Haci həSƏnov niyazi beynəlxalq biznes



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə32/95
tarix08.07.2018
ölçüsü2,13 Mb.
#54561
1   ...   28   29   30   31   32   33   34   35   ...   95

 
136 
 
 
 
 
Valyuta riskləri - xarici iqtisadi, kredit və digər valyuta əməliyyatları 
zamanı  bir  xarici  valyutanın  digərinə  nisbətən  məzənnəsinin  dəyişməsi 
zamanı yaranan valyuta itkilərini əhatə edir. 
Likvidlik  riskləri  –  qiymətli  kağızların  və  ya  digər  məhsulların 
realizəsi 
zamanı 
onların 
keyfiyyətinin 
və 
istehlak 
dəyərinin 
qiymətləndirilməsində yaranan itkilərdir. 
Riskin səviyyəsinin müəyyən edilməsi ən vacib problemlərdən biridir. 
Bunun üçün bir sıra obyektiv meyarlara və üsullara istinad etmək lazımdır. 
Çünki riskin səviyyəsini müəyyən etmədən idarəetmədə hər hansı obyektiv 
qərarı qəbul etmək mümkün deyildir. 
Ayrı-ayrı  ədəbiyyatlarda  riskin  səviyyəsi  və  hər  bir  səviyyənin 
məzmunu  müxtəlif  qaydada  izah  edilir.  Məsələn,  ‚yol  verilən  risk‛, 
‚böhran riski‛ və ‚fəlakətli risk‛ anlayışları arasındakı fərqlət müxtəlif cür 
izah olunur. 
               İstənilən qərar informasiyadan asılıdır.  İnformasiyanın keyfiyyəti 
vacib  əhəmiyyət  daşıyır.  İnformasiya  nə  qədər  çox  yayılmışdırsa,  qərar 
qəbul etmək də bir o qədər çətindir. 
İnformasiyanın  keyfiyyəti  ötürülmə  zamanı  deyil,  onun  qəbulu 
zamanı  qiymətləndirilməlidir.  İnformasiya  tez  köhnəlir,  ona  görə  də  onu 
operativ  olaraq  istifadə  etmək  lazımdır.  Sahibkar  yalnız  informasiyanı 
toplamağı  deyil,  həmçinin  onu  saxlamağı  və  lazım  olan  zaman  ondan 
istifadə etməyi də bacarmalıdır. 
Risklə bağlı olan istənilən fəaliyyət həmişə məqsədyönlüdür, belə ki, 
risklə bağlı olan fəaliyyətin məqsədinin olmaması həlli mənasız edir. Riskin 
və  riskli  kapital  qoyuluşunun  məqsədi  risk  və  kapitalla  dəqiq, 
konkretləşdirilmiş və qarşılaşdırıla bilən olmalıdır. 
Riskin  idarə  olunması  insanların  əmlakını,  maliyyə  vəsaitlərini 
təhlükə  altına  qoyan  riskin  dərəcəsinin  müəyyənləşdirilməsi  deməkdir. 
Sahibkar  üçün  onun  fəaliyyətini  təhlükə  altına  qoyan  riskin  dərəcəsini 
bilmək  vacibdir.  Riskin  dərəcəsinə  görə  sahibkarın  faktiki  itkilərini 
aydınlaşdırmaq  lazımdır.  Riskli  şəraitdə  qərar  qəbul  etmək  psixoloji 
qavrayışdan asılıdır  və  bunu  riskin azaldılması  proqramının  hazırlanması 
zamanı mütləq nəzərə almaq lazımdır. 
Eyni  riskli  vəziyyət  müxtəlif  insanlar  tərəfindən  müxtəlif  cür  qəbul 
edilir. 
 
              Riskin idarə olunmasının ümumi sxemi 


 
137 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
      
 
 
 
 
Riskin 
azaldılması 
maksimum  çeviklik  və 
məqsədyönlü  fəaliyyət 
tələb 
edir. 
Bu 
məqsədyönlü  fəaliyyət 
risklərin  bütün  növləri 
üzrə(istehsal  riski,  maliyyə  riski,  kommersiya  riski  və  s.)  həyata 
keçirilməlidir.  Riskin  tərəflər  arasında  bölüşdürülməsi  və  riskdən  olan 
itkilərin müəyyən edilməsidir. Lakin bazar şəraitində itkilərin mövcudluğu 
risklərin sığortalanmasını tələb edir. 
Riskin  səviyyəsinin  aşağı  salınması  –  bu,  itkinin  ehtimalının  və 
həcminin ixtisar olunmasıdır. 
 
 
                                Riskin neytrallaşma sxemi. 
Riskin təhlili 
Aydınlaşdırma və 
təsnifat 
 
Qiymətləndirmə 
(kəmiyyət və 
keyfiyyət) 
 
Effektivliyindən asılı olaraq riskə 
təsir edən metodların seçimi 
Qərar qəbul etmək 
Riskdən qaçmaq 
Riski ötürmək 
Mühafizə etmək 
Nəticənin təhlili 


 
138 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Riskin 
aşağı 
salınmasının  daha  vacib  və  daha  geniş  yayılmış  üsulu  risklərin 
sığortalanmasıdır.  Sığortalamanın  əsası  odur  ki,  investor  riskin  aşağı 
salınması  üçün  gəlirdən  imtina  etməyə,  yəni  riskin  sıfra  endirilməsi  üçün 
ödəməyə hazırdır. 
Bazar  riski  ”  faiz  dərəcəsi,  xarici  valyuta  məzənnəsi  və  kapitalın 
(həmçinin  bazar  qiymətli  kağızların)  qiymətlərində  enib-qalxmaların 
nəticəsində əldə edilən itkidir. Bankın kredit müqavilələri və digər maliyyə 
aktivlərinin  və  öhdəliklərinin  əksəriyyəti  sabit  faiz  dərəcəsinə  malikdirlər. 
Faiz dərəcəsinin marjasına bank nəzarət edir. 
Bazar risklərinin növləri: 
1. Faiz 
2. Kapital 
3. Qiymət 
4. Portfel 
5. Xəzinədarlıq 
6. Valyuta 
 
            Faiz  riski  –  aktivlərdə  və  passivlərdə  faiz  dərəcələri 
dəyişikliklərindən əmələ gələn itkilərdir.  
Risklərin 
neytrallaşdırılması 
mexanizmi 
Riskin təmərküzləşməsini 
məhdudlaşdırmaq 
Hedc əməliyyatı 
Riskdən yankeçmək 
Diversifikasiya 
Özünü 
sığortalama 
Rikin bölüşdürülməsi 
Limitləmə 


 
139 
 
 
 
 
Faiz risklərinin yaranması mənbəyi dəyişkən və sabit faiz dərəcələri 
üzrə  aktivlərlə  passivlər  arasında  olan  uyğunsuzluq,  bazarda  baş  verən 
dəyişiklərə  vaxtında  reaksiya  verilmədikdə  riskin  düzgün  idarə  oluna 
bilməməsidir. 
Kapital  riski  –  kapitalın  və  digər  bazar  qiymətli  kağızların 
qiymətlərindəki  dəyişiklərə  görə  yaranan  itkilərdir.  Yaranma  mənbələri 
bazardakı  dəyişiklərə  vaxtında  reaksiya  verilməməsi,  aktiv  və  passivlərin 
düzgün idarə edilməməsidir. 
Qiymət  riski  –  bankın  portfelində  saxlanılan  bazar  alətlərinin 
likvidlik  müddətində  qiymətlərin  dəyişiklərindən  əmələ  gələn  riskdir. 
Bazardakı  dəyişiklərə  vaxtında  reasiya  verilməməsi  nəticəsində  yarana 
bilən riskdir. 
 
 Portfel riski - portfelin bir sahədə və ya bir qrupda cəmləşməsindən 
əldə  edilə  biləcək  itkilərdir.  Bu  səhv  kredit  siyasətinin,  likvidliyin  düzgün 
idarə  edilməməsinin,  sektor  üzrə  cəmləşmə,  region  üzrə  cəmləşmə,  bazar 
aləti üzrə cəmləşmə, təminat növü üzrə cəmləşmədən yaranır. 
 Xəzinədarlıq - iki növ bazar riskinə məruz qala bilər: məzənnə riski 
və  faiz  dərəcəsi  riski.  Hər  hansı  bir  valyutanın  spot  və  forvard  açıq 
dərəcələrindəki dəyişikliklərin açıq mövqeyin həcminə birbaşa təsiri vardır. 
Məzənnələrdəki  mənfi  dəyişikliklər  riskinə  xalis  valyuta  mövqeylərinin 
(artıq məbləşdə alınmış və ya satıl-mış) həcmi vasitəsilə nəzarət oluna bilər. 
Valyuta riski - bir valyutanın digər valyutalaa nisbətdə məzənnəsinin 
dəyişməsi nəticəsində bankın ehtimal olunan itkiləridir. 
Valyuta  risklərinin  yaranması  bazardakı  dəyişikliklərin  nəzərə 
alınmaması,  bir  valyutada  cəmləşmə,  aktiv  və  passivlərin  düzgün  idarə 
edilməməsi nəticəsində baş verir. 
Valyuta  eyni  zamanda  xarici  valyuta  məzənnəsinin  dəyişməsi 
nəticəsində  maliyyə  aktivinin  dəyərinin  dəyişməsi  riskidir.  Xarici  valyuta 
məzənnəsindəki  dəyişikliklər  Bankın  maliyyə  durumuna  və  nəğd  pul 
vəsaitlərinin hərəkətinə təsir edir. 
İdarə  Heyəti  valyuta  ilə  ayırmaların  səviyyələrinə  məhdudiyyətlər 
qoyur  ki,  bu  da  Banka  milli  valyutaya  qarşı  valyuta  məzənəsindəki 
dəyişikliklərdən  yaranan  zərərləri  minimuma  endirmək  imkanı  verir. 
ARMB-nın  tələblərinin  yerinə  yetirmək  üşün  Bankın  açıq  valyuta 
mövqeyinin gündəlik monitorinqi həyata keçirilir.  
Valyuta  riskinin həcmi  valyutanın  alıcılıq  qabliyyətinin  azalması ilə 
bağlı  olduğundan  sövdələşmənin  bağlanması  vaxtı  ilə  ödəmə  vaxtı 


Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə