçün tədbirlər görməklə riski idarə etmək olar. 
Təşkilat risklə effektiv mübarizə aparması riskin təsnifatı ilə müəyyənləşir.  


 
135 
 
 
 
 
Riskin  təsnifatında  müəyyən  olunmuş  məqsədə  çatmaq  üçün  onun 
ayrı-ayrı  əlamətlərə  görə  ayrı-ayrı  qruplara  bölünməsini  başa  düşmək 
lazımdır. 
Riskin təsnifatının elmi şəkildə əsaslandırılması hər bir riskin yerini 
dəqiq  müəyyən  etməyə  imkan  verir.  Hər  bir  riskin  özünəməxsus  idarə 
olunma üsulu vardır. 
Riskin  təsnifatlaşdırılmış  sistemi  özündə  kateqoriya,  qrup,  növ, 
yarımnöv və növ müxtəlifliyini birləşdirir. Nəticəsindən asılı olaraq riski iki 
böyük qrupa bölmək olar: xalis və spekulyativ. 
Xalis  risk  mənfi  və  ya  heç  nəticə  əldə  etməmək  deməkdir.  Belə 
risklərə aiddir: təbii, ekoloji, siyasi, nəqliyyat və kommersiya risklərinin bir 
hissəsi (əmlak, istehsal, ticarət). 
Spekulyativ  risk  isə  həm  müsbət,  həm  də  mənfi  nəticə  əldə  etmək 
olar.  Belə  risklərə  kommersiya  risklərinin  bir  hissəsi  olan  maliyyə  riskləri 
aiddir. 
Əsas baş vermə səbəbindən asılı olaraq risk aşağıdakı kateqoriyalara 
ayrılır: xalis təbii (zəlzələlər, daşqın, su basma, tufan, yanğın, epidemiya və 
s.),  ekoloji  (təbii  mühitin  çirklənməsi),  siyasi(təsərrüfatçılıqdan  asılı 
olmayan,  dövlətin  fəaliyyəti  və  ölkədə  baş  verən  siyasi  hadisələrdən  irəli 
gələn müharibələr, hərbi münaqişələr, inqilablar, müsadirələr, milliləşdirmə 
və  s.),  nəqliyyat(yüklərin  avtomobil,  çay,  dəniz,  dəmir  yolu,  hava,  boru 
vasitəsilə daşınması və s.) və kommersiya riskləri. 
Pulun alıcılıq qabiliyyətinin aşağı düşməsi və yüksəlməsi ilə əlaqədar 
inflyasiya  və  deflyasiya  riskləri,  valyuta  məzənnəsinin  dəyişilməsi  ilə 
əlaqədar  valyuta  riskləri,  qiymətli  kağızları  və  digər  malları  satan  zaman 
mümkün itkiləri ifadə edən likvidlik riskləri birinci qrup maliyyə risklərinə 
aiddirlər. 
İnflyasiya  -  pulun  və  uyğun  olaraq  qiymətlərin  səviyyəsinin  təmin 
olunması,  deflyasiya  ”  inflyasiya  prosesinin  tərsidir,  o  qiymətlərin 
düşməsində və uyğun olaraq pulun alıcılıq qabiliyyətinin artmasında özünü 
göstərir. 
İnflyasiya riski – inflyasiya artan zaman əldə olunan pul gəlirlərinin 
real  alıcılıq  qabiliyyəti  daha  tez  düşür,  nəinki  qalxır.  Belə  hallarda  real 
olaraq sahibkar zərərli olur. 
Deflyasiya  riski  –  deflyasiya  baş  verən  zaman  qiymətlərin  tez  bir 
zamanda  aşağı  düşməsi  prosesi  gedir,  sahibkarlıq  üçün  iqtisadi  şərtlər 
pisləşir və gəlirdən aşağı düşür. 


Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə